Felin bölmələri
Sonra fel; ya üç hərfli (sülasi) olur, ya da dörd hərfli (rübai) olur. Hər ikisindən də, ya sadə (mücərrəd) olur, ya da artırılmış (məzi̇d) olur. Bu dörd növdən hər biri də, ya salim olur, ya da qeyri-salim olur. Biz salim fel deyəndə, belə fel nəzərdə tuturuq ki, onun əsas hərfləri (fa, ayn və lam) xəstəlik hərflərindən (elif, vav, ya), həmzədən və təkrar (təd’if) hərflərindən uzaqdır, yəni bu xüsusiyyətlər ona təsir etməyib.
Sonra fel, ya üç hərfli (sülasi) olur, ya da dörd hərfli (rübai) olur. Bu ikisindən hər biri, ya sadə (mücərrəd) olur, ya da artırılmış (məzi̇d) olur. Bu dörd növdən hər biri də, ya salim olur, ya da qeyri-salim olur. Biz salim fel deyəndə, belə fel nəzərdə tuturuq ki, onun əsas hərfləri (fa, ayn və lam) xəstəlik hərflərindən (elif, vav, ya), həmzədən və təkrar (təd’if) hərflərindən uzaqdır, yəni bu xüsusiyyətlər ona təsir etməyib.
Mətnin Ümumi Mənası: Sonra fel; ya üç hərfli (sülasi), ya dörd hərfli (rübai) olur. Felin sülasi və rübai olmasının hər biri, ya sadə (mücərrəd), ya da artırılmış (məzi̇d) olur. Yəni fel; sülasi mücərrəd, sülasi məzi̇d, rübai mücərrəd, rübai məzi̇d olur. Bu dörd növdən hər biri isə ya salim olur, ya da qeyri-salim olur. Yəni biz (Sarf alimləri) salim fel deyəndə nəzərdə tuturuq ki; bu salim felin əsas hərflərinə (fa, ayn və lam) xəstəlik hərfləri, həmzə və təkrar (təd’if, məsələn: شَقَّ) təsir etməyib, yəni salimdir.