İsm-i fail və məful 2
وَ أَمَّا مَا زَادَ ثَلاَثَةِ أَحْرُفٍ فَالضَّابِطُ فِيهِ أَنْ تَضَعَ فِي مُضَارِعِهِ الْمِيمَ الْمَضْمُومَةَ فِي مَوْضِعِ حَرْفِ الْمُضَارَعَةِ وَ تَكْسِرَ مَا قَبْلَ آخِرِهِ فِي الْفَاعِلِ وَ تَفْتَحَهُ فِي الْمَفْعُولِ. فَرْقًا بَيْنَهُمَا، نَحْوُ؛ مُكْرِمٌ وَ مُكْرَمٌ، وَ مُدَحْرِجٌ وَ مُدَحْرَجٌ، وَ مُسْتَخْرِجٌ وَ مُسْتَخْرَجٌ. وَ قَدْ يَسْتَوِى لَفْظٌ الْفَاعِلِ وَ الْمَفْعُولِ فِي بَعْضِ الْمَوَاضِعِ، كَـمُحَابٍّ وَ مُتَحَابٍّ وَ مُخْتَارٍ وَ مُضْطَرٍّ وَ مُعْتَدٍّ وَ مُنْصَبٍّ وَ مُنْصَبٍّ فِيهِ وَ مُنْجَابٍّ وَ مُنْجَابٍّ عَنْهُ وَ يَخْتَلِفُ التَّقْدِيرُ
وَ أَمَّا مَا və o ism-i fail və ism-i mefule gəldikdə, زَادَ artdı, ثَلاَثَةِ أَحْرُفٍ üç hərf, فَالضَّابِطُ qayda budur ki; فِيهِ ism-i fail və ism-i mefuldə, أَنْ تَضَعَ qoyulmasıdır, فِي مُضَارِعِهِ muzari felində, الْمِيمَ mim hərfi, الْمَضْمُومَةَ dammalı mim hərfi, فِي مَوْضِعِ yerinə, حَرْفِ الْمُضَارَعَةِ muzariyyat hərfinin, وَ تَكْسِرَ və kəsrə etməlisən, مَا قَبْلَ آخِرِهِ sondan bir əvvəlki hərfi, فِي الْفَاعِلِ ism-i fail düzəldərkən, وَ تَفْتَحَهُ və onu fətah etməlisən, فِي الْمَفْعُولِ ism-i meful düzəldərkən, فَرْقًا بَيْنَهُمَا bu ikisi arasında fərq olsun deyə. نَحْوُ misal olaraq; مُكْرِمٌ "ikram edən" və مُكْرَمٌ "ikram olunan" və مُدَحْرِجٌ "yuvarlayan" və مُدَحْرَجٌ "yuvarlanan" və مُسْتَخْرِجٌ "çıxaran" və مُسْتَخْرَجٌ "çıxarılan" kimi. وَ قَدْ يَسْتَوِى bəzən bərabər olur, eyni olur; لَفْظٌ الْفَاعِلِ وَ الْمَفْعُولِ ism-i fail və ism-i meful söz olaraq bərabər olur, فِي بَعْضِ الْمَوَاضِعِ bəzi hallarda, كَـ kimi, مُحَابٍّ və مُتَحَابٍّ kimi, وَ مُخْتَارٍ və وَ مُضْطَرٍّ və وَ مُعْتَدٍّ və وَ مُنْصَبٍّ və وَ مُنْصَبٍّ فِيهِ və وَ مُنْجَابٍّ və وَ مُنْجَابٍّ عَنْهُ və وَ يَخْتَلِفُ التَّقْدِيرُ müxtəlif təqdir olunur.
Mətnin Ümumi Mənası: Üç hərf artan fellərdən ism-i fail və ism-i meful düzəltməyin qaydası budur ki, muzariyyat hərfinin yerinə dammalı mim hərfi qoymalısan və ism-i fail üçün sondan bir əvvəlki hərfi kəsrə etməlisən, ism-i meful üçün isə sondan bir əvvəlki hərfi fətah etməlisən. Misal: مُكْرِمٌ "ikram edən" və مُكْرَمٌ "ikram olunan" kimi. Bəzən bəzi hallarda ism-i fail və ism-i meful eyni söz olaraq gəlir. مُحَابٌّ "sevən-sevilən" və مُتَحَابٌّ "sevən-sevilən" və مُخْتَارٌ "seçən-seçilən" və مُضْطَرٌّ "ehtiyacı olan" və مُعْتَدٌّ "özünü bəyənən" və مُنْصَبٌّ "dikən" və مُنْصَبٌّ فِيهِ "özünə dikilən" və مُنْجَابٌّ "dağıdan" və مُنْجَابٌّ عَنْهُ "dağılan" kimi. Amma yenə də bu halda ism-i fail və mefulun hərəkələri fərqli təqdir olunur.