Mudaâf Felləri
وَ أَمَّا الْمُضَاعَفُ; Əgər felin 'ayn' hərfi sükunlu, 'lam' hərfi isə hərəkətli olsa və ya hər ikisi hərəkətli olsa, onda idqam (birinci hərfin ikinciyə birləşdirilməsi) vacibdir. Məsələn: مَدَّ və يَمُدُّ. Əslində bu felin kökü belədir: مَدَدَ və يَمْدُدُ. Muzari felində birinci dal hərfinin hərəkəti mim hərfinə ötürülür, birinci dal sükunlu qalır və idqam olunur, nəticədə يَمُدُّ olur. Əgər felin 'ayn' hərfi hərəkətli, 'lam' hərfi isə sükunlu olsa, onda izhar (açıq tələffüz) vacibdir. Məsələn: مَدَدْنَ. Əgər hər iki ('ayn' və 'lam') hərfi sükunlu olsa, ikinci ('lam') hərfi hərəkələndirilir və birinci ('ayn') hərfi ona idqam olunur. Məsələn: لَمْ يَمُدُّ. Əslində bu felin kökü لَمْ يَمْدُدْ şəklindədir. Birinci dal hərfinin hərəkəti mim hərfinə ötürülür və fel لَمْ يَمُدْدْ olur, iki sükunlu dal yan-yana qalır, ikinci dal hərəkələndirilir və fel لَمْ يَمُدْدُ olur, birinci dal ikinciyə idqam olunur, sonra ikinci dal fətəh ilə hərəkələndirilir, çünki fətəh ən yüngül hərəkədir və onu dammə və ya kəsrə ilə də hərəkələndirmək olar, çünki sükunlu hərf hərəkələndiriləndə, adətən kəsrə ilə hərəkələndirilir, bu qayda əmrdə və nəhyə aid bölmədə də qeyd olunur.
وَ أَمَّا الْمُضَاعَفُ Mudaaf (təd’ifli, yəni şeddəli fellər) fellərinə gəldikdə; إِذَا كَانَ عَيْنُ فِعْلِهِ سَاكِنَةً felin 'ayn' hərfi sükunlu olduqda, وَ لاَمُهُ مُتَحَرِّكَةً və 'lam' hərfi hərəkətli olduqda, أَوْ və ya, كِلْتَهُمَا hər ikisi ('ayn' və 'lam' hərfi) hərəkətli olduqda, فَالْاِدْغَامُ onda idqam vacibdir. نَحْوُ; misal: keçmiş zamanı مَدَّ "uzatdı" və indiki zamanı يَمُدُّ. وَ الْاَصْلُ; bu fellərin kökü keçmiş zamanı مَدَدَ və indiki zamanı يَمْدُدُ. فَنُقِلَتْ حَرَكَةُ الدَّالِ الْاُولَى birinci dal hərfinin hərəkəsi indiki zamanda mim hərfinə ötürülür, birinci dal sükunlu qalır, يَمُدْدُ olur, sükunlu qalan birinci dal ikinci dal hərfinə idqam olunur və fel يَمُدُّ olur. وَ إِنْ كَانَ عَيْنُ فِعْلِهِ مُتَحَرِّكَةً əgər mudaaf felin 'ayn' hərfi hərəkətli, وَ لاَمُهُ سَاكِنَةً və 'lam' hərfi sükunlu olsa, فَالْاِظْهَارُ sükunlu 'lam' hərfini izhar etmək vacibdir. نَحْوُ; misal: مَدَدْنَ "o qadınlar kömək etdi". وَ إِنْ كَانَتَا سَاكِنَتَيْنِ əgər 'ayn' və 'lam' hərfi sükunlu olsa, فَحُرِّكَةُ الثَّانِيَةُ ikinci ('lam') hərfi hərəkələndirilir və birinci ('ayn') sükunlu hərfi ona idqam olunur. Misal: لَمْ يَمُدُّ "uzatmadı". وَ الْاَصْلُ; bu felin kökü لَمْ يَمْدُدْ. Birinci dal hərfinin ('ayn') hərəkəsi mim hərfinə ötürülür və fel لَمْ يَمُدْدْ olur, iki sükunlu dal yan-yana qalır, ikinci dal ('lam') hərəkələndirilir və fel لَمْ يَمُدْدُ olur, birinci dal ('ayn') ikinciyə idqam olunur, sonra ikinci dal ('lam') fətəh ilə hərəkələndirilir, çünki fətəh ən yüngül hərəkədir və onu dammə ilə də hərəkələndirmək olar, 'ayn' hərfinə uyğun olaraq, və ya kəsrə ilə, çünki sükunlu hərf hərəkələndiriləndə adətən kəsrə ilə olur, bu qayda əmrdə və nəhyə aid bölmədə də qeyd olunur.
alanır, لِأَنَّ الْفَتْحَةَ çünki fətəh hərəkəsi, اَخَفُّ الْحَرَكَاتِ hərəkələrin ən yüngülüdür, وَ يَجُوزُ və caizdir, تَحْرِيكُهَا onun, yəni ikinci olan (lamul fiil) dal hərfinin hərəkələnməsi, بِالضَّمِّ dammə ilə, تَبْعًا tabi olması üçün, لِلْعَيْنِ aynül fiilə, وَ الْكَسْرِ və ikinci olan (lamul fiil) dal hərfinin kəsrə ilə hərəkələnməsi də caizdir, لِأَنَّ السَّاكِنَ çünki sakin hərf, إِذَا حُرِّكَ hərəkələndikdə, حُرِّكَ بِالْكَسْرِ kəsrə ilə hərəkələnir, كَمَا يُذْكَرُ qeyd olunduğu kimi, فِي الْاَمْرِ وَ النَّهْىِ əmr və nəhy feyllərində. Metnin Toplu Mənası: Mudaaf olan feylə gəldikdə, aynül fiil sakin və lamul fiil hərəkəli olduqda və ya hər ikisi də hərəkəli olduqda birinci hərfi (aynül fiil) ikinci hərfə (lamul fiil) idqam etmək vacibdir, lazımdır. Belə idqama vacib idqam deyilir. Mütləq idqam edilməlidir. Misal: keçmiş zamanı مَدَّ və indiki zamanı يَمُدُّ olan mudaaf feyl kimi. Bu feyllərin əsli keçmiş zamanı مَدَدَ və indiki zamanı يَمْدُدُ kimidir. Muzari feyl olan يَمْدُدُ feylində birinci dal (aynül fiil) hərfinin hərəkəsi mim hərfinə köçürüldü və feyl يَمُدْدُ oldu. Birinci dal hərfi (aynül fiil) sakin olaraq qaldı və damməli olan ikinci dal (lamul fiil) hərfinə idqam edildi və feyl يَمُدُّ oldu. Əgər mudaaf feylin aynül fiili hərəkəli, lamul fiili isə sakin olarsa, oradakı idqama mümteni idqam deyirik və idqam etmək caiz deyil. Xüsusilə sakin olan lamul fiili izhar etmək lazımdır. Misal: مَدَدْنَ kimi. Əgər mudaaf feylin aynül fiili və lamul fiili sakin olarsa, ikinci hərf, yəni lamul fiil hərəkələnir və sonra birinci hərf olan aynül fiil ikinci hərf olan lamul fiilə idqam edilir, misalı: لَمْ يَمُدُّ və ya لَمْ يَمُدَّ və ya لَمْ يَمُدِّ kimidir. Bu üç hərəkəni də qəbul edən feylin əsli لَمْ يَمْدُدْ şəklindədir. Əvvəlcə bilməliyik ki, muzari feylin başında cəzm edən لَمْ edatı var, لَمْ يَمْدُدْ feylində olduğu kimi təbii olaraq cəzm olunub, normalda aynül fiil hərəkəli, lamul fiil sakin ikən idqam mümtenidir, amma burada lamul fiilin sakin olması arizidir, sonradan gəlir, əsli deyil مَدَدْنَ kimi. Beləliklə idqam ediləcəkdir. Birinci dal hərfi olan aynül fiilin damməsi idqam oluna bilsin deyə mim hərfinə köçürülür və feyl لَمْ يَمُدْدْ olur. Sonra iki sakin dal hərfi, yəni aynül fiil və lamul fiil iltika-i sakineyn yaradırlar. Bunu aradan qaldırmaq üçün lamul fiil olan ikinci dal hərfi hərəkələndi və sakin qalan birinci dal olan aynül fiil isə hərəkələnən ikinci dal hərfinə, yəni lamul fiilə idqam edildi və feyl لَمْ يَمُدّ oldu. Amma hərəkələnən ikinci dal olan lamul fiilə hansı hərəkəni verəcəyik? Bu hərəkələnmədə fətəh ən yüngül hərəkə olduğu üçün üstünlük verildi və feyli لَمْ يَمُدَّ şəklində oxuya bilərik. Yaxud feylin aynül fiilə tabi olması üçün dammə verə bilərik və feyli لَمْ يَمُدُّ deyə oxuya bilərik. Cəzm edən edat var deyə sonu sakin olacaq deyə kəsrə verə bilərik, çünki sakin hərf hərəkələndikdə kəsrə ilə hərəkələnir, əmr və nəhy feyllərində qeyd olunduğu kimi, bu halda feyli لَمْ يَمُدِّ deyə də oxuya bilərik.