Hazır əmr
وَ أَمَّا الْأَمْرُ بِالصِّيغَةِ وَ هُوَ أَمْرُ الْحَاضِرِ، فَهُوَ جَارٍ عَلَى لَفْظِ الْمُضَارِعِ الْمَجْزُومِ. فَإِنْ كَانَ مَا بَعْدَ حَرْفِ الْمُضَارَعَةِ مُتَحَرِّكًا فَتُسْقِطُ مِنْهُ حَرْفَ الْمُضَارَعَةِ وَ تَأْتِى بِصُورَةِ الْبَاقِى مَجْزُومًا، فَتَقُولُ فِي أَمْرِ الْحَاضِرِ مِنْ تَدَحْرَجَ؛ دَحْرِجْ دَحْرِجَا دَحْرِجُوا، دَحْرِجِى دَحْرِجَا دَحْرِجْنَ. وَ هَكَذَا قِيَاسُ سَائِرِ الْأَمْثِلَةِ، تَقُولُ فَرِّحْ وَ قَاتِلْ وَ تَكَسَّرْ وَ تَبَاعَدْ وَ تَدَحْرَجْ
Emr feilinə gəldikdə, siga ilə olan, yəni hazır əmri; hazır əmri meczum muzari söz üzərində cari olur. Əgər muzari feilinin muzaraat hərfindən sonrakı hərəkəli olarsa, o muzaraat hərfini atırsan və qalan hissəni meczum muzari kimi saxlayırsan. Hazır əmrin siga formasında تَدَحْرَجَ feilinə görə müzekker üçün دَحْرِجْ دَحْرِجَا دَحْرِجُوا, müənnəs üçün isə دَحْرِجِى دَحْرِجَا دَحْرِجْنَ deyirsən. Digər nümunələrdə də eyni qayda tətbiq olunur, məsələn: فَرِّحْ, قَاتِلْ, تَكَسَّرْ, تَبَاعَدْ, تَدَحْرَجْ deyirsən.
Mətnin Ümumi Mənası: Siga ilə olan hazır əmri meczum muzari söz üzərində cari olur. Əgər muzari feilinin muzaraat hərfi hərəkəli olarsa, o hərfi atırsan və qalan hissə meczum muzari kimi qalır. تَدَحْرَجَ feilinə görə müzekker üçün دَحْرِجْ دَحْرِجَا دَحْرِجُوا, müənnəs üçün isə دَحْرِجِى دَحْرِجَا دَحْرِجْنَ deyirsən. Digər sülasi mücərrəd və məzid bablarda da eyni qayda keçərlidir. فَرِّحْ, قَاتِلْ, تَكَسَّرْ, تَبَاعَدْ, تَدَحْرَجْ deyirsən.
Qeyd: Müəllifin dolayı şəkildə izah etdiyi mövzunu qısa şəkildə ifadə etsək, hər hansı muzari feildən hazır əmri əldə etmək üçün əvvəlcə son hərəkəsini cezm edirik, sonra başdakı muzaraat hərfini atırıq. Əgər muzaraat hərfi atıldıqdan sonra feil sükunlu hərf ilə başlayıb oxuna bilmirsə, feilin başına vasıl həmzəsi gətirilir. Bu vasıl həmzəsinin hərəkəsini isə muzari feilin ayn əl-feili müəyyən edir. Əgər muzari feilin ayn əl-feili fatha və ya kəsrədirsə, vasıl həmzəsi kəsrə, əgər dammədirsə, vasıl həmzəsi dammə olur. Aşağıdakı cədvəldə bir neçə nümunə ilə izah olunub.
| Hazır Əmr Yaradılması |
| Muzari feil | يَفْتَحُ | يَضْرِبُ | يَنْصُرُ |
| Son hərfi cəzm et | يَفْتَحْ | يَضْرِبْ | يَنْصُرْ |
| Muzarat hərfini at | فْتَحْ | ضْرِبْ | نْصُرْ |
| Vasıl həmzəsi əlavə et | اِفْتَحْ | اِضْرِبْ | اُنْصُرْ |
Göründüyü kimi, fellərimizdə ilk iki əməliyyatı etdikdən sonra fellərimiz فْتَحْ və ضْرِبْ və نْصُرْ formalarını aldı. Əgər fellər belə sakit hərflə başlamasaydı, bu qədər kifayət edərdi və əmr feli əldə edilərdi. Amma sakit olmaları səbəbindən başlarına vasıl həmzəsi əlavə olunmalıdır və belə də oldu. Bu vasıl həmzəsinin hərəkəsi يَفْتَحُ felinin ayn əl-felində fətəh olduğundan əmr felindəki vasıl həmzəsi kəsrə, يَضْرِبُ felində kəsrə olduğu üçün vasıl həmzəsi kəsrə və son olaraq يَنْصُرُ felində isə ayn əl-fel dammə olduğundan əmr felindəki vasıl həmzəsi də damməli gəlmişdir. Vasıl həmzəsinə ehtiyac duymayan felə misal; تَكَلَّمَ felinin muzarisini nəzərdən keçirək, muzari forması يَتَكَلَّمُ şəklindədir. Sonda olan hərfi cəzm etsək və başdakı muzarat hərfini atsaq, geriyə تَكَلَّمْ qalır. Göründüyü kimi vasıl həmzəsinə ehtiyac yoxdur.