Kəlmə və Hissələri
اَلْكَلِمَةُ؛ لَفْظٌ وُضِعَ لِمَعْنًى مُفْرَدٍ. وَ هِيَ اِسْمٌ وَ فِعْلٌ وَ حَرْفٌ؛ لِأَنَّهَا إِمَّا أَنْ تَدُلَّ عَلَى مَعْنًى فِي نَفْسِهَا أَوْ لاَ. ألثَّانِي الْحَرْفُ. وَ الْأَوَّلُ، إِمَّا أَنْ يَقْتَرِنَ بِأحَدِ الْأَزْمِنَةِ الثَّلاَثَةِ، أَوْ لاَ. اَلثَّانِي الْاِسْمُ. وَ الْأَوَّلُ الْفِعْلُ. وَ قَدْ عُلِمَ بِذَلِكَ حَدُّ كُلِّ وَاحِدٍ مِنْهَا
اَلْكَلِمَةُ Söz: لَفْظٌ bir söz, وُضِعَ qoyulmuş, لِ üçün, مَعْنًى bir məna, مُفْرَدٍ müfrəd olan. وَ هِيَ və o, yəni söz; اِسْمٌ isimdir, وَ فِعْلٌ və fel, وَ حَرْفٌ və hərfdir. لِأَنَّ çünki, هَا o, yəni söz; إِمَّا ya, أَنْ تَدُلَّ işarə edir, عَلَى مَعْنًى bir məna üzərinə, فِي نَفْسِهَا onun (sözün) özündə, أَوْ və ya, لاَ özündə bir mənaya işarə etmir. ألثَّانِي ikincisi, الْحَرْفُ hərfdir. وَ الْأَوَّلُ və birincisi, yəni özündə olan mənaya işarə edən sözə; إِمَّا ya, أَنْ يَقْتَرِنَ yaxın olur, بِأحَدِ الْأَزْمِنَةِ الثَّلاَثَةِ üç zamandan (keçmiş, indiki və gələcək) birinə, أَوْ və ya, لاَ üç zamandan birinə yaxın deyil. اَلثَّانِي ikincisi (yəni özündə bir mənaya işarə edən, amma üç zamandan birinə yaxın olmayan söz), o da الْاِسْمُ isimdir. وَ الْأَوَّلُ birincisi də (yəni özündə bir mənaya işarə edən və üç zamandan birinə yaxın olan söz), o da الْفِعْلُ fildir. وَ قَدْ عُلِمَ və məlum oldu, بِذَلِكَ bununla, yəni bu təsnifatla; حَدُّ كُلِّ وَاحِدٍ hər birinin (isim, fel və hərfin) həddi, yəni tərifi, مِنْهَا ondan, yəni isim, fel və hərfdən.
Mətnin Ümumi Mənası; Söz: Müfrəd bir məna üçün qoyulmuş sözə deyilir. Və o (söz) isim, fel və hərfdir. Çünki o (söz) ya özündə bir mənaya işarə edir, ya da etmir. (buradakı birinci müddəa özündə bir mənaya işarə etmək, ikinci müddəa isə özündə bir mənaya işarə etməməkdir). Az öncəki müddəaların ikincisi (yəni özündə bir mənaya
Delalət etməmək – hərfdir. Çünki hərflər öz mahiyyətində bir mənaya delalət etmirlər, lakin başqasının başa düşülməsi üçün vasitədirlər. Az öncəki mülahizələrin birincisi (yəni öz mahiyyətində bir mənaya delalət etmək) isə ya üç zamandan birinə yaxın olur, ya da olmur. İndiki mülahizənin (öz mahiyyətində bir mənaya delalət etdiyi halda birincisi üç zamandan birinə yaxın olması, ikincisi isə üç zamandan birinə yaxın olmaması) ikincisi, yəni öz mahiyyətində bir mənaya delalət etdiyi halda üç zamandan (keçmiş, indi və gələcək) birinə yaxın olmayan – isimdir. Birincisi, yəni öz mahiyyətində bir mənaya delalət etdiyi halda üç zamandan (keçmiş, indi və gələcək) birinə yaxın olan isə – fildir. Bu şəkildə (bu təriflə, bu mülahizələrlə) kəlmənin hər birinin həddi, tərifi məlum olmuş oldu.
Kəlmə
Birincisi: Öz mahiyyətində bir mənaya delalət edir
İkincisi: Öz mahiyyətində bir mənaya delalət etmir
Birincisi: 3 zamandan birinə yaxındır
İkincisi: 3 zamandan birinə yaxın deyil
FİİL | İSİM
HƏRF