3. E Ləm
أَ لَمْ
وَ أَمَّا أَ لَمْ؛ فَهُوَ لَمْ، زِيدَتْ عَلَيْهِ هَمْزَةُ التَّقْرِيرِ، نَحْوُ قَوْلِهِ تَعَالَى؛ أَ لَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ سورة الإنشراح ١
وَ أَمَّا أَ لَمْ e lemə gəldikdə; فَهُوَ لَمْ bu əslində lem ədatıdır, زِيدَتْ عَلَيْهِ bu lem ədatına əlavə olunub, هَمْزَةُ التَّقْرِيرِ təqrir (müəyyənləşdirmə, qəti təsdiq) həmzəsi, نَحْوُ قَوْلِهِ تَعَالَى Allah-Təalanın bu mübarək kəlamında olduğu kimi; أَ لَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ “Sənin üçün sinəni genişlətmədikmi?” سورة الإنشراح ١ İnşirah surəsi 1-ci ayə
E Lem
Muzari feli cəzm edən altı hərfdən üçüncüsü e lem’dir. Bu əslində lem ədatıdır, lakin əvvəlinə bir təqrir həmzəsi əlavə olunub. Misalı isə Allah-Təalanın bu ayəsində olduğu kimidir;
أَ لَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ
“Sənin üçün sinəni genişlətmədikmi?” kimi. Bu ayədəki نَشْرَحُ muzari feli أَ لَمْ ədatı ilə cəzm olunub.
| أَ لَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ سورة الإنشراح ١ | |
| اَلْهَمْزَةُ لِلْإِسْتِفْهَامِ التَّقْرِيرِي | أَ |
| İstifham üçün gələn təqrir həmzəsi | |
| حَرْفُ جَزْمٍ وَ نَفْيٍ وَ قَلْبٍ | لَمْ |
| Nəfy, cəzm və qəlb hərfi | |