Xəbərin növləri haqqında bir fəsil
وَ مِنْ ذَلِكَ تَعْلَمُ أَنَّ الْخَبَرَ عَلَى التَّفْصِيلِ خَمْسَةُ أَنْوَاعٍ؛ مُفْرَدٌ وَ جُمْلَةٌ فِعْلِيَّةٌ وَ جُمْلَةٌ اسْمِيَّةٌ وَ جَارٌّ مَعَ مَجْرُورِ وَ ظَرْفٌ
وَ مِنْ ذَلِكَ yəni xəbərin hissələrinin izah olunduğu dərs ilə, تَعْلَمُ bilirsən, أَنَّ الْخَبَرَ xəbərin olduğunu, عَلَى التَّفْصِيلِ təfsilatı üzrə, خَمْسَةُ أَنْوَاعٍ beş növ olduğunu, مُفْرَدٌ müfrəd, جُمْلَةٌ فِعْلِيَّةٌ feil cümləsi, جُمْلَةٌ اسْمِيَّةٌ isim cümləsi, جَارٌّ مَعَ مَجْرُورِ mecrur ilə birgə carr, ظَرْفٌ zərf
Xəbərin Növləri Haqqında Bir Fəsil
Beləliklə sən xəbərin təfsilatı ilə beş növ üzrə gəldiyini bilirsən. Bu növlər isə müfrəd, feil cümləsi, isim cümləsi, carr və mecrur və zərf olaraq beş növdür.
| ١. مُفْرَدٌ |
| اَلْكِتَابُ نَافِعٌ |
| ٢. جُمْلَةٌ فِعْلِيَّةٌ |
| اَلْكِتَابُ كَثُرَ صَفْحَتُهُ |
| ٣. جُمْلَةٌ اسْمِيَّةٌ |
| اَلْكِتَابُ صَفْحَتُهُ كَثِيرَةٌ |
| ٤. جَارٌّ مَعَ مَجْرُورٍ |
| اَلْكِتَابُ فِي الْحَقِيبَةِ |
| ٥. ظَرْفٌ |
| اَلْكِتَابُ تَحْتَ الْمِنْضَدَةِ |