Kəlam
Əl-kəlam; iki sözün isnad ilə birləşməsidir. Bu, yalnız iki isimdə, yaxud bir isim və bir fel ilə mümkündür. Əl-ism; özündə mənaya dəlalət edən, lakin üç zamandan (keçmiş, indiki, gələcək) heç birinə bağlı olmayan kəlmədir. Onun xüsusiyyətləri: başına ləm hərfi gəlməsi, cərr alması (başına cərr hərfi gəlməsi), sonuna tənvin gəlməsi, ona isnad olunması və izafə olmasıdır. İsim həm muərəb, həm də məbni ola bilər. Muərəb; tərkib olunmuş və məbni əsaslara bənzəməyən isimdir. Onun hökmü odur ki, sonu amillərə görə dəyişir – ya ləfzən, ya da təqdirən. İrab; sonunun amillərə görə dəyişməsi və bununla da ona aid olan mənaları göstərməsidir.
Əl-kəlam – Kəlam; elə bir şeydir ki, iki sözü özündə birləşdirir, isnad ilə. Kəlamın meydana gəlməsi yalnız iki isimdə mümkündür. Yəni, iki isim varsa, kəlam olur. Mübtəda (isim) müsnədun-ileyh, xəbər (isim) isə müsnəd kimi gələndə iki isim olur və kəlam yaranır. Və ya kəlam bir isim və bir fel ilə də meydana gələ bilər. Yəni, mübtəda (isim) müsnədun-ileyh, xəbər (fel) isə müsnəd kimi gələndə bir isim və bir fel ilə kəlam yaranır. Əl-ism – İsim: elə bir şeydir ki, özündə bir mənaya dəlalət edir, lakin üç zamandan (keçmiş, indiki, gələcək) heç birinə bağlı deyil. Onun xüsusiyyətləri: başına ləm hərfi gəlməsi (tarif hərfi), cərr alması (başına cərr hərfi gəlməsi, yəni məcrur olması), sonuna tənvin gəlməsi, ona bir şeyin isnad olunması, yəni müsnədun-ileyh olması. Məsələn, زَيْدٌ قَائِمٌ "Zeyd ayaqdadır" dedikdə, ayaqda olma işini Zeydə isnad edirik və Zeyd sözü müsnədun-ileyh olur. Və izafə – ismin cərr hərfi ilə muzaf olması. Məsələn, بَابُ السَّيَّارَةِ "Maşının qapısı" dedikdə, السَّيَّارَةِ muzafun-ileyh, بَابُ isə muzafdır. İfadənin əsli بَابٌ لِلسَّيَّارَةِ şəklindədir. بَابٌ sözü لِ cərr hərfi ilə السَّيَّارَةِ sözünə bağlanıb, izafə olunub. Bu izafə ismin xüsusiyyətlərindəndir. Və o, yəni isim: muərəbdir. Yəni, isim olan sözün son hərfində bir sıra dəyişikliklər ola bilər – mərfu, mənsub, məcrur və məczum ola bilər. Və eyni zamanda isim məbni də ola bilər. Məbni: isim olan sözün son hərfində heç bir dəyişiklik olmur, o isim bina edilmişdir və yalnız məhəllən iraba tabe olur, yəni o məhəll bir sıra iraba bağlıdır, lakin ləfzən sözün sonunda heç bir dəyişiklik olmur. Məsələn, cəmi müənnəs nunu. Muərəbə gəldikdə: tərkib olunmuş, yəni birləşdirilmiş olandır. Yəni, muərəb isimlə birlikdə amil də qeyd olunur. O tərkib olan muərəb isim ki, məbni əsaslara bənzəmir, uyğun olmur. Məbni əsas sözə misal – دُنْيَا "dünya" kimi. Onun (muərəb ismin) hökmü: sonunun, yəni sonundakı hərəkənin, ya da hazif olmasının dəyişməsidir. (Avamil dərslərindən irab cədvəlinə baxın).
اَفِ dəyişməsi ilə, الْعَوَامِلِ amillərin, لَفْظًا mureb sözün sonunun lafzən dəyişməsi, أَوْ və ya, تَقْدِيرًا təqdirən dəyişməsi. الْعِرَابُ İrab: مَا irab elə bir şeydir ki; اخْتَلَفَ dəyişir, آخِرُهُ onun (mureb ismin) sonu, بِهِ onun (irab) ilə. Yəni müxtəlif amillər işə düşüb bir sıra mənaları ortaya çıxarır. Fail merfu olur, meful mansub olur, muzafun ileyh mecrur olur. Bu dəyişikliklərin adı irablamadır. Bu irablamada mureb ismin sonu dəyişir. لِيَدُلَّ göstəriş versin deyə dəyişir, nə üzərinə göstəriş versin deyə? عَلَى الْمَعَانِى bir sıra mənalar üzərinə göstəriş versin deyə. Elə mənalar ki الْمُعْتَوِرَةِ عَلَيْهِ onun, yəni mureb isimlərin üzərində dövr edən mənalar. Daim amilə görə dəyişən hallar. Məsələn, (fail merfu, meful mansub, muzafun ileyh mecrur) kimi mənalar daim mureb isimlərin üzərində dövr edir. Kelam; İsnad ilə birlikdə iki sözü tərkib edən (əhatə edən, içinə alan) bir ifadədir. Kelam yalnız iki isim və ya bir isim, bir fiil olmadan yaranmaz. Kelam iki isimdən ibarət olduqda isimlərdən biri müsned, digəri müsnedün ileyhtir. Kelam bir isim və bir fiildən ibarət olarsa, isim olan müsnedün ileyh, fiil olan müsned adlanır. Buradan da aydın olur ki, kelam ya isim cümləsidir ki, ilk ismə mübtəda, ikinci ismə xəbər deyilir, ya da fiil cümləsidir ki, ilk ifadə fiil, ikinci isə fail adlanır, misalları; زَيْدٌ ضَارِبُ "Zeyd döyən adamdır" kimi mübtəda və xəbərdən ibarət isim cümləsi və ya; ضَرَبَ زَيْدٌ "Zeyd döydü" kimi fiil və faildən ibarət fiil cümləsidir. İsim; Öz mahiyyətində bir mənaya göstəriş verən və üç zamandan (keçmiş, indi və gələcək) heç birinə yaxınlığı olmayan sözdür. İsimlərə lâm hərfinin (Harf ut-Tarif) daxil olması, isimlərin mecrur (Harf-i Cerrlər ilə) olması, isimlərin tenvin alması, isimlərə bir şeyin isnad edilməsi, yəni müsnedün ileyh olması, isimlərin lafzi və mənəvi olaraq muzaf olması isimlərin öz xüsusiyyətlərindəndir. İsimlər mebni (bina edilmiş) və mureb (İrab alan) olmaq üzrə 2 hissəyə bölünür. Mureb (İrab alan) İsimlər; Amili ilə birlikdə tərkib edilərək mürəkkəb ifadə olmaqla yanaşı, mebnilikdə əsas olan sözlərə bənzəməyən isimlərdir. Mureb isimlərin hökmü; O mureb olan ismin sonunun bir sıra amillərin fərqli olması səbəbindən təqdirən və lafzən dəyişməsidir. İrab; Mureb isimlərin sonunun, bir sıra mənalar üzərinə (fail, meful, muzafun ileyh) göstəriş versin deyə özü ilə dəyişdiyi hərəkə və ya hərfdir.