Mudaâf Olan Əmr Feli
وَ تَقُولُ فِي الْاَمْرِ مِنْ يَفْعُلُ بِضَمِّ الْعَيْنِ مُدُّ، بِضَمِّ الدَّالِ مُدَّ بِفَتْحِهَا وَ مُدِّ بِكَسْرِهَا، وَ الْمِيمُ مَضْمُومَةٌ فِي الثَّلاَثِ، وَ يَجُوزُ اُمْدُدْ بِالْاِظْهَارِ. وَ تَقُولُ مِنْ يَفْعِلُ بِكَسْرِ الْعَيْنِ فِرِّ بِالْكَسْرِ، وَ فِرَّ بِالْفَتْحِ، وَ الْفَاءُ مَكْسُورَةٌ فِيهِمَا، وَ يَجُوزُ اِفْرِرْ بِالْاِظْهَارِ. وَ تَقُولُ مِنْ يَفْعَلُ بِفَتْحِ الْعَيْنِ عَضَّ بِالْفَتْحِ، وَ عَضِّ بِالْكَسْرِ، وَ الْعَيْنُ مَفْتُوحَةٌ فِيهِمَا، وَ يَجُوزُ اِعْضَضْ بِالْاِظْهَارِ. وَ تَقُولُ مِنْ اَفْعَلَ يُفْعِلُ اَحَبَّ يُحِبُّ، وَ الْاَصْلُ؛ اَحْبَبَ يُحْبِبُ، فَنُقِلَتْ حَرَكَةُ الْبَاءِ إِلَى الْحَاءِ وَ اُدْغِمَتِ الْبَاءُ فِي الْبَاءِ. وَ تَقُولُ فِي الْاَمْرِ اَحِبَّ وَ اَحْبِبْ بِالْاِدْغَامِ وَ الْاِظْهَارِ وَ كُلِّمَا اَدْغَمْتَ حَرْفًا فِي حَرْفٍ اَدْخَلْتَ بَدَلَهُ تَشْدِيدًا
Müdaaf Olan Əmr Feli
وَ تَقُولُ فِي الْاَمْرِ müdaaf olan əmr felləri üçün deyirsən, مِنْ يَفْعُلُ yəni feale yefulu babından (sülasi mücərrədlərin 1-ci babı) olan əmr felləri üçün, بِضَمِّ الْعَيْنِ bu yefulu aynül felin damməsi ilədir. Misal; مُدُّ “uzat” kimi. Bu felin mazi forması مَدَّ və muzari forması يَمُدُّ idi. بِضَمِّ الدَّالِ bu مُدُّ əmr felinin dal hərfi damməlidir. Bu əmr feli eyni zamanda مُدَّ olaraq بِفَتْحِهَا aynül felin fətəhli olması ilə də gələ bilər və مُدِّ olaraq da بِكَسْرِهَا aynül felin kəsrəsi ilə də gələ bilər. وَ الْمِيمُ مَضْمُومَةٌ فِي الثَّلاَثِ bu sadalanan üç halda da mim hərfi damməlidir. وَ يَجُوزُ və mazi forması مَدَّ və muzari forması يَمُدُّ olan müdaaf felin əmr forması اُمْدُدْ şəklində də ola bilər, بِالْاِظْهَارِ idqamı izhar etməklə bərabər. Çünki muzari يَمُدُّ felinin əsli يَمْدُدُ şəklindədir, sonu səkinləşdirib muzaraat hərfini atsaq مْدُدْ qalır və başa vasıl həmzəsi lazımdır. Aynül feli damməli olduğu üçün damməli bir vasıl həmzəsi başa gəlir və اُمْدُدْ deyə idqamsız oxuya bilərik. اُمْدُدْ sözünü də idqama salsaq, eyni cinsdən iki hərf bir araya gəldikdə və birincisi (aynül fel) hərəkəli, ikincisi (lamul fel) vəqf alaməti (burada əmr felinin səkin alamətidir) olmaqla səkin olarsa birinci hərf ikinci hərfə idqamı caizdir. Bu halda iki dal hərfini səkin etmək üçün birinci dalın hərəkəsi əvvəlki mim hərfinə ötürülür və fel اُمُدْدْ olur. Başdan həmze-i vasıla ehtiyac olmadı və birbaşa sildik və fel مُدْدْ oldu, idqam etdik مُدّ oldu. İndi sıra gəldi hərəkəyə; aynül fel damməli olduğu üçün مُدُّ deyə bilərik, fətəh yüngül olduğu üçün مُدَّ deyə bilərik, əmr feli olduğu üçün səkin olmalı və səkinlik üçün alamət kəsrədir deyib مُدِّ edə bilərik. وَ تَقُولُ مِنْ يَفْعِلُ və yenə müdaaf amma yefilu babından əmr feli üçün, بِكَسْرِ الْعَيْنِ bu babın aynül feli kəsrəlidir, فِرِّ “qaç, firar et” deyirsən. بِالْكَسْرِ kəsrə ilə, فِرَّ deyə bilərsən بِالْفَتْحِ fətəh ilə, وَ الْفَاءُ مَكْسُورَةٌ فِيهِمَا bu iki halda da fa hərfi kəsrəlidir. وَ يَجُوزُ və bu فِرِّ və فِرَّ kimi əmr felini اِفْرِرْ deyə بِالْاِظْهَارِ açıqdan idqamsız oxumaq da caizdir. Bu يَفْعِلُ muzari felinin mazi forması فَعَلَ və ya فَعِلَ ola bilər. فِرِّ və ya فِرَّ sözlərinin əsli اِفْرِرْ şəklindədir. Çünki felimizin muzari forması يَفْرِرُ şəklindədir. Sonu səkinləşdirib muzaraat hərfini atsaq geriyə فْرِرْ qalır. Aynül feli kəsrəli olduğundan başa məksur bir vasıl həmzəsi lazımdır və felimiz اِفْرِرْ olur. Bu zahir olan اِفْرِرْ sözünə idqam etsək; eyni cinsdən iki hərf (ra hərfləri) bir araya gəlib və birincisi hərəkəli, ikincisi vəqf səbəbindən səkin,