Müzari feil – Məchul

وَ الْمَبْنِىُّ لِلْمَفْعُولِ مِنْهُ مَا كَانَ حَرْفُ الْمُضَارَعَةِ مِنْهُ مَضْمُومًا وَ مَا قَبْلَ الْآخِرِ مِنْهُ مَفْتُوحًا، نَحْوُ؛ يُنْصَرُ وَ يُدَحْرَجُ وَ يُكْرَمُ وَ يُفَرَّحُ وَ يُقَاتَلُ وَ يُسْتَخْرَجُ وَ قِسِ الْبَوَاقِىَ عَلَى هَذِهِ

وَ الْمَبْنِىُّ və bina olunan feil, لِلْمَفْعُولِ meful üçün, مِنْهُ muzari feildən, مَا elə bir feildir ki, كَانَ olur, حَرْفُ الْمُضَارَعَةِ muzariyyat hərfi, مِنْهُ o muzari feildən, مَضْمُومًا dammalı olur, وَ مَا قَبْلَ الْآخِرِ və sondan bir əvvəlki hərf, مِنْهُ o muzari feildən, مَفْتُوحًا fətəli olur, نَحْوُ; misalları belədir: يُنْصَرُ və يُدَحْرَجُ və يُكْرَمُ və يُفَرَّحُ və يُقَاتَلُ və يُسْتَخْرَجُ kimi.

Mətnin Ümumi Mənası; Malum feili muzariyyədən meful üçün bina olunan məchul quruluşda olan muzari feilin muzariyyat hərfi dammalı və sondan bir əvvəlki hərfi isə fətəlidir. يُنْصَرُ və يُدَحْرَجُ və يُكْرَمُ və يُفَرَّحُ və يُقَاتَلُ və يُسْتَخْرَجُ misallarında olduğu kimi. Sarf haqqında bütün çəkmələr ümumi şəkildə bina kitabında yer alacaqdır.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Müzari feil – Məchul
🎓
Xoş gəldiniz! Sual soruşun!