Mim hərfinə çevrilən Lam hərfi
وَ مِنَ اللَّامِ، نَحْوُ قَوْلِهِ عَلَيْهِ السَّلاَمُ؛ لَيْسَ مِنْ إِمْبِرِ امْصِيَامُ فِي امْسَفَرِ، لِقُرْبِهِمَا فِي الْمَجْهُورِيَّةِ
ميم hərfi, لام hərfindən təbdil edilir, Peyğəmbər əleyhissəlamın bu sözündə olduğu kimi; لَيْسَ مِنْ إِمْبِرِ امْصِيَامُ فِي امْسَفَرِ "Səfərdə oruc tutmaq yaxşı deyil" kimi ki, əslində; لَيْسَ مِنَ الْبِّرِّ الصِّيَامُ فِي السَّفَرِ şəklindədir, bu nümunədə elif-lamın lamı mim hərfinə çevrilmişdir, لِقُرْبِهِمَا فِي الْمَجْهُورِيَّةِ yəni açıq səslilikdə bu iki hərfin bir-birinə yaxınlığı səbəbindəndir
Mətnin Ümumi Mənası: Mim hərfinə təbdil olunan hərflərdən biri lam hərfidir, nümunəsi Peyğəmbər əleyhissəlamın bu sözündə olduğu kimidir; لَيْسَ مِنْ إِمْبِرِ امْصِيَامُ فِي امْسَفَرِ "Səfərdə oruc tutmaq yaxşı deyil" kimi ki, əslində; لَيْسَ مِنَ الْبِّرِّ الصِّيَامُ فِي السَّفَرِ şəklindədir, bu nümunədə elif-lamın lamı mim hərfinə çevrilmişdir. Bunun səbəbi açıq səslilikdə bu iki hərfin bir-birinə yaxınlığıdır.