İftial babı 3

وَ مَتَى كَانَ فَاءُ اِفْتَعَلَ وَاوًا أَوْ يَاءً أَوْ ثَاءً قُلِبَتُ الْوَاوُ وَ الْيَاءُ وَ الثَّاءُ تَاءً، ثُمَّ أُدْغِمَتِ التَّاءُ فِي تَاءِ اِفْتَعَلَ، نَحْوُ؛ اِتَّقَى وَ اتَّسَرَ وَ اتَّغَرَ

وَ مَتَى və hər nə zaman ki, كَانَ olsa, فَاءُ اِفْتَعَلَ ifteal babının fa ul-feli, وَاوًا vav, أَوْ və ya, يَاءً ya, أَوْ və ya, ثَاءً peltek sə, قُلِبَتُ الْوَاوُ vav hərfi çevrilir, وَ الْيَاءُ və ya hərfi çevrilir, وَ الثَّاءُ və peltek sə hərfi çevrilir, تَاءً te hərfinə. ثُمَّ sonra, أُدْغِمَتِ التَّاءُ vav, ya və peltek sə hərflərindən çevrilən te hərfi idqam olunur, فِي تَاءِ اِفْتَعَلَ ifteal babının te hərfi ilə. نَحْوُ misalı belədir; اِتَّقَى "qorudu" və اِتَّسَرَ "asan oldu" və اِتَّغَرَ "uşağın dişləri çıxdı" kimi.

Mətnin Ümumi Mənası; Hər nə zaman ki, ifteal babının fa ul-feli vav, ya və peltek sə olarsa, bu halda vav, ya və peltek sə hərfləri te hərfinə çevrilir. Sonra vav, ya və peltek sə hərflərindən çevrilən te hərfi ifteal babının te hərfi ilə idqam olunur. Misalları: اِتَّقَى "qorudu", اِتَّغَرَ "uşağın dişləri çıxdı", اِتَّسَرَ "asan oldu" kimi.

Qeyd: اِتَّقَى felinin əsli اِوْتَقَى şəklindədir. Kök hərfləri vav, kaf və ya hərfləridir. Fa ul-feli vav olduğu üçün te hərfinə çevrilir və اِتْتَقَى olur, iki te hərfi idqam olunur və sonda اِتَّقَى olur. اِتَّسَرَ felinin əsli اِيْتَسَرَ şəklindədir. Kök hərfləri ya, sin və ra hərfləridir. Fa ul-feli ya olduğu üçün te hərfinə çevrilir və اِتْتَسَرَ olur, iki te hərfi idqam olunur və sonda اِتَّسَرَ olur. اِتَّغَرَ felinin əsli اِثْتَغَرَ şəklindədir. Kök hərfləri peltek sə, ğayn və ra hərfləridir. Fa ul-feli peltek sə olduğu üçün te hərfinə çevrilir və اِثْتَغَرَ olur, iki te hərfi idqam olunur və sonda اِتَّغَرَ olur.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › İftial babı 3
🎓
Xoş gəldiniz! Sual soruşun!