Ləfif-i Məqrun fellər haqqında
Əgər zamir olsa, ondan əvvəlkisinə baxılır; əgər fətalı olsa, hərəkəsi müvəqqəti olduğuna və əvvəlkinin yüngül (fətalı) olmasına görə hərəkələnir, məsələn: İrvunnə və İrvinnə, Allah-Təalanın bu sözündə olduğu kimi: وَ لاَ تَنْسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ (Bəqərə surəsi, 237), əgər fətalı olmasa, yüngüllük olmadığı üçün hazf edilir, məsələn: İtvunnə və İtvinnə, həmçinin: اُغْزُوا الْقَوْمَ və يَا امْرَأَةُ اغْزِي الْقَوْمَ kimi.
وَ إِنْ كَانَتْ ضَمِيرًا əgər tə’kid nunu əmr felinə birləşəndə əvvəlki zamir olsa, yəni zamirdən sonra tə’kid nunu gəlsə; نُظِرَ إِلَى مَا قَبْلَهَا əvvəlkinə baxılır, إِنْ كَانَ مَفْتُوحًا əgər fətalı olsa, تَحَرَّكَ لِطُرُوِّ حَرَكَتِهَا hərəkənin müvəqqəti olması səbəbindən hərəkələnir, وَ خِفَّةِ مَا قَبْلَهَا və əvvəlkinin də yüngül, yəni fətalı olması səbəbindən, نَحْوُ misalları belədir: İrvu olan əmr felinə tə’kid nunu birləşəndə İrvunnə olur və İrvi olan əmr felinə tə’kid nunu birləşəndə İrvinnə olur, كَمَا فِي قَوْلِهِ تَعَالَى Allah-Təalanın bu sözündə olduğu kimi: وَ لاَ تَنْسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ "Aranızda fəziləti unutmayın" (Bəqərə surəsi, 237). Ayədəki تَنْسَوُاْ sözü əslində تَنْسَوْا şəklindədir və vavın damməsi müvəqqətidir. وَ إِنْ كَانَ غَيْرَ مَفْتُوحٍ əgər fətalı deyilsə, يُحْذَفُ hazf edilir, لِعَدَمِ الْخِفَّةِ فِيمَا قَبْلَهَا əvvəlkində yüngüllük olmadığı üçün, نَحْوُ misalları belədir: İtvunnə və İtvinnə kimi, كَمَا فِي bu misallarda olduğu kimi: اُغْزُوا الْقَوْمَ "Qövmə hücum edin" və يَا امْرَأَةُ اغْزِي الْقَوْمَ "Ey qadın! Qövmə hücum et" kimi.
Mətnin ümumi mənası: Lefif-i makrun fellərə tə’kid nunu birləşərsə və illet hərfinin əvvəlki də zamir olsa, baxılır; əgər fətalı olsa, hərəkənin müvəqqəti olması və əvvəlkinin də fətalı olması səbəbindən fətalanır, misal: İrvu olan əmr felinə tə’kid nunu birləşəndə İrvunnə olması və İrvi olan əmr felinə tə’kid nunu birləşəndə İrvinnə olması kimi. Allah-Təalanın bu ayəsində olduğu kimi;
وَ لاَ تَنْسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ
“Aranızda fəziləti unutmayın” Bəqərə surəsi 237-ci ayəsindəki تَنْسَوُاْ kəlməsi əslində تَنْسَوْا şəklindədir və vavın damməsi müvəqqətidir.
Əgər illet hərfinin hərəkəsi fətalı deyilsə, ondan əvvəl yüngüllük olmadığı üçün hazf edilir, misal üçün;
إِطْوُنَّ və إِطْوِنَّ kimi. Eynilə belə;
أُغْزُوا الْقَوْمَ
“Qövmə hücum edin” və,
يَا امْرَأْةُ اغْزِي الْقَوْمَ
“Ey qadın! Qövmə hücum et” misallarında olduğu kimi.
إِطْوِنَّ kəlməsində zamir ya, إِطْوُنَّ kəlməsində isə zamir vav hazf olunub. أُغْزُوا kəlməsi əslində أُغْزُوُوا şəklində idi. Sakin vav zamir, damməli vav isə lam ul-fiil idi. Lakin əmr fiilləri sükun üzərində məbni olduğu üçün lam ul-fiilin sakin olması nəticəsində kəlmə أُغْزُووا oldu. Sakin zamir vavı ilə sakin lam ul-fiil birləşdi və sakin lam ul-fiil hazf olundu, kəlmə أُغْزُوا oldu. أُغْزُوا kəlməsindən sonra الْقَوْمَ kəlməsi gələndə vav hərfini normalda hazf etməliyik, amma tələffüzdə deməyib, xəttdə yazırıq. Eyni şəkildə أُغْزِي əmr fiili də الْقَوْمَ kəlməsindəki sakin lam ilə qarşılaşanda sonundakı sakin ya hərfinin hazfi lazımdır, amma sözlə deməyib, xəttdə yazırıq. Əks halda أُغْزُوا kəlməsi أُغْزُ olub müfrədinə bənzəyərdi. أُغْزِي kəlməsi də أُغْزِ kəlməsi kimi olub hərəkəsiz olanda müzekkərə bənzəyərdi.