Mazi fiil məlum quruluşu; Bina kitabında bəhs olunan mülhəq (əlavə olunan) formalar ilə birlikdə 35 babda araşdırılacaqdır. Yəni, 35 bab mazi fiil mövcuddur deyə bilərik. Sizlər Emsile kitabını tamamladıqdan sonra, Bina kitabının sizlər üçün təmrin xarakterli olması üçün Emsile-i Muxtəlifədəki 24 siğanın təfərrüatını paylaşacağıq, çəkmələrini göstərəcəyik və misallarını verəcəyik İnşallah. Çünki Bina kitabında fiillərin xüsusiyyətlərini öyrənəcəyik. Filan babdan gələn fiil lazım fiilmi, mütəaddi fiilmi, mutavaat varmı, müştərək fiilmi kimi mövzuları öyrənib o fiillərin bina olunma qaydalarını görəcəyik. Maksud kitabında isə Mazi məlum fiilin müvazənəsi (hərəkə və hərf baxımından ölçüsü) necə yaranır, muzarat hərfləri hansılardır, ilal (illətli hərflərin dəyişməsi) qaydalarını öyrənəcəyik. İzzi kitabında isə yenə Emsile-i Muxtəlifəyə istinadən bir sıra xüsuslar və sarf elminə dair əhatəli bilgilər öyrənəcəyik. Bu sadalanan Emsile, Bina, Maksud və İzzi kitabları bizə Sarf Elmi haqqında çoxlu bilgilər verəcəkdir.
Gəlin Mazi fiil məlum quruluşa baxaq; Burada yalnız Sülasi Mücərrəd (3 hərfli, amma hər hərfi sağlam olan, elif, vav, ya və ya hərf təkrarı almayan salim fiillər) babların 1-ci babı olan mazi فَعَلَ və muzari يَفْعُلُ vəznində olan نَصَرَ və يَنْصُرُ vəznindəki mazi fiil olan نَصَرَ "Kömək etdi" fiilinin zamirlərlə çəkilmiş Mazi Məlum Cədvəli haqqında bilgilər paylaşacağam.
| Muzari |
Mazi |
Sıra |
| يَنْصُرُ |
نَصَرَ |
١ |
| يَضْرِبُ |
ضَرَبَ |
٢ |
| يَفْتَحُ |
فَتَحَ |
٣ |
| يَعْلَمُ |
عَلِمَ |
٤ |
| يَحْسُنُ |
حَسُنَ |
٥ |
| يَحْسِبُ |
حَسِبَ |
٦ |
Cədvəldə olan 6 Mazi və Muzari vəzinlər Sülasi Mücerredin 6 babını təşkil edir. Gördüyünüz kimi نَصَرَ feilı 1-ci babdan gələn bir feildir. Emsile-i Muhtelifenin hamısı 1-ci babdan olan نَصَرَ feili ilə çəkilmişdir. Biz Bina kitabında bu babların hər birini ayrıca izah edəcəyimiz üçün, hələlik 1-ci babdan gələn نَصَرَ feilini nəzərdən keçirəcəyik. Qeyd: Bu feillərin hamısı məlum feildir, gələcəkdə məchul formalarını da İzzi kitabında izah edəcəyik. Cədvəldəki 6 kalıp üçün bilməli olduğumuz mazi və muzari vəzinlərin aynul-feilidir. Aşağıdakı cədvəldə qısa şəkildə feilin hərflərini görə bilərik.
| ل |
ع |
ف |
| ر |
ص |
ن |
| Lam ul-Feil |
Ayn ul-Feil |
Fa ul-Feil |
| ل |
ع |
ف |
ي |
| ر |
ص |
ن |
ي |
| Lam ul-Feil |
Ayn ul-Feil |
Fa ul-Feil |
Muzaraat Hərfi |
Sülasi mücerred feillərin mazi kalıbı bu 3 hərf ilədir. Hərəkələrinə gəldikdə, fa ul-Feil həmişə fətalı olur. Ayn ul-Feil isə üç hərəkəni də (fətə, kəsrə, dammə) ala bilər. Lam ul-Feil isə həmişə fətalıdır. Yəni Feil-i Mazi Məlum Sülasi Mücerred bir feil 3 halda olur. نَصَرَ feilinin Fa ul-Feili ن "nun" hərfidir. Ayn ul-Feili ص hərfidir. Lam ul-Feili isə ر hərfidir.