A. Rəf əlamətləri

عَلاَمَاتُ الْإِعْرَابِ

قَالَ: {بَابُ مَعْرِفَةِ عَلاَمَاتِ الْإِعْرَابِ} لِلرَّفْعِ أَرْبَعُ عَلاَمَاتٍ؛ الضَّمَّةُ وَ الْوَاوُ وَ الْأَلِفُ وَ النُّونُ

وَ أَقُولُ: تَسْتَطِيعُ أَنْ تَعْرِفَ أَنَّ الْكَلِمَةَ مَرْفُوعَةٌ بِوُجُودِ عَلَامَةٍ فِي آخِرِهَا مِنْ أَرْبَعِ عَلاَمَاتٍ: وَاحِدَةٌ مِنْهَا أَصْلِيَّةٌ وَ هِيَ الضَّمَّةُ، وَ ثَلاَثٌ فُرُوعٌ عَنْهَا وَ هِيَ؛ الْوَاوُ وَ الْأَلِفُ وَ النُّونُ

قَالَ Müəllif dedi ki: بَابُ مَعْرِفَةِ عَلاَمَاتِ الْإِعْرَابِ İrab əlamətlərini bilmək babında, لِلرَّفْعِ rəf üçün, أَرْبَعُ عَلاَمَاتٍ dörd əlamət vardır, الضَّمَّةُ dammə, الْوَاوُ vav, الْأَلِفُ əlif, النُّونُ və nun’dur.

وَ أَقُولُ Mən də (Şərhçi) deyirəm ki: تَسْتَطِيعُ أَنْ تَعْرِفَ Sən bilə bilərsən ki, أَنَّ الْكَلِمَةَ sözün, مَرْفُوعَةٌ mərfu olması, بِوُجُودِ عَلَامَةٍ bir əlamətin olması ilə, فِي آخِرِهَا o sözün sonunda, مِنْ أَرْبَعِ عَلاَمَاتٍ bu dörd əlamətdən, وَاحِدَةٌ مِنْهَا onların birisi; أَصْلِيَّةٌ əsas olanıdır; وَ هِيَ الضَّمَّةُ və o dammədir, وَ ثَلاَثٌ və üçü isə; فُرُوعٌ furu’, yəni əsas olmayıb onun yerinə keçən, عَنْهَا bu dörd əlamətdən, وَ هِيَ o qalan furu’ əlamətlər də; الْوَاوُ vav, وَ الْأَلِفُ əlif, وَ النُّونُ və nun’dur.

İrab Əlamətləri

İrab əlamətlərini bilmək barədə Müəllif dedi ki, rəf üçün, yəni mərfu olan isimlər üçün dörd əlamət vardır və bunlar da: Dammə, vav, əlif və nun’dur.

Mən də (Şərhçi) deyirəm ki: Sonundakı dörd əlamətdən birinin mövcud olması ilə mərfu olan sözü tanıya bilərsən. Bu dörd əlamətdən biri əsasdır və dammədir. Qalan üç əlamət isə furu’dur, damməyə naib olur və onlar da vav, əlif və nun’dur.

Rəf Əlamətləri
Əsas Dammə اِسْتَيْقَظَ زَيْدٌ
Əsasa Naib Vav جَاءَ أَبُوكَ
Əlif خَضَرَ زَيْدَانِ
Nun يَذْهَبَانِ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › A. Rəf əlamətləri
🎓
Xoş gəldiniz! Sual soruşun!