1. Rəf

الرَّفْعُ

أَمَّا الرَّفْعُ؛ فَهُوَ فِي اللُّغَةِ: اَلْعُلُوُّ وَ الْإِرْتِفَاعُ. وَ هُوَ فِي الْإِصْطِلاَحِ: تَغَيُّرٌ مَخْصُوصٌ عَلاَمَتُهُ الضَّمَّةُ وَ مَا نَابَ عَنْهَا وَ سَتَعْرِفُ قَرِيبًا مَا يَنُوبُ مِنَ الضَّمَّةِ فِي الْفَصْلِ الْآتِي إِنْ شَاءَ اللهُ وَ يَقَعُ الرَّفْعُ فِي كُلِّ مِنَ الْإِسْمِ وَ الْفِعْلِ، نَحْوُ؛ يَقُومُ عَلِيٌّ وَ يَصْدَحُ الْبُلْبُلُ

Refə gəldikdə; lugətdə "yüksəklik və ucalıq" deməkdir. İstilahda isə xüsusi bir dəyişikliyə deyilir. Əlaməti dammə və dammə yerinə keçənlərdir. Dammə yerinə keçən ref əlamətlərini, yəni dammə əvəzinə olanları, gələn fəsildə inşallah öyrənəcəksən. Ref həm isimlərdə, həm də fellərdə olur. Misal olaraq: يَقُومُ عَلِيٌّ "Əli qalxır" və يَصْدَحُ الْبُلْبُلُ "Bülbül oxuyur" kimi.

Ref

Ref lugətdə "ucalıq və yüksəklik" deməkdir. İstilahda isə xüsusi bir dəyişikliyə deyilir. Əlaməti dammə və dammə yerinə keçənlərdir. Dammə yerinə keçən ref əlamətlərini, yəni dammə əvəzinə olanları, gələn fəsildə inşallah öyrənəcəksən. Ref bütün isimlərdə və fellərdə olur. Misalları belədir:

يَقُومُ عَلِيٌّ

"Əli qalxır" və

يَصْدَحُ الْبُلْبُلُ

"Bülbül oxuyur" kimi.

Bu misallarda göründüyü kimi يَقُومُ və يَصْدَحُ muzari fildir və ref əlamətləri mənəvi bir amil ilə dammədir. عَلِيٌّ və الْبُلْبُلُ sözləri isimdir və fail olduqlarına görə merfudurlar. Buna görə də ref əlamətləri dammədir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › 1. Rəf
🎓
Xoş gəldiniz! Sual soruşun!