Muzarinin nəsb edənləri
نَوَاصِبُ الْمُضَارِعِ
قَالَ: فَالنَّوَاصِبُ عَشَرَةٌ وَ هِيَ؛ أَنْ وَ لَنْ وَ إِذَنْ وَ كَيْ وَ لاَمُ كَيْ وَ لاَمُ الْجُحُودِ وَ حَتَّى وَ الْجَوَابُ بِالْفَاءِ وَ الْوَاوِ وَ أَوْ
وَ أَقُولُ: اَلْأَدَوَاتُ الَّتِي يُنْصَبُ بَعْدَهَا الْفِعْلُ الْمُضَارِعُ عَشَرَةُ أَحْرُفٍ وَ هِيَ عَلَى ثَلاَثَةِ أَقْسَامٍ. قِسْمٌ يَنْصِبُ بِنَفْسِهِ وَ قِسْمٌ يَنْصِبُ بِأَنْ مُضْمَرَةً بَعْدَهُ جَوَازًا وَ قِسْمٌ يَنْصِبُ بِأَنْ مُضْمَرَةً بَعْدَهُ وُجُوبًا
قَالَ Müəllif dedi ki: فَالنَّوَاصِبُ nasb edənlərə gəldikdə; عَشَرَةٌ on dənədir, وَ هِيَ və onlar da; أَنْ en, لَنْ len, إِذَنْ izen, كَيْ key, لاَمُ كَيْ key lâm’ı (yəni səbəb bildirən lâm), لاَمُ الْجُحُودِ lâm’ı cuhud, حَتَّى hatta, الْجَوَابُ بِالْفَاءِ fa ilə verilən cavab (fa-i səbəbiyyə), الْوَاوِ vav ilə verilən cavab (vav-ı məiyyə), أَوْ və ev (ya da, yaxud mənasında)
وَ أَقُولُ və mən də (Şərhçi) deyirəm ki: اَلْأَدَوَاتُ edevat yəni edatlar, الَّتِي elə edatlar ki; يُنْصَبُ nasb olunur, بَعْدَهَا o edatlardan sonra, الْفِعْلُ الْمُضَارِعُ muzari feil, عَشَرَةُ أَحْرُفٍ on hərfdir, وَ هِيَ və onlar da; عَلَى ثَلاَثَةِ أَقْسَامٍ üç hissəyə bölünür, قِسْمٌ bir hissəsi; يَنْصِبُ بِنَفْسِهِ o muzari feili öz zatı ilə nasb edir, قِسْمٌ bir hissəsi; يَنْصِبُ بِأَنْ مُضْمَرَةً mudmer yəni müqəddər (gizli) bir en ilə nasb edir, بَعْدَهُ جَوَازًا o hissədə olan edatdan sonra en cavazən müqəddərdir, yəni lâm-ı cuhud muzariyi nasb edir, amma o lâm’dan sonra əslində gizli bir en vardır və o en cavazən gizlidir. وَ قِسْمٌ və o edatların bir hissəsi ki; يَنْصِبُ بِأَنْ مُضْمَرَةً yenə əslində gizli bir en ilə muzariyi nasb edir, lakin; بَعْدَهُ وُجُوبًا o hissədə olan edatdan sonra gələn en bu dəfə vacibən gizlidir. Yəni bu 2-ci və 3-cü hissədə olan edatlardan sonra bir en vardır, amma bu en gizlidir, 2-ci hissədə olan edatlardan sonra cavazən müqəddərdir, 3-cü hissədə olan edatlardan sonra isə vacibən müqəddərdir. Bu hissələri və edatları nümunələrlə görəcəyik.
Muzarinin Nasb Ediciləri
Müəllif; “Muzari feili nasb edənlərə gəldikdə onlar da; en, len, key, izen, lâm-u key, lâm-u cuhud, hatta, fa ilə verilən cavab, vav ilə verilən cavab və ev olmaqla on dənədir” dedi.
Mən də (Şərhçi) deyirəm ki: Özündən sonra gələn muzari feli nəsb edən ədatlar on hərfdir və bu on hərf üç hissəyə bölünür. Birinci hissə zatı ilə, yəni özü ilə muzari feli nəsb edir. İkinci hissə isə özündən sonra cavazən müqəddər bir 'ən' ilə muzari feli nəsb edir. Üçüncü hissə isə özündən sonra vaciben müqəddər bir 'ən' ilə muzari feli nəsb edir.
| 1-ci Hissə: Zatı ilə Muzari Feli Nəsb Edən Ədatlar | |
| أَنْ | كَيْ |
| لَنْ | إِذَنْ |
| 2-ci Hissə: Özündən Sonra Gələn və Cavazən Müqəddər Olan Bir 'Ən' ilə Muzari Feli Nəsb Edən Ədat |
| لاَمُ التَّعْلِيلِ |
| 3-cü Hissə: Özündən Sonra Gələn və Vaciben Müqəddər Olan Bir 'Ən' ilə Muzari Feli Nəsb Edən Ədat | |
| لاَمُ الْجُحُودِ | حَتَّى |
| فَاءُ السَّبَبِيَّةِ | وَاوُ الْمَعِيَّةِ |
| أَوْ بِمَعْنَى إِلَّا أَوْ إِلَى | |