Müərəb sözlər

اَلْمُعْرَبَاتُ

قَالَ: {فَصْلٌ} اَلْمُعْرَبَاتُ İKİ QİSMDİR; BİR QİSMİ HƏRƏKƏLƏRLƏ, BİR QİSMİ İSƏ HƏRFİLƏRLƏ İRAB OLUNUR

VƏ DEYİRƏM: Müəllif {Allah ona rəhmət eləsin} bu fəsildə irab yerlərində daha əvvəl təfsilatı verilmiş hökmləri ümumi şəkildə izah etmək istəmişdir. İrabın hökmləri daha əvvəl təfsilatı ilə qeyd olunan yerləri səkkizdir və bunlardır: müfrəd isim, cəm-i təksir, cəm-i müənnəs salim, sonuna heç nə əlavə olunmamış muzari feil, müsənna, cəm-i müzəkkər salim, beş isim və beş feil. Bu irab yerləri iki qismə bölünür: birinci qism – hərəkələrlə irab olunanlar, ikinci qism – hərflərlə irab olunanlardır və hər bir növün təfsilatı yaxın zamanda izah olunacaq.

قَالَ Müəllif dedi: {فَصْلٌ} “bu gələnlər bir fəsildir”, اَلْمُعْرَبَاتُ mureb sözlər, قِسْمَانِ iki qismə ayrılır, قِسْمٌ bir qism; يُعْرَبُ بِالْحَرَكَاتِ hərəkələrlə irab olunan sözlər, وَ قِسْمٌ bir qism də; يُعْرَبُ بِالْحُرُوفِ hərflərlə irab olunan sözlərdir

وَ أَقُولُ və mən də (Şərhçi) deyirəm: أَرَادَ الْمُؤَلِّفُ Müəllif istədi, رَحِمَ اللهُ تَعَالَى Allah ona rəhmət eləsin, بِهَذَا الْفَصْلِ bu fəsil ilə, أَنْ يُبَيِّنَ izah etməyi, عَلَى وَجْهِ الْإِجْمَالِ ümumi şəkildə, حُكْمَ hökmləri, مَا سَبَقَ TƏFSİLATı daha əvvəl qeyd olunanların, فِي مَوْاضِعِ الْإِعْرَابِ irab yerlərində, وَ الْمَوَاضِعُ الَّتِي və o yerlər ki; SƏQƏBƏ keçmişdir, ذِكْرُ onların zikri, bahsi, أَحَكَامِهَا hökmləri, فِي الْإِعْرَابِ irabda, تَفْصِيلاً təfsilatı ilə, ثَمَانِيَةٌ səkkizdir (o yerlər), وَ هِيَ və bu səkkiz irab yeri bunlardır; الْاِسْمُ الْمُفْرَدُ müfrəd isim, جَمْعُ التَّكْسِيرِ cəm-i təksir isim, جَمْعُ الْمُؤَنَّثِ السَّالِمُ cəm-i müənnəs salim isim, الْفِعْلُ الْمُضَارِعُ muzari feil, الَّذِي elə muzari feil ki; لَمْ يَتَّصِلْ sonuna heç nə əlavə olunmayıb, الْمُثَنَّى müsənna isim, جَمْعُ الْمُذَكَّرِ السَّالِمُ cəm-i müzəkkər salim isim, الْأَسْمَاءُ الْخَمْسَةُ beş isim, الْأَفْعَالُ الْخَمْسَةُ beş feil. وَ هَذِهِ الْأَنْوَاعُ الَّتِي bu növlər ki; هِيَ مَوَاضِعُ الْإِعْرَابِ irabın yerləridir, yəni irab əlamətləri burada görünür, تَنْقَسِمُ إِلَى قِسْمَيْنِ iki qismə ayrılır; اَلْقِسْمُ الْأَوَّلُ birinci qism; يُعْرَبُ بِالْحَرَكَاتِ hərəkələrlə irab olunan sözlər, وَ الْقِسْمُ الثَّانِي ikinci qism; يُعْرَبُ بِالْحُرُوفِ hərflərlə irab olunan sözlərdir, وَ سَيَأْتِي və yaxın zamanda hər bir növün təfsilatı izah olunacaq

Mureb Sözlər

-Bu bir fəsildir- Müəllif dedi ki: Mureb sözlər iki hissəyə bölünür. Bir hissə hərəkələrlə, digər hissə isə hərflərlə mureb olur.

Mən də (Şərhçi) deyirəm ki: Müəllif (Allah ona rəhmət eləsin) bu fəsil ilə irab yerləri haqqında əvvəlki dərslərdə təfsilatı verilənlərin hökmünü icmali şəkildə bəyan etməyi istədi. (Yəni buraya qədər izah olunan irab-mureb mövzularının hökmünü bu fəsil ilə bir yerə toplamağı istədi) İrabda təfsilatı ilə hökmləri zikr olunan bu yerlər səkkizdir və bunlardır:

اَلْاِسْمُ الْمُفْرَدُ Müfrəd İsim
جَمْعُ التَّكْسِيرِ Cəmi Təksir
جَمْعُ الْمُؤَنَّثِ السَّالِمُ Cəmi Müənnəs Salim
اَلْفِعْلُ الْمُضَارِعُ الَّذِي لَمْ يَتَّصِلْ بِآخِرِهِ شَيْءٌ Sonuna heç nə qoşulmamış muzari feyl
اَلْمُثَنَّى Müsənna İsim
جَمْعُ الْمُذَكَّرِ السَّالِمُ Cəmi Müzəkkər Salim
اَلْأَسْمَاءُ الْخَمْسَةُ Əsma-i Xəmsə
اَلْأَفْعَالُ الْخَمْسَةُ Əf'al-i Xəmsə

İrab haqqında olan bu növlər iki hissəyə bölünür. Birinci hissə hərəkələrlə, ikinci hissə isə hərflərlə mureb olan sözlərdir. Bu növlərin hamısının izahı yaxın zamanda təfsilatı ilə veriləcəkdir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Müərəb sözlər
🎓
Xoş gəldiniz! Sual soruşun!