Keçən Mövzu ilə Bağlı Suallar və Cavablar
أَسْئِلَةٌ عَلَى مَا تَقَدَّمَ وَ أَجْوِبَةٌ
Keçən mövzu ilə əlaqəli suallar və cavablar
١. مَا هُوَ الْكَلاَمُ؟
1. Kəlam nədir?
اَلْكَلَامُ هُوَ اللَّفْظُ الْمُرَكَّبُ الْمُفِيدُ بِالْوَضْعِ الْعَرَبِيِّ
Kəlam, ərəblərin qoyması ilə müfid və mürəkkəb olan ləfzdır.
٢. مَا مَعْنَى كَوْنِهِ لَفْظًا؟
2. Kəlamın ləfz olması nə deməkdir?
وَ مَعْنَى كَوْنِهِ لَفْظًا، أَنْ يَكُونَ صَوْتًا مُشْتَمِلاً عَلَى بَعْضِ الْحُرُوفِ الْهِجَائِيَّةِ الَّتِي تَبْتَدِئُ بِالْأَلِفِ وَ تَنْتَهِي بِالْيَاءِ
Əlif hərfindən başlayıb ya hərfinə qədər olan heca hərflərindən bəzilərinin (ləfzə hansı varsa) daxil olduğu bir səs olmasıdır. Yəni, hərfləri bir yerə toplayıb qurduğumuz bir sözü deyərkən ağzımızdan o hərflərin səsləri çıxmalıdır. Bu səsləri də o hərflərin aldığı hərəkət və sakinlik müəyyən edir.
٣. مَا مَعْنَى كَوْنِهِ مُفِيدًا؟
3. Kəlamın müfid olması nə deməkdir?
مَعْنَى كَوْنِهِ مُفِيدًا، أَنْ يَحْسُونَ السُّكُوتُ الْمُتَكَلَّمِ عَلَيْهِ بِحَيْثُ لاَ يَبْقَى السَّامِعُ مُنْتَظِرًا لِشَيْئٍ آخَرَ
Kəlamın müfid olması, onun üzərində danışılan (mütəkəlləmün əleyh) şəxsin susmasının gözəl olması və sami olanın, yəni dinləyənin başqa bir şeyin deyilməsini gözləməməsi deməkdir. Yəni, kəlam deyildikdə onu dinləyən faydalanacaq, marağını cəlb edən başqa şey olmayacaq. Şərt verilib cəzasız qoyulmayacaq, heç bir karinə olmadan tək başına alim adları belə işlədilməyəcək.
٤. مَا مَعْنَى كَوْنِهِ مُرَكَّبًا؟
4. Kəlamın mürəkkəb olması nə deməkdir?
مَعْنَى كَوْنِهِ مُرَكَّبًا، أَنْ يَكُونَ مُؤَلَّفًا مِنْ كَلِمَتَيْنِ أَوْ أَكْثَرَ
Kəlamın mürəkkəb olmasının mənası, iki və ya daha çox kəlmədən tərtib olunmasıdır.
٥. مَا مَعْنَى كَوْنِهِ مَوْضُوعًا بِالْوَضْعِ الْعَرَبِيِّ؟
5. Kəlamın, ərəblərin qoyması ilə mövzu olmasının mənası nədir?
مَعْنَى كَوْنِهِ مَوْضُوعًا بِالْوَضْعِ الْعَرَبِيِّ أَنْ تَكُونَ الْأَلْفَاظُ الْمُسْتَعْمَلَةُ فِي الْكَلاَمِ مِنَ الْأَلْفَاظِ الَّتِي وَضَعَتْهَا الْعَرَبُ لِلدَّلاَلَةِ عَلَى مَعْنًى مِنَ الْمَعَانِي
Kəlamın, ərəblərin qoyması ilə mövzu olmasının mənası odur ki, kəlamda işlədilən sözlər, mənalardan birinə dəlalət etmək üçün ərəblərin qoyduğu sözlər olmalıdır.
٦. مَثِّلْ، بِخَمْسَةِ أَمْثِلَةٍ لِمَا يُسَمَّى عِنْدَ النُّحَاةِ كَلاَمًا
6. Nahivçilərin örfünə görə kəlam adlandırılan 5 misal ver!
اَلْبَيْتُ كَبِيرٌ
Ev böyüktür
ذَهَبْتُ إِلَى الْمَدْرَسَةِ
Məktəbə getdim
إِسْتَيْقَظْتُ فِي الصَّبَاحِ مُبَكِّرًا
Səhər tez qalxdım
مَنْ يَجْتَهِدْ دَرْسَهُ فَهُوَ يَجْتَزْ رُتْبَتَهُ
Kim dərsinə çalışsa, dərəcəsini yüksəldər
طَبَخَتْ أُمِّي الْأُرْزَ
Anam düyü bişirdi