İftial babı 2

وَ مَتَى كَانَ فَاءُ اِفْتَعَلَ دَالاً أَوْ ذَالاً أَوْ زَاءً قُلِبَتْ تَاؤُهُ دَالاً. فَتَقُولُ فِي اِفْتَعَلَ مِنَ الدَّرْءِ وَ الذِّكْرِ وَ الزَّجْرِ؛ اِدَّرَءَ وَ اذَّكَرَ وَ ازْدَجَرَ

وَ مَتَى və nə vaxt ki, كَانَ olsa, فَاءُ اِفْتَعَلَ iftiəl babının fa hərfi, دَالاً dal, أَوْ və ya, ذَالاً zel, أَوْ və ya, زَاءً za hərflərindən biri olsa, قُلِبَتْ çevrilir, تَاؤُهُ iftiəl babının te hərfi, دَالاً dal hərfinə. فَتَقُولُ beləliklə deyirsən, فِي اِفْتَعَلَ iftiəl babından, مِنَ الدَّرْءِ der’i sözü üçün, وَ الذِّكْرِ və zikr sözü üçün, وَ الزَّجْرِ və zecr sözü üçün; اِدَّرَءَ və وَ اذَّكَرَ və وَ ازْدَجَرَ deyirsən.
Mətnin Ümumi Mənası; Hər nə vaxt ki iftiəl babının fa hərfi dal, zel və ya za hərflərindən biri olur, bu halda te hərfi dal hərfinə çevrilir. Buna görə iftiəl babına daxil olan دَرْءٌ der’i sözü üçün اِدَّرَءَ "pusuda durdu", ذِكْرٌ zikr sözü üçün اِذَّكَرَ "xatırladı, yada saldı, zikr etdi" və زَجْرٌ zecr sözü üçün də اِزْدَجَرَ "boyun əydi" deyirsən.

Qeyd: زَجْرٌ felinin normalda اِزْتَجَرَ olması lazım idi, lakin te hərfi dal hərfinə çevrildi və اِزْدَجَرَ oldu. دَرْءٌ felinin normalda اِدْتَرَءَ olması lazım idi, lakin te hərfi dal hərfinə çevrildi və اِدَّرَءَ oldu. ذِكْرٌ felinin normalda اِذْتَكَرَ olması lazım idi, lakin te hərfi dal hərfinə çevrildi və اِذْدَكَرَ oldu. Te hərfindən çevrilmiş dal hərfi və felin fa hərfi olan zel hərfi məxrəç yaxınlığına görə bir-birinə idqam edildi və اِذَّكَرَ oldu, burada fa hərfi ilə idqamla oxundu, te hərfindən çevrilmiş dal hərfinə idqam da ola bilər, bu halda اِدَّكَرَ şəklində oxunması da caizdir. Qəmər surəsi 17-ci ayədə وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ "And olsun ki, biz Qur'anı zikr üçün asanlaşdırdıq. Buna baxmayaraq, təzekkür edən (müddəkir və ya müzzəkir) varmı?" deyildiyi kimi.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › İftial babı 2
🎓
Xoş gəldiniz! Sual soruşun!