Mazi feil – məlum 3
| فَعُلَ | فَعِلَ | فَعَلَ |
Cədvələ baxanda yalnız Ayn ul-Fiil olan ع hərfinin 3 hərəkəli halı görünür. Qalan Fa ul-Fiil və Lam ul-Fiil fətəhəli olaraq eyni qalır. Bütün sülasi mücərrəd məzi məlum fellər bu şəkildə gəlir. Təbii ki, bunlara uyğun gələn muzari fellərin də aynul fiili dəyişir. 6 babda bunu görürük. Muzari fellərin əvvəlində ya-i məftuha olsa da, yenə fellərin əsas hərfləri üzərindən Fa ul-Fiil, Ayn ul-Fiil və Lam ul-Fiil kimi qiymətləndiririk. Misal üçün; يَنْصُرُ muzari felinin əvvəlindəki ي hərfi muzaraat hərfidir. Fellin əsas hərfi deyil. Qalanlar fellin əsas hərfləridir. يَنْصُرُ muzari felinin fa ul-Fiili ن, ayn ul-Fiili ص və lam ul-Fiili isə ر hərfidir. Bina Kitabında daha ətraflı və misallarla izah olunacaq. Hələlik نَصَرَ məzi məlum felinin Sülasi mücərrəd olan 6 babın 1-cisi olan فَعَلَ يَفْعُلُ babından gəldiyini bilək.