Sülasi mücərrəd bablar

أَمَّا الثُّلاَثِىُّ الْمُجَرَّدِ فَإِنْ كَانَ مَاضِيهِ عَلَى فَعَلَ بِفَتْحِ الْعَيْنِ فَمُضَارِعُهُ يَفْعُلُ أَوْ يَفْعِلُ بِضَمِّ الْعَيْنِ أَوْ كَسْرِهَا، نَحْوُ؛ نَصَرَ يَنْصُرُ وَ ضَرَبَ يَضْرِبُ. وَ يَجِئُ مُضَارِعُهُ عَلَى وَزْنِ يَفْعَلُ بِفَتْحِ الْعَيْنِ إِذَا كَانَ عَيْنُ فِعْلِهِ أَوْ لاَمُهُ حَرْفًا مِنْ حُرُوفُ الْحَلْقِ، وَ هِيَ سِتَّةٌ؛ اَلْهَمزَةُ وَ الْهَاءُ وَ الْعَيْنُ وَ الْغَيْنُ وَ الْحَاءُ وَ الْخَاءُ. نَحْوُ؛ سَئَلَ يَسْئَلُ وَ مَنَعَ يَمْنَعُ وَ أَبَى يَأْبَى شَاذٌّ. وَ إِنْ كَانَ مَاضِيهِ عَلَى فَعِلَ بِكَسْرِ الْعَيْنِ، فَمُضارِعُهُ يَجِئُ عَلَى يَفْعَلُ بِفَتْحِ الْعَيْنِ، نَحْوُ؛ عَلِمَ يَعْلَمُ. إِلاَّ مَا شَاذَّ نَحْوُ؛ حَسِبَ يَحْسِبُ وَ أَخَوَاتِهِ مِثْلُ وَمِقَ يَمِقُ وَ وَرِثَ يَرِثُ. وَ إِنْ كَانَ مَاضِيهِ عَلَى فَعُلَ مَضْمُومَ الْعَيْنِ فَمُضَارِعُهُ عَلَى يَفْعُلُ بِضَمِّ الْعَيْنِ، نَحْوُ؛ حَسُنَ يَحْسُنُ وَ كَرُمَ يَكْرُمُ

أَمَّا الثُّلاَثِىُّ الْمُجَرَّدِ sülasi mücerrede gəldikdə; فَإِنْ əgər, كَانَ مَاضِيهِ onun (sülasi mücerredin) keçmişi olarsa; عَلَى فَعَلَ fe’ale vəzni üzrə. Bu fe’ale بِفَتْحِ الْعَيْنِ aynul feilinin fətəhəsi ilədir. Keçmişi فَعَلَ vəznində olan sülasi mücerredin; فَمُضَارِعُهُ onun (sülasi mücerredin) indiki zamanı isə; يَفْعُلُ yef’ulu vəzni üzrədir, أَوْ və ya, يَفْعِلُ yef’ilu vəzni üzrədir. Yef’ilu babı بِضَمِّ الْعَيْنِ aynul feilinin damməsi ilə, Yef’alu babı isə أَوْ كَسْرِهَا aynul feilinin kəsrəsi ilədir. Yəni keçmişi فَعَلَ olan bir sülasi mücerredin indiki zamanı يَفْعُلُ və ya يَفْعِلُ kimi gələr. Keçmişi فَعَلَ və indiki zamanı يَفْعُلُ olanlara Məsələn; keçmişi نَصَرَ və indiki zamanı يَنْصُرُ -dur. Keçmişi فَعَلَ və indiki zamanı يَفْعِلُ olanlara Məsələn; keçmişi ضَرَبَ və indiki zamanı يَضْرِبُ -dur. وَ يَجِئُ və gələ bilər, (nə gələ bilər); مُضَارِعُهُ onun (sülasi mücerredin) indiki zamanı; عَلَى وَزْنِ يَفْعَلُ yef’alu vəzni üzrə gələ bilər. بِفَتْحِ الْعَيْنِ bu yef’alu indiki zamanının aynul feilinin fətəhəsi ilə gələ bilər. Bu yef’alu indiki zamanının gəlməsi; إِذَا كَانَ olduqda, عَيْنُ فِعْلِهِ sülasi mücerred olan فَعَلَ keçmiş feilinin indiki zamanı olan يَفْعَلُ vəzninin aynul feilinin, أَوْ لاَمُهُ və ya lamul feilinin, حَرْفًا bir hərf olmasıdır ki, o hərf; مِنْ حُرُوفُ الْحَلْقِ boğaz (halq) hərflərindən biri olmasıdır. وَ هِيَ və o boğaz hərfləri; سِتَّةٌ altıdır; اَلْهَمزَةُ həmzə, وَ الْهَاءُ və hə, وَ الْعَيْنُ və ayn, وَ الْغَيْنُ və ğayn, وَ الْحَاءُ və ha, وَ الْخَاءُ və xa. نَحْوُ kimi; سَئَلَ يَسْئَلُ keçmiş-indiki zamanı və وَ مَنَعَ يَمْنَعُ keçmiş-indiki zamanı. Və وَ أَبَى يَأْبَى keçmiş-indiki zamanı isə; شَاذٌّ şaz, yəni qayda xaricidir. وَ إِنْ كَانَ əgər olarsa, مَاضِيهِ onun (sülasi mücerred feilinin) keçmişi; عَلَى فَعِلَ fe’ile vəzni üzrə, بِكَسْرِ الْعَيْنِ bu fe’ile vəzninin aynul feilinin kəsrəsi ilə. فَمُضارِعُهُ beləliklə فَعِلَ keçmiş feilinin indiki zamanı; عَلَى يَفْعَلُ yef’alu vəzni üzrədir, بِفَتْحِ الْعَيْنِ aynul feilinin fətəhəsi ilə. نَحْوُ kimi; عَلِمَ يَعْلَمُ keçmiş-indiki zamanı kimi. إِلاَّ ancaq istisnadır, yəni keçmişi فَعِلَ olan feilinin indiki zamanı يَفْعَلُ vəznində gəlməz; مَا شَاذَّ o feil ki şazdır; نَحْوُ kimi; حَسِبَ يَحْسِبُ keçmiş-indiki zamanı kimi. وَ أَخَوَاتِهِ və onun, yəni حَسِبَ يَحْسِبُ keçmiş-indiki zamanının qardaşlarıdır. Bu feilər səhih feil kimi azdır, çox vaxt mutel feilərdə olur; مِثْلُ misli kimi; وَمِقَ يَمِقُ keçmiş-indiki zamanı kimi və وَ وَرِثَ يَرِثُ keçmiş-indiki zamanı kimi. وَ إِنْ كَانَ əgər olarsa, مَاضِيهِ sülasi mücerred feilinin keçmiş feilidir; عَلَى فَعُلَ fe’ule vəzni üzrə olarsa; مَضْمُومَ الْعَيْنِ aynul feilinin məzmum (daməli) olması ilə, فَمُضَارِعُهُ və فَعُلَ keçmiş feilinin indiki zamanının da, عَلَى يَفْعُلُ yef’ulu babı üzrə olması, بِضَمِّ الْعَيْنِ aynul feilinin damməsi ilə. نَحْوُ kimi; حَسُنَ يَحْسُنُ keçmiş-indiki zamanı kimi, və وَ كَرُمَ يَكْرُمُ keçmiş-indiki zamanı kimidir.
Mətnin Ümumi Mənası: Sülasi mücerred feilə gəldikdə; Əgər sülasi mücerred feilinin keçmişi  فَعَلَ (aynul feilinin fətəhəsi ilə) vəzni üzrə olarsa və bu فَعَلَ keçmiş feilinin indiki zamanı يَفْعُلُ (aynul feilinin damməsi ilə) və ya يَفْعِلُ (aynul feilinin kəsrəsi ilə) vəznlərindən biri üzrə olar. فَعَلَ يَفْعُلُ -ya Məsələn; نَصَرَ يَنْصُرُ kimidir. فَعَلَ يَفْعِلُ -ya Məsələn; ضَرَبَ يَضْرِبُ kimidir. Və bu فَعَلَ vəznində olan feilinin keçmişinin indiki zamanı; feilinin aynul feili və ya lamul feili boğaz hərflərindən (Huruf ul-Halq) biri olduğu zaman يَفْعَلُ (aynul feilinin fətəhəsi ilə) vəzni üzrə də gələr. Boğaz hərfləri 6-dır; ء həmzə, هـ hə, ع ayn, غ ğayn, ح ha, خ xa. Aynul feili boğaz hərflərindən olan və فَعَلَ يَفْعَلُ vəznlərinə daxil olan keçmiş-indiki feil Sَئَلَ يَسْئَلُ kimidir, Lamul feili boğaz hərflərindən olan və فَعَلَ يَفْعَلُ vəznlərinə daxil olan keçmiş-indiki feil مَنَعَ يَمْنَعُ kimidir. Yalnız أَبَى يَأْبَى keçmiş və indiki zamanı فَعَلَ يَفْعَلُ keçmiş-indiki zamanına daxil olmasına baxmayaraq, aynul və lamul feilləri boğaz hərflərindən olmadığı üçün qayda xarici (şaz) hesab olunub. Əgər sülasi mücerred feilinin keçmişi  فَعِلَ (aynul feilinin kəsrəsi ilə) vəzni üzrə olarsa, bu فَعِلَ keçmiş feilinin indiki zamanı يَفْعَلُ (aynul feilinin fətəhəsi ilə) vəzni üzrə gələr. فَعِلَ يَفْعَلُ keçmiş və indiki zamanına Məsələn; عَلِمَ يَعْلَمُ kimidir. Ancaq şaz olan feilər istisnadır. Yəni keçmişi فَعِلَ ikən indiki zamanı يَفْعَلُ üzrə gəlməyən feilə Məsələn; حَسِبَ يَحْسِبُ keçmiş və indiki zamanı və bu حَسِبَ يَحْسِبُ keçmiş-indiki zamanının qardaşları (bənzərləri) kimi. Yəni keçmişi فَعِلَ ikən indiki zamanı يَفْعَلُ vəzni üzrə gəlməsi lazım olduğu halda يَفْعِلُ vəzni üzrə gələn feilər kimi. Bu cür mövcud olan feilər əsasən mutel feilərdir. وَمِقَ يَمِقُ keçmiş-indiki zamanı və وَرِثَ يَرِثُ keçmiş-indiki zamanı kimi. Əgər sülasi mücerred feilinin keçmişi  فَعُلَ (aynul feilinin damməsi ilə) vəzni üzrə olarsa, فَعُلَ keçmiş feilinin indiki zamanı isə يَفْعُلُ (aynul feilinin damməsi ilə) üzrə gələr.  حَسُنَ يَحْسُنُ keçmiş və indiki zamanı, كَرُمَ يَكْرُمُ keçmiş və indiki zamanı kimi.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Sülasi mücərrəd bablar
🎓
Xoş gəldiniz! Sual soruşun!