Tə’kid nunu 2

وَ تُحْذَفُ مِنَ الْفِعْلِ مَعَهُمَا النُّونُ فِي الْأَمْثِلَةِ الْخَمْسَةِ كَمَا تُحْذَفُ مَعَ الْجَازِمِ وَ هِيَ يَفْعَلاَنِ وَ تَفْعَلاَنِ وَ يَفْعَلُونَ وَ تَفْعَلُونَ وَ تَفْعَلِينَ. وَ تُحْذَفُ وَاوُ يَفْعَلُونَ وَ تَفْعَلُونَ وَ يَاءُ تَفْعَلِينَ إِلاَّ إِذَا انْفَتَحَ مَا قَبْلَهُمَا، نَحْوُ؛ لاَ تَخْشَوُنَّ وَ لاَ تَخْشَيِنَّ وَ لَتُبْلَوُنَّ وَ إِمَّا تَرَيِنَّ وَ يَفْتَحُ آخِرُ الْفِعْلِ إِذَا كَانَ فِعْلَ الْوَاحِدِ وَ الْوَاحِدَةِ الْغَائِبَةِ وَ يُضَمُّ إِذَا كَانَ فِعْلَ جَمَاعَةِ الذُّكُورِ وَ يُكْسَرُ إِذَا كَانَ فِعْلَ الْوَاحِدَةِ الْمُخَاطَبِةِ. فَتَقُولُ فِي أَمرِ الْغَائِبِ مُؤَكَّدًا بِالنُّونِ الثَّقِيلَةِ؛ لِيَنْصُرَنَّ لِيَنْصُرَانِّ لِيَنْصُرُنَّ لِتَنْصُرَنَّ لِتَنْصُرَانِّ لِيَنْصُرْنَانِّ. وَ بِالخَفِيفَةِ لِيَنْصُرَنْ لِيَنْصُرُنْ لِتَنْصُرَنْ، وَ فِي أَمْرِ الْحَاضِرِ مُؤَكَّدًا بِالنُّونِ الثَّقِيلَةِ اُنْصُرَنَّ اُنْصُرَانِّ اُنْصُرُنَّ اُنْصُرِنَّ اُنْصُرَانِّ اُنْصُرْنَانِّ وَ بِالخَفِيفَةِ اُنْصُرَنْ اُنْصُرُنْ اُنْصُرِنْ وَ قِسْ عَلَى هَذَا نَظَائِرَهُ

وَ تُحْذَفُ və hazf edilir, مِنَ الْفِعْلِ fildən, مَعَهُمَا o ikisi (nun-u muhaffefe və nun-u müşəddədə) ilə birlikdə, النُّونُ فِي الْأَمْثِلَةِ الْخَمْسَةِ emsile-i hamse, yəni məşhur adı ilə efal-i hamsedəki nun, كَمَا kimi, تُحْذَفُ hazf edilir, مَعَ الْجَازِمِ cəzm edən edatlarla, وَ هِيَ və o 5 emsile, efal; يَفْعَلاَنِ və وَ تَفْعَلاَنِ və وَ يَفْعَلُونَ və وَ تَفْعَلُونَ və وَ تَفْعَلِينَ bablarıdır. وَ تُحْذَفُ və hazf edilir, وَاوُ يَفْعَلُونَ yəni yef’âlune vəzninin vav hərfi, وَ تَفْعَلُونَ və tef’âlune vəzninin vav hərfi, وَ يَاءُ تَفْعَلِينَ və tef’âlîne vəzninin ya hərfi, إِلاَّ lakin hazf edilmir, إِذَا انْفَتَحَ fethalı olduqda, مَا قَبْلَهُمَا o ikisindən (vav və ya) əvvəlki hərf. نَحْوُ misalı belədir; لاَ تَخْشَوُنَّ və لاَ تَخْشَيِنَّ və لَتُبْلَوُنَّ kimi. وَ إِمَّا تَرَيِنَّ və terayinne feli üçün, وَ يَفْتَحُ آخِرُ الْفِعْلِ felin sonu fethalanır, إِذَا كَانَ olduqda, فِعْلَ الْوَاحِدِ vahid fel, yəni müfrəd müzəkkər, وَ الْوَاحِدَةِ الْغَائِبَةِ vahidətil-ğayibə, yəni müfrəd müənnəs ğayibə, وَ يُضَمُّ və dammelenir, إِذَا كَانَ olduqda, فِعْلَ جَمَاعَةِ الذُّكُورِ yəni cəmi müzəkkər, وَ يُكْسَرُ və kəsrelənir, إِذَا كَانَ olduqda, فِعْلَ الْوَاحِدَةِ الْمُخَاطَبِةِ müfrəd müənnəs müxatəbə olduqda. فَتَقُولُ bu biliklərdən sonra deyirsən ki; فِي أَمرِ الْغَائِبِ emr-i ğayib üçün, مُؤَكَّدًا möhkəmlənmiş, بِالنُّونِ الثَّقِيلَةِ qalın nun ilə, yəni nun-u müşəddədə ilə, لِيَنْصُرَنَّ لِيَنْصُرَانِّ لِيَنْصُرُنَّ لِتَنْصُرَنَّ لِتَنْصُرَانِّ لِيَنْصُرْنَانِّ deyirsən. وَ بِالخَفِيفَةِ və nun-u muhaffefe ilə də; لِيَنْصُرَنْ لِيَنْصُرُنْ لِتَنْصُرَنْ deyirsən. وَ فِي أَمْرِ الْحَاضِرِ və emr-i hazır üçün, مُؤَكَّدًا möhkəmlənmiş, بِالنُّونِ الثَّقِيلَةِ qalın nun ilə, yəni nun-u müşəddədə ilə, اُنْصُرَنَّ اُنْصُرَانِّ اُنْصُرُنَّ اُنْصُرِنَّ اُنْصُرَانِّ اُنْصُرْنَانِّ deyirsən. وَ بِالخَفِيفَةِ və nun-u muhaffefe ilə də, اُنْصُرَنْ اُنْصُرُنْ اُنْصُرِنْ deyirsən. وَ قِسْ və müqayisə et, عَلَى هَذَا buna, yəni emr-i ğayib və emr-i hazır siğalarına, نَظَائِرَهُ onların oxşarlarını.

Mətnin Ümumi Mənası; Nun-u müşəddədə və nun-u muhaffefe ilə birlikdə olan nun hərfi emsile-i hamsədə hazf edilir. Bu hazif cəzm edənlərlə baş verir. 5 siğa aşağıdakı cədvəldə verilmişdir.

Emsile-i Hamse / Efâl-i Hamse
Vezin Mevzun Siga
يَفْعَلاَنِ يَنْصُرَانِ Təsniyə müzəkkər qayıb
تَفْعَلاَنِ تَنْصُرَانِ Təsniyə müənnəs və müzəkkər
يَفْعَلُونَ يَنْصُرُونَ Cəmi müzəkkər qayıb
تَفْعَلُونَ تَنْصُرُونَ Cəmi müzəkkər müxatəb
تَفْعَلِينَ تَنْصُرِينَ Müfrəd müənnəs müxatəbə

يَفْعَلُونَ vezninin vav hərfi və تَفْعَلِينَ vezninin ya hərfi təkid nun-u daxil olduqda hazf edilir. Lakin vav və ya hərflərindən əvvəlki hərf fətalı olarsa hazf edilmir. Buna misal; لاَ تَخْشَوُنَّ və لاَ تَخْشَيِنَّ və لَتُبْلَوُنَّ kimidir. Bu feilərin ilal qaydası məqsud dərslərində verilmişdir. تَرَيِنَّ feilinə gəldikdə, burada da ya hərfi özündən əvvəlki hərf (ma qabli) fətalı olduğu üçün hazf edilməmişdir. Deyək ki hazf edildi, bu halda cəmi müzəkkər əlaməti aradan qalxacaq və feil düzgün olmayacaq. Hər zaman cəmi əlamətləri, təsniyə əlamətlərini qorumağa məcburuq. Nun-u təkid (nun-u müşəddədə və ya nun-u müxəffəfə) daxil olduqda, müfrəd müzəkkər (qayıb və ya müxatəb fərq etməz) feilinin son hərfi fətalanır və cəmi müzəkkər (qayıb və ya müxatəb fərq etməz) feilinin sonu dammələnir və müfrəd müənnəs müxatəbə olan feilinin sonu isə kəsrələnir. Bu bilgilər daxilində əmri-qayıb və əmri-hazır sigalarından nun-u müşəddədə və nun-u müxəffəfə ilə bu beş siga aşağıdakı cədvəldə verilmişdir. Bundan sonra hər nə zaman əmri-qayıb və əmri-hazır çəkimi ediləcək olsa burada bəhs olunan çəkimlərə müqayisə et.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Tə’kid nunu 2
🎓
Xoş gəldiniz! Sual soruşun!