Fəthadan Növbəçi Olan Nunun Hazfi
نِيَابَةُ حَذْفِ النُّونِ عَنِ الْفَتْحَةِ
قَالَ: وَ أَمَّا حَذْفُ النُّونِ فَتَكُونُ عَلاَمَةً لِلنَّصْبِ فِي الْأَفْعَالِ الْخَمْسَةِ الَّتِي رَفْعُهَا بِثَبَاتِ النُّونِ
وَ أَقُولُ: قَدْ عَرَفْتَ مِمَّا سَبَقَ مَا هِيَ الْأَفْعَالُ الْخَمْسَةُ وَ الْآنَ نُخْبِرُكَ أَنَّهُ يُمْكِنُكَ أَنْ تَعْرِفَ نَصْبَ كُلَّ وَاحِدٍ مِنْهَا إِذَا وَجَدْتَ النُّونَ الَّتِي تَكُونُ عَلاَمَةَ الرَّفْعِ مَحْذُوفَةً وَ مِثَالُهَا فِي حَالَةِ النَّصْبِ، قَوْلُكَ؛ يَسُرُّنِي أَنْ تَحْفَظُوا دُرُوسَكُمْ وَ نَحْوُ؛ يُؤْلِمُنِي مِنَ الْكُسَالَى أَنْ يُهْمِلُوا فِي وَاجِبَاتِهِمْ. فَكُلٌّ مِنْ تَحْفَظُوا وَ يُهْمِلُوا؛ فِعْلٌ مُضَارِعٌ، مَنْصُوبٌ بِأَنْ وَ عَلاَمَةُ نَصْبِهِ حَذْفُ النُّونِ وَ وَاوُ الْجَمَاعَةِ فَاعِلٌ، مَبْنِيٌّ عَلَى السُّكُونِ فِي مَحَلِّ رَفْعٍ. وَ كَذَلِكَ الْمُتَّصِلُ بِأَلِفِ الْاِثْنَيْنِ، نَحْوُ؛ يَسُرُّنِي أَنْ تَنَالاَ رَغَابَاتِكُمَا. وَ الْمُتَّصِلُ بِيَاءِ الْمُخَاطَبَةِ، نَحْوُ؛ يُؤْلِمُنِي أَنْ تُفَرِّطِي فِي وَاجِبِكِ، وَ قَدْ عَرَفْتَ كَيْفَ تُعْرِبُهُمَا
قَالَ Müəllif dedi ki: وَ أَمَّا حَذْفُ النُّونِ nunun hazf olunmasına gəldikdə; فَتَكُونُ عَلاَمَةً bu, bir əlamət olur, لِلنَّصْبِ nəsb üçün, فِي الْأَفْعَالِ الْخَمْسَةِ beş fiil olan muzari fiillərdə, الَّتِي elə beş fiil ki; رَفْعُهَا onların rəf əlaməti; بِثَبَاتِ النُّونِ sonundakı nunun sabit qalması ilədir
وَ أَقُولُ Mən də (Şərhçi) deyirəm ki; قَدْ عَرَفْتَ sən öyrənmişdin, مِمَّا سَبَقَ keçmişdən, مَا هِيَ الْأَفْعَالُ الْخَمْسَةُ beş fiil nədir, وَ الْآنَ نُخْبِرُكَ indi sənə xəbər veririk, أَنَّهُ يُمْكِنُكَ sənin üçün mümkündür, أَنْ تَعْرِفَ bilmək, نَصْبَ كُلَّ وَاحِدٍ مِنْهَا beş fiildən hər birinin nəsbini, إِذَا وَجَدْتَ النُّونَ əgər nunu görsən, الَّتِي o nun ki; تَكُونُ عَلاَمَةَ الرَّفْعِ rəf əlaməti olan, مَحْذُوفَةً hazf olunmuş olaraq, وَ مِثَالُهَا فِي حَالَةِ النَّصْبِ beş fiilin nəsb halında misalı; قَوْلُكَ bu sözündə olduğu kimi; يَسُرُّنِي أَنْ تَحْفَظُوا دُرُوسَكُمْ "Dərslərinizi əzbərləməyiniz məni sevindirdi" kimi, وَ نَحْوُ və başqa bir misal isə belədir; يُؤْلِمُنِي مِنَ الْكُسَالَى أَنْ يُهْمِلُوا فِي وَاجِبَاتِهِمْ "Tənbəllərin tapşırıqlarını laqeyd etmələri məni narahat edir" kimi. فَكُلٌّ مِنْ və hamısı; تَحْفَظُوا və يُهْمِلُوا sözləri; فِعْلٌ مُضَارِعٌ muzari fiildir, مَنْصُوبٌ بِأَنْ en edatı ilə nəsb olunur, وَ عَلاَمَةُ نَصْبِهِ nəsb əlaməti isə; حَذْفُ النُّونِ sonundakı nunun hazf olunmasıdır, وَ وَاوُ الْجَمَاعَةِ və تَحْفَظُوا və يُهْمِلُوا sözlərindəki cəm vavı; فَاعِلٌ faildir, مَبْنِيٌّ عَلَى السُّكُونِ sükun üzərində məbnidir, فِي مَحَلِّ رَفْعٍ məhələn məfudur, وَ كَذَلِكَ eyni şəkildə, yəni gələcək misallarda cəm vavı birləşən muzari fiil kimi, الْمُتَّصِلُ بِأَلِفِ الْاِثْنَيْنِ tesniyə əlifi birləşən muzari fiil, نَحْوُ onun misalı belədir; يَسُرُّنِي أَنْ تَنَالاَ رَغَابَاتِكُمَا "Siz ikinizin istədiyiniz şeyə nail olmanız məni sevindirdi" kimi. وَ الْمُتَّصِلُ بِيَاءِ الْمُخَاطَبَةِ eyni şəkildə ya-i muhataba birləşən muzari fiil də belədir; نَحْوُ onun misalı belədir; يُؤْلِمُنِي أَنْ تُفَرِّطِي فِي وَاجِبِكِ "Tapşırığında ifrat etməyin məni narahat edir" kimi.
Fəthənin əvəzinə Nunun Hazfi
Müəllif, "Rəf halında əlaməti nunun sabit qalması olan beş fiildə nəsb əlaməti o nunun hazf olunmasıdır" dedi.
Mən də (Şərhçi) deyirəm ki; Sən keçmiş dərslərdə beş fiili öyrəndin. İndi sənə bu beş fiildən olan hər bir muzari fiilin nəsbini öyrənməyin mümkün olduğunu bildiririk. Beş fiilin rəf halında sabit olan nunu hazf olunmuş görsən, o halda həmin beş fiil ya mansubdur, ya məczumdur. Mövzumuz nəsb əlamətləri olduğu üçün buradakı misallarda mansub beş fiili görəcəksən. Nəsb halında olan beş fiilin misalları:
يَسُرُّنِي أَنْ تَحْفَظُوا دُرُوسَكُمْ
"Dərslərinizi əzbərləməyiniz məni sevindirdi" və,
يُؤْلِمُنِي مِنَ الْكُسَالَى أَنْ يُهْمِلُوا فِي وَاجِبَاتِهِمْ
"Tənbəllərin tapşırıqlarını laqeyd etmələri məni narahat edir" kimidir.
Bu tərkiblərdəki تَحْفَظُوا və يُهْمِلُوا sözləri muzari fiildir, en ilə mansubdur. Nəsb əlamətləri isə -rəf halında sabit olan- nunun hazf olunmasıdır. Quruluşundakı cəm vavları isə faildir, sükun üzərində məbni olub məhələn məfudurlar.
Yuxarıdakı misallarda cəm vavı birləşən beş fiilin misalları verildi. Tesniyə əlifi birləşən beş fiil də belədir, misalı isə:
يَسُرُّنِي أَنْ تَنَالاَ رَغَابَاتِكُمَا
"Siz ikinizin istədiyiniz şeyə nail olmanız məni sevindirdi" kimi.
Eyni şəkildə muhataba ya'sı birləşən beş fiil də belədir, misalı:
يُؤْلِمُنِي أَنْ تُفَرِّطِي فِي وَاجِبِكِ
"Tapşırığında ifrat etməyin məni narahat edir" kimidir.
|
يَسُرُّنِي أَنْ تَحْفَظُوا دُرُوسَكُمْ Dərslərinizi əzbərləməyiniz məni sevindirdi |
|
| فِعْلٌ مُضَارِعٌ، مَرْفُوعٌ لِتَجَرُّدِهِ عَنِ النَّوَاصِبِ وَ الْجَوَازِمِ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ | يَسُرُّ |
| Muzari fiil, nəsb və cezm edənlərdən təcrid olunması ilə məfudur, rəf əlaməti sonundakı zahir dammədir | |
| اَلنُّونُ لِلْوِقَايَةِ | نِـ |
| Nun-u vikaye | |
| يَاءُ الْمُتَكَلِّمِ، ضَمِيرٌ مُتَّصِلٌ، مَبْنِيٌّ عَلَى السُّكُونِ، فِي مَحَلِّ نَصْبٍ، مَفْعُولٌ بِهِ | ـي |
| Ya-i mütəkəllim, birləşən zamir, sükun üzərində məbni, məhələn mansub, mefulun bih | |
| حَرْفُ مَصْدَرٍ وَ نَصْبٍ وَ اسْتِقْبَالٍ | أَنْ |