2. Naib-i Fail
نَائِبُ الْفَاعِلِ
قَالَ: {بَابُ الْمَفْعُولِ الَّذِي لَمْ يُسَمَّ فَاعِلُهُ} وَ هُوَ الْاِسْمُ الْمَرْفُوعُ الَّذِي لَمْ يُذْكَرْ مَعَ فَاعِلُهُ
وَ أَقُولُ: قَدْ يَكُونُ الْكَلاَمُ مُؤَلَّفًا مِنْ فِعْلٍ وَ فَاعِلٍ وَ مَفْعُولٍ بِهِ، نَحْوُ؛ قَطَعَ مَحْمُودٌ الْغُصْنَ، وَ نَحْوُ؛ حَفِظَ خَلِيلٌ الدَّرْسَ، وَ نَحْوُ؛ يَقْطَعُ إِبْرَاهِيمُ الْغُصْنَ وَ يَحْفَظُ عَلَيٌّ الدَّرْسَ. وَ قَدْ يَحْذِفُ الْمُتَكَلِّمُ الْفَاعِلَ مِنْ هَذَا الْكَلاَمِ وَ يَكْتَفِي بِذِكْرِ الْفِعْلِ وَ الْمَفْعُولِ وَ حِينَئِذٍ يَجْبُ عَلَيْهِ أَنْ يُغَيِّرَ صُورَةَ الْفِعْلِ وَ يُغَيِّرَ صُورَةَ الْمَفْعُولِ أَيْضًا
أَمَّا تَغْيِيرُ صُورَةِ الْفِعْلِ؛ فَسَيَأْتِي الْكَلاَمُ عَلَيْهِ
وَ أَمَّا تَغْيِيرُ صُورَةِ الْمَفْعُولِ؛ فَإِنَّهُ بَعْدَ أَنْ كَانَ مَنْصُوبًا يُصَيِّرُهُ مَرْفُوعًا وَ يُعْطِيهِ أَحْكَامَ الْفَاعِلِ: مِنْ وُجُوبِ تَأْخِيرِهِ مِنَ الْفِعْلِ وَ تَأْنِيثِ فِعْلِهِ لَهُ، إِنْ كَانَ مُؤَنَّثًا وَ غَيْرِ ذَلِكَ وَ يُسَمَّى حِينَئِذٍ نَائِبَ الْفَاعِلِ أَوِ الْمَفْعُولَ الَّذِي لَمْ يُسَمَّ فَاعِلُهُ
قَالَ Müəllif dedi ki: (bu bab بَابُ الْمَفْعُولِ məful babı, الَّذِي elə məful ki, لَمْ يُسَمَّ فَاعِلُهُ faili adlandırılmayan), وَ هُوَ الْاِسْمُ الْمَرْفُوعُ o naib-i fail merfu bir isimdir, الَّذِي elə ki; لَمْ يُذْكَرْ zikr olunmur, مَعَ فَاعِلُهُ faili ilə birlikdə
وَ أَقُولُ və mən də (Şərhçi) deyirəm ki; قَدْ يَكُونُ الْكَلاَمُ kəlam olur, مُؤَلَّفًا müəlif, yəni bir araya gətirilmiş, مِنْ فِعْلٍ وَ فَاعِلٍ وَ مَفْعُولٍ بِهِ fiil, fail və məfulun bih’dən, نَحْوُ misalları belədir; قَطَعَ مَحْمُودٌ الْغُصْنَ “Mahmud budağı kəsdi” və حَفِظَ خَلِيلٌ الدَّرْسَ “Xəlil dərsi əzbərlədi” və يَقْطَعُ إِبْرَاهِيمُ الْغُصْنَ “İbrahim budağı kəsir” və يَحْفَظُ عَلَيٌّ الدَّرْسَ “Əli dərsi əzbərləyir” kimi. وَ قَدْ يَحْذِفُ bəzən hazf edir, الْمُتَكَلِّمُ mütəkəllim, yəni danışan, الْفَاعِلَ faili, مِنْ هَذَا الْكَلاَمِ bu (verilən misallardakı) kəlamdan, وَ يَكْتَفِي və yetinir,بِذِكْرِ الْفِعْلِ وَ الْمَفْعُولِ fiil və məfulu zikr etməklə, وَ حِينَئِذٍ belə bir halda, يَجْبُ lazımdır, عَلَيْهِ mütəkəllimə, أَنْ يُغَيِّرَ dəyişməsi, صُورَةَ الْفِعْلِ fiilin formasını, وَ يُغَيِّرَ və yenə dəyişməsi, صُورَةَ الْمَفْعُولِ məfulun formasını, vəznini, أَيْضًا eyni şəkildə fiildə etdiyi kimi, أَمَّا تَغْيِيرُ dəyişməyə gəlincə, صُورَةِ الْفِعْلِ fiilin forması; فَسَيَأْتِي tezliklə gələcək, الْكَلاَمُ عَلَيْهِ bunun üzərinə bir söz (növbəti dərsdə), وَ أَمَّا تَغْيِيرُ dəyişməyə gəlincə, صُورَةِ الْمَفْعُولِ məfulun forması; فَإِنَّهُ o da; بَعْدَ أَنْ كَانَ مَنْصُوبًا mansub olmasından sonra, يُصَيِّرُهُ mütəkəllim onu dəyişir, مَرْفُوعًا merfu olaraq, وَ يُعْطِيهِ və ona, yəni mansub ikən merfu olan məfulə verir; أَحْكَامَ الْفَاعِلِ normal failin bütün hökmünü,مِنْ وُجُوبِ تَأْخِيرِهِ gecikdirilmə vacibliyini, yəni sonra gəlməsi zərurətini, مِنَ الْفِعْلِ fiildən, وَ تَأْنِيثِ və tə'nis olma zərurətini, فِعْلِهِ لَهُ öz fiili; إِنْ كَانَ مُؤَنَّثًا əgər müənnəs olarsa, وَ غَيْرِ ذَلِكَ bunun xaricindəki bütün fail hökmləri kimi, وَ يُسَمَّى və adlandırılır, حِينَئِذٍ belə bir halda, نَائِبَ الْفَاعِلِ failin naibi, yəni failin yerinə keçən və ya məşhur adı ilə “Naib-i Fail” olaraq, أَوِ الْمَفْعُولَ və ya məful adlanır, الَّذِي elə məful ki; لَمْ يُسَمَّ فَاعِلُهُ faili adlandırılmayıb, yəni zikr olunmayıb
Naib-i Fail & Faili Zikr Olunmayan Məful
Müəllif: (Bu bab: Faili adlandırılmayan məful babıdır) Naib-i Fail; “Faili, özü ilə birlikdə zikr olunmayan merfu bir isimdir” dedi.
Mən də (Şərhçi) deyirəm ki: Kəlam: Fiil, fail və məfulun bih’dən müəlif olur, misalları belədir;
قَطَعَ مَحْمُودٌ الْغُصْنَ
“Mahmud budağı kəsdi” və,
حَفِظَ خَلِيلٌ الدَّرْسَ
“Xəlil dərsi əzbərlədi” və,
يَقْطَعُ إِبْرَاهِيمُ الْغُصْنَ
“İbrahim budağı kəsir” və,
يَحْفَظُ عَلَيٌّ الدَّرْسَ
“Əli dərsi əzbərləyir” kimi. Bu misallarda قَطَعَ və حَفِظَ və يَقْطَعُ və يَحْفَظُ sözləri fiil, مَحْمُودٌ və خَلِيلٌ və إِبْرَاهِيمُ və عَلِيٌّ sözləri fail, اَلْغُصْنَ və اَلدَّرْسَ sözləri isə məfulun bih’dir.
Mütəkəllim bəzən bu misallardakı kimi kəlamlarda faili hazf edir və yalnız fiil və məfulun bih olan sözləri zikr etməklə yetinir. Belə bir halda mütəkəllimə, fiilin və məfulun formalarını (hərəkə düzənini) dəyişməsi vacib olur. Fiilin formasının dəyişməsi növbəti dərsdə izah olunacaq. Məfulun bih olan sözün formasının dəyişməsinə gəlincə, o da; Məfulun bih olaraq mansub olan söz merfu edilir (yəni ref əlaməti alır), çünki hazf olunan failin yerinə naib olacaq söz bu məfuldur. Hazf olunan failin yerinə keçən bu məful artıq fail olan sözün bütün hökmlərini öz üzərinə alır. Yəni necə ki, failin fiili ondan əvvəl gəlirdi, burada da naib-i failin fiili əvvəl gələcəkdir. Necə ki, fail müənnəsdirsə fiili də ona görə müənnəs olurdu, naib-i fail üçün də fiil ilə cinsiyyəti eyni olacaq. Yəni normal bildiyimiz fiil + fail cütlüyü necədirsə, fiil + naib-i fail cütlüyü də elə olacaq. Belə bir halda, yəni faili hazf edib mansub olan məfulu hazf olunan failin yerinə gətirib merfu etdikdən sonra artıq əvvəldən mansub məful olan sözə merfu naib-i fail deyilir və ya digər adı ilə faili adlandırılmayan məful da deyilir. Çünki əvvəldən məful idi və faili zikr olunurdu. Artıq faili hazf etdiyi üçün faili zikr olunmayan məful olmuşdur.
Yuxarıda verilən və kəlam olan misallardan failəri hazf edəcəyik və izah olunanları görəcəyik;
قَطَعَ مَحْمُودٌ الْغُصْنَ
“Mahmud budağı kəsdi” tərkibində fail olan مَحْمُودٌ sözünü hazf etsək, mansub məful olan الْغُصْنَ sözünü hazf etdiyimiz merfu fail olan مَحْمُودٌ sözünün yerinə alaraq artıq الْغُصْنَ sözünü merfu naib-i fail və ya faili zikr olunmayan məful edirik. Təbii ki, fiili də məlum sigadan məchul sigaya çevirmək şərtilə. Bu fiildəki dəyişimi növbəti dərsdə görəcəyik, hələlik misallarda fiilə deyil, hazf olunan failə və onun yerinə gələn məfula diqqət edək.
قُطِعَ الْغُصْنُ
“Budaq kəsildi” şəklinə girir. Burada قُطِعَ məchul mazi fiildir və الْغُصْنُ onun merfu naib-i failidir. Ref əlaməti sonundakı zahir dammədir. الْغُصْنُ sözü eyni zamanda faili zikr olunmayan bir məfuldür. Buradakı faillik niyabətəndir.
حَفِظَ خَلِيلٌ الدَّرْسَ
“Xəlil dərsi əzbərlədi” tərkibində fail olan خَلِيلٌ sözünü hazf etsək, mansub məful olan الدَّرْسَ sözünü hazf etdiyimiz merfu fail olan خَلِيلٌ sözünün yerinə alaraq artıq الدَّرْسَ sözünü merfu naib-i fail və ya faili zikr olunmayan məful edirik;
حُفِظَ الدَّرْسُ
“Dərs əzbərləndi” kimi olur. Burada حُفِظَ məchul mazi fiildir və الدَّرْسُ onun merfu naib-i failidir. Ref əlaməti sonundakı zahir dammədir. الدَّرْسُ sözü eyni zamanda faili zikr olunmayan bir məfuldür.
يَقْطَعُ إِبْرَاهِيمُ الْغُصْنَ
“İbrahim budağı kəsir” tərkibində fail olan إِبْرَاهِيمُ sözünü hazf etsək, mansub məful olan الْغُصْنَ sözünü hazf etdiyimiz merfu fail olan إِبْرَاهِيمُ sözünün yerinə alaraq artıq الْغُصْنَ sözünü merfu naib-i fail və ya faili zikr olunmayan məful edirik;
يُقْطَعُ الْغُصْنُ
“Budaq kəsilir” olur. Burada يُقْطَعُ məchul muzari fiildir və الْغُصْنُ onun merfu naib-i failidir. Ref əlaməti sonundakı zahir dammədir. الْغُصْنُ sözü eyni zamanda faili zikr olunmayan bir məfuldür.
يَحْفَظُ عَلَيٌّ الدَّرْسَ
“Əli dərsi əzbərləyir” ifadəsində fail olan عَلَيٌّ sözünü hazf etsək, mansub meful olan الدَّرْسَ sözünü hazf etdiyimiz merfu fail olan عَلَيٌّ sözünün yerinə alaraq artıq الدَّرْسَ sözünü merfu naib-i fail və ya faili qeyd olunmayan meful edirik;
يُحْفَظُ الدَّرْسُ
“Dərs əzbərlənir” olur. Burada يُحْفَظُ məchul muzari feilidir və الدَّرْسُ onun merfu naib-i failidir. Ref əlaməti sonundakı zahir dammadır. الدَّرْسُ sözü eyni zamanda faili qeyd olunmayan bir mefuldur.
|
قَطَعَ مَحْمُودٌ الْغُصْنَ Mahmud budağı kəsdi |
|
| فِعْلٌ مَاضٍ، مَبْنِيٌّ عَلَى الْفَتْحِ، لاَ مَحَلَّ لَهَا مِنَ الْإِعْرَابِ | قَطَعَ |
| Mazi feil, fətə üzərinə məbni, irabdan məhalli yoxdur | |
| فَاعِلٌ، مَرْفُوعٌ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ | مَحْمُودٌ |
| Fail, merfu, ref əlaməti sonundakı zahir damma | |
| مَفْعُولٌ بِهِ، مَنْصُوبٌ وَ عَلاَمَةُ نَصْبِهِ الْفَتْحَةُ الظَّاهِرَةُ فِي آخِرِهِ | الْغُصْنَ |
| Mefulun bih, mansub, nasb əlaməti sonundakı zahir fətə | |
|
حَفِظَ خَلِيلٌ الدَّرْسَ Xəlil dərsi əzbərlədi |
|
| فِعْلٌ مَاضٍ، مَبْنِيٌّ عَلَى الْفَتْحِ، لاَ مَحَلَّ لَهَا مِنَ الْإِعْرَابِ | حَفِظَ |
| Mazi feil, fətə üzərinə məbni, irabdan məhalli yoxdur | |
| فَاعِلٌ، مَرْفُوعٌ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ | خَلِيلٌ |
| Fail, merfu, ref əlaməti sonundakı zahir damma | |
| مَفْعُولٌ بِهِ، مَنْصُوبٌ وَ عَلاَمَةُ نَصْبِهِ الْفَتْحَةُ الظَّاهِرَةُ فِي آخِرِهِ | الدَّرْسَ |
| Mefulun bih, mansub, nasb əlaməti sonundakı zahir fətə | |
|
يَقْطَعُ إِبْرَاهِيمُ الْغُصْنَ İbrahim budağı kəsir |
|
| فِعْلٌ مُضَارِعٌ، مَرْفُوعٌ لِتَجَرُّدِهِ عَنِ النَّوَاصِبِ وَ الْجَوَازِمِ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ | يَقْطَعُ |
| Muzari feil, nasb və cezm edicilərdən təcrid olunması ilə merfu, ref əlaməti sonundakı zahir damma | |
| فَاعِلٌ، مَرْفُوعٌ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ | إِبْرَاهِيمُ |
| Fail, merfu, ref əlaməti sonundakı zahir damma | |
| مَفْعُولٌ بِهِ، مَنْصُوبٌ وَ عَلاَمَةُ نَصْبِهِ الْفَتْحَةُ الظَّاهِرَةُ فِي آخِرِهِ | الْغُصْنَ |
| Mefulun bih, mansub, nasb əlaməti sonundakı zahir fətə | |
|
يَحْفَظُ عَلَيٌّ الدَّرْسَ Əli dərsi əzbərləyir |
|
| فِعْلٌ مُضَارِعٌ، مَرْفُوعٌ لِتَجَرُّدِهِ عَنِ النَّوَاصِبِ وَ الْجَوَازِمِ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ | يَحْفَظُ |
| Muzari feil, nasb və cezm edicilərdən təcrid olunması ilə merfu, ref əlaməti sonundakı zahir damma | |
| فَاعِلٌ، مَرْفُوعٌ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ | عَلَيٌّ |
| Fail, merfu, ref əlaməti sonundakı zahir damma | |
| مَفْعُولٌ بِهِ، مَنْصُوبٌ وَ عَلاَمَةُ نَصْبِهِ الْفَتْحَةُ الظَّاهِرَةُ فِي آخِرِهِ | الدَّرْسَ |
| Mefulun bih, mansub, nasb əlaməti sonundakı zahir fətə | |
Qeyd: Fail bir çox səbəbdən hazf edilir (qeyd olunmur və ya qeyd oluna bilmir); Mütekəllim faili tanımadığı üçün onu qeyd etməyə bilər. Fail, mütekəllimin tanıdığı bir şəxs olduğu üçün mütekəllim onu qeyd etməyə ehtiyac duymaya bilər. Mütekəllim faili qeyd etməkdən qorxa bilər. Yəni failin adını belə dilə gətirməkdən qorxur və bu səbəbdən faili qeyd edə bilmir. Mütekəllim, faili qeyd edərək onu rüsvay etməkdən qorxa bilər və bu səbəbdən bilərəkdən faili qeyd etmir. Mütekəllim, failin böyüklüyünü qorumaq üçün onu qeyd etməyə bilər. Mütekəllim faile deyil, mefule diqqət çəkmək istəyir.