Mazi feil – məlum
| Mazi Feli Məlum Çəkimləri |
| CƏM | İKİLİ | TƏK | Kömək etdi |
| نَصَرُوا | نَصَرَا | نَصَرَ | MÜZƏKKƏR QAYIB |
| نَصَرْنَ | نَصَرَتَا | نَصَرَتْ | MÜƏNNƏS QAYIBƏ |
| نَصَرْتُمْ | نَصَرْتُمَا | نَصَرْتَ | MÜZƏKKƏR MÜXATƏB |
| نَصَرْتُنَّ | نَصَرْتُمَا | نَصَرْتِ | MÜƏNNƏS MÜXATƏBƏ |
| نَصَرْنَا | نَصَرْنَا | نَصَرْتُ | NƏFSİ MÜTƏKƏLLİM |
نَصَرَ
Mazi feli, bina-i məlum, tək müzəkkər qayib bir fildir. Mənası: O kişi kömək etdi deməkdir. Keçmiş zamanda 3-cü tək şəxs (o) bir kişinin kömək etdiyini bizə bildirir.
نَصَرَا
Mazi feli, Məlum bina, İki kişi üçün üçüncü şəxs (tesniyə müzekker qayıb) felidir. Mənası: O iki kişi kömək etdi deməkdir. Keçmiş zamanda üçüncü tesniyə şəxs (o ikisi) iki kişinin kömək etdiyini bizə bildirir.
نَصَرُوا
Mazi feli, Məlum bina, Cəm müzekker qayıb felidir. Mənası: O kişilər kömək etdilər deməkdir. Keçmiş zamanda üçüncü cəm şəxs (onlar) kişilərin kömək etdiyini bizə bildirir.
نَصَرَتْ
Mazi feli, Məlum bina, Tək müənnəs qayıb felidir. Mənası: O qadın kömək etdi deməkdir. Keçmiş zamanda üçüncü tək şəxs (o) bir qadının kömək etdiyini bizə bildirir.
نَصَرَتَا
Mazi feli, Məlum bina, İki qadın üçün üçüncü şəxs (tesniyə müənnəs qayıb) felidir. Mənası: O iki qadın kömək etdi deməkdir. Keçmiş zamanda üçüncü tesniyə şəxs (o ikisi) iki qadının kömək etdiyini bizə bildirir.
نَصَرْنَ
Mazi feli, Məlum bina, Cəm müənnəs qayıb felidir. Mənası: O qadınlar kömək etdilər deməkdir. Keçmiş zamanda üçüncü cəm şəxs (onlar) qadınların kömək etdiyini bizə bildirir.
نَصَرْتَ
Mazi feli, Məlum bina, Tək müzekker müxatəb felidir. Mənası: Sən (kişi) kömək etdin deməkdir. Keçmiş zamanda ikinci tək şəxs (sən) kişinin kömək etdiyini bizə bildirir.
نَصَرْتُمَا
Mazi feli, Məlum bina, İki kişi üçün ikinci şəxs (tesniyə müzekker müxatəb) felidir. Mənası: Siz ikiniz (kişi) kömək etdiniz deməkdir. Keçmiş zamanda ikinci tesniyə şəxs (siz ikiniz) iki kişinin kömək etdiyini bizə bildirir.
نَصَرْتُمْ
Mazi feli, Məlum bina, Cəm müzekker müxatəb felidir. Mənası: Sizlər (3 və daha çox kişi) kömək etdiniz deməkdir. Keçmiş zamanda ikinci cəm şəxs (siz kişilər) 3 və daha çox kişinin kömək etdiyini bizə bildirir.
نَصَرْتِ
Mazi feli, Məlum bina, Tək müənnəs müxatəb felidir. Mənası: Sən (qadın) kömək etdin deməkdir. Keçmiş zamanda ikinci tək şəxs (sən) qadının kömək etdiyini bizə bildirir.
نَصَرْتُمَا
Mazi feli, Məlum bina, İki qadın üçün ikinci şəxs (tesniyə müənnəs müxatəb) felidir. Mənası: Siz ikiniz (qadın) kömək etdiniz deməkdir. Keçmiş zamanda ikinci tesniyə şəxs (siz ikiniz) iki qadının kömək etdiyini bizə bildirir.
نَصَرْتُنَّ
Mazi feli, Məlum bina, Cəm müənnəs müxatəb felidir. Mənası: Sizlər (3 və daha çox qadın) kömək etdiniz deməkdir. Keçmiş zamanda ikinci cəm şəxs (siz qadınlar) 3 və daha çox qadının kömək etdiyini bizə bildirir.
نَصَرْتُ
Mazi feli, Məlum bina, Birinci tək şəxs (nəfs-i mütəkəllim vahde) felidir. Mənası: Mən (kişi və ya qadın fərq etməz) kömək etdim deməkdir. Keçmiş zamanda birinci tək şəxs (danışan) şəxsin kömək etdiyini bildirir.
نَصَرْنَا
Mazi feli, Məlum bina, Birinci cəm şəxs (nəfs-i mütəkəllim məəl qeyr) felidir. Mənası: Biz (kişi və ya qadınlardan ibarət olması fərq etməz) kömək etdik deməkdir. Keçmiş zamanda birinci cəm şəxs (danışan və başqaları) şəxslərin kömək etdiyini bildirir.