f. Hərf artımı və azalması və şəkildə olan dəyişiklik

تَغَيُّرُ السَّادِسُ

Şəkildə, həm artırma, həm də azaltma ilə olan dəyişiklik, hamısı birlikdə, misal olaraq; كَرِيمٌ və cəmisi: كُرَمَاءُ, رَغِيفٌ və cəmisi: رُغْفَانُ, كَاتِبٌ və cəmisi: كُتَّابٌ, أَمِيرٌ və cəmisi: أُمَرَاءُ

تَغَيُّرٌ dəyişiklik deməkdir; فِي الشَّكْلِ – şəkildə, yəni hərəkədə; مَعَ الزِّيَادَةِ – müfrəddən hərf artırmaqla; وَ النَّقْصِ – hərf azaltmaqla; جَمِيعًا – hamısı birlikdə; نَحْوُ – misalları belədir: كَرِيمٌ “səxavətli” və cəmisi: كُرَمَاءُ “səxavətlilər”; رَغِيفٌ “çörək somunu” və cəmisi: رُغْفَانُ “çörək somunları”; كَاتِبٌ “yazıçı” və cəmisi: كُتَّابٌ “yazıçılar”; أَمِيرٌ “Əmir, şahzadə” və cəmisi: أُمَرَاءُ “Əmirlər, şahzadələr” kimi.

Altıncı Dəyişiklik

Müfrəddən həm hərf artırma, həm azaltma, həm də şəkildə olan dəyişikliklə baş verən dəyişiklikdir. Misalları: كَرِيمٌ “səxavətli” və cəmisi: كُرَمَاءُ “səxavətlilər”; رَغِيفٌ “çörək somunu” və cəmisi: رُغْفَانُ “çörək somunları”; كَاتِبٌ “yazıçı” və cəmisi: كُتَّابٌ “yazıçılar”; أَمِيرٌ “Əmir, şahzadə” və cəmisi: أُمَرَاءُ “Əmirlər, şahzadələr” kimidir.

Müfrədi Cəmisi
كَرِيمٌ كُرَمَاءُ
رَغِيفٌ رُغْفَانُ
كَاتِبٌ كُتَّابٌ
أَمِيرٌ أُمَرَاءُ

Qeyd: Cəmi sözlərə baxanda görürük ki, müfrəddə olmayan hərflər onlara əlavə olunub, hərəkə baxımından da şəkildə dəyişiklik var və müfrəddə olan bəzi hərflər də azaldılıb.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › f. Hərf artımı və azalması və şəkildə olan dəyişiklik
🎓
Xoş gəldiniz! Sual soruşun!