Mövzu ilə əlaqəli suallar və cavablar
سُئَاللار وَ جَوَابْلَر
Suallar və Cavablar
١. اِسْمِين عَلاَمَتْلَرِى نَه دِير؟
1. İsmın əlamətləri nədir?
هِيَ الْخَفْضُ وَ التَّنْوِينُ وَ دُخُولُ الْأَلِفُ وَ اللَّامِ وَ دُخُولُ حَرْفٍ مِنْ حُرُوفِ الْخَفْضِ
İsmın əlamətləri: Xafd, yəni məksur olması, axırına tənvin gəlməsi, əvvəlinə əlif-lam gəlməsi və yenə əvvəlinə xafd, yəni cərr hərflərindən birinin gəlməsidir.
٢. خَفْد لَفْظِنِين لُغَوِى وَ اِصْطِلَاحِى مَعْنَاسِى نَه دِير؟
2. Xafd sözünün lüğəvi və istilahi mənası nədir?
اَلْخَفْضُ فِي اللُّغَةِ: ضِدُّ الْإِرْتِفَاعِ وَ فِي اصْطِلاَحِ النُّحَاةِ؛ عِبَارَةٌ مِنَ الْكَسْرَةِ الَّتِي يُحْدِثُهَا الْعَامِلُ أَوْ مَا نَابَ عَنْهَا الَّتِي الْيَاءُ وَ الْفَتْحَةُ
Xafd sözü lüğətdə “Yüksəkliyin əksi və aşağı çəkmək” mənasındadır. İstilahda isə; amil olan sözün yaratdığı kəsrə və ya ona naib olan ya hərfi və fətə harekəsindən ibarətdir.
٣. تَنْوِينِين لُغَوِى وَ اِصْطِلَاحِى مَعْنَاسِى نَه دِير؟
3. Tənvinin lüğəvi və istilahi mənası nədir?
اَلتَّنْوِينُ فِي اللُّغَةِ: التَّصْوِيتُ. وَ فِي اصْطِلاَحِ النُّحَاةِ: نُونٌ سَاكِنَةٌ تَتْبَعُ آخِرَ الْإِسْمِ لَفْظًا وَ تُفَارِقُهُ خَطَّا لِلْإِسْتِغْنَاءِ عَنْهَا بِتَكْرَارِ الشَّكْلَةِ عِنْدَ الضَّبْطِ بِالْقَلَمِ
Tənvin lüğətdə “Səslənmək” deməkdir. İstilahda isə: Qələm ilə yazıldıqda şəklini təkrar etməyə ehtiyac olmadığı üçün xəttən isimdən ayrılan, lakin sözlə isim axırına birləşən səkin bir nun hərfidir.
٤. اَلْآتِى حَرْفْلَر نَهْيِى اُزَرِينَه دَلَالَتْ اِدِير؟ مِنْ، اَللَّامُ، اَلْكَافُ، رُبَّ، عَنْ، فِي؟
4. Aşağıdakı hərflər nə üzərinə dəlalət edir?
Min hərfi ibtidaya işarə edir. Lam hərfi intihaya işarə edir. Kaf hərfi təşbihə işarə edir. Rubbə hərfi azlığa işarə edir. Ən hərfi qonşuluğa işarə edir. Fi hərfi isə zarfiyyətə işarə edir.
Min hərfi ibtidaya işarə edir. Lam hərfi intihaya işarə edir. Kaf hərfi təşbihə işarə edir. Rubbə hərfi azlığa işarə edir. Fi hərfi isə zarfiyyətə işarə edir.
٥. Vavul-Qəsəm hansı isim növlərinə daxil olmağa məxsusdur?
5. Vavul-Qəsəm hansı isim növlərinə daxil olmağa məxsusdur?
Və o, yalnız zahir ismin üzərinə daxil olur.
Vavul-Qəsəm yalnız zahir isimlərə daxil olur.
٦. Taul-Qəsəm nə üzərinə daxil olmağa məxsusdur?
6. Taul-Qəsəm nə üzərinə daxil olmağa məxsusdur?
Və o, yalnız Allahın adı (Lafzı Cəlalə) üzərinə daxil olur.
Taul-Qəsəm yalnız Allahın adı (Lafzı Cəlalə) üzərinə daxil olur. Başqa heç bir ismin üzərinə daxil olmur.
٧. Baul-Qəsəm üçün iki fərqli misal ver!
7. Baul-Qəsəm üçün iki fərqli misal ver!
Billahi, bunu mütləq edəcəyəm.
Allaha and olsun ki, bunu mütləq edəcəyəm.
Bika, əlbəttə ki, fəqirə kömək edəcəyəm.
Sənə (Allaha) and olsun ki, fəqirə mütləq kömək edəcəyəm.