Mim hərfinə çevrilən Nun hərfi
وَ مِنَ النُّونِ السَّاكِنَةِ، نَحْوُ؛ عَمْبَرٍ، وَ مِنَ الْمُتَحَرِّكَةِ، نَحْوُ؛
وَ كَفِّكِ الْمُخَضَّبِ الْبَنَامِ، لِقُرْبِهِمَا فِي الْمَجْهُورِيَّةِ
اَلْمِيمُ mim hərfi, أُبْدِلَتْ مِنَ النُّونِ السَّاكِنَةِ səkin nun hərfindən təbdil olunur, نَحْوُ misalı; عَمْبَرٍ "Amber" kimidir ki, əsli عَنْبَرٌ şəklində idi, وَ مِنَ الْمُتَحَرِّكَةِ və hərəkəli nun hərfindən təbdil olunur, نَحْوُ misalı; وَ كَفِّكِ əlini and olsun ki, الْمُخَضَّبِ boyalı, kınalı, الْبَنَامِ barmaq ucları, yəni: "Sənin barmaq ucları boyalı əlini and olsun ki" ifadəsindəki اَلْبَنَامُ sözü əslində اَلْبَنَانُ şəklində idi, لِقُرْبِهِمَا فِي الْمَجْهُورِيَّةِ səkin və hərəkəli nunun mim hərfinə təbdili tələffüzdəki cehrilik, yəni açıqlıq baxımından bir-birinə yaxın olmaları səbəbindəndir. Azərbaycan türkcəsində də tenbel-tembel, canbaz-cambaz, kanber-kamber kimi sözlərdə belədir.
Mətnin Ümumi Mənası: Mim hərfinə təbdil olunan hərflərdən biri də nun hərfidir. Nun hərfi səkin və ya hərəkəli olduğu halda mim hərfinə təbdil olunur, səkin nun hərfinə misal; عَمْبَرٌ "Amber" kimidir ki, əsli عَنْبَرٌ "Anber" şəklindədir. Hərəkəli nun hərfinə misal;
وَ كَفِّكِ الْمُخَضَّبِ الْبَنَامِ
"Sənin barmaq ucları boyalı əlini and olsun ki -saxta bir and-" ifadəsindəki الْبَنَامِ sözü kimidir ki, əsli اَلْبَنَانُ şəklindədir. Səkin və hərəkəli nunun mim hərfinə təbdili tələffüzdəki cehrilik, yəni açıqlıq baxımından mim hərfinə yaxın olmaları səbəbindəndir.