Vav hərfinə çevrilən Ya hərfi

وَ مِنَ الْيَاءِ وُجُوبًا مُطَّرِدًا، نَحْوُ؛ مُوقِنٍ، لِضَمَّةِ مَا قَبْلَهَا

اَلْوَاوُ vav hərfi, أُبْدِلَتْ مِنَ الْيَاءِ ya hərfindən mütləq şəkildə təbdil olunur, وُجُوبًا مُطَّرِدًا ümumi olaraq vacibdir, نَحْوُ misal olaraq belədir; مُوقِنٍ "tam inanmış, tam əmin olan" kəlməsi kimi ki, əslində مُيْقِنٌ kəlməsi idi. Əvvəlki dərslərdə izah olunduğu kimi, ya hərfi sakin və ondan əvvəlki hərf səhih və hərəkəli olarsa, o zaman əvvəlki hərfin hərəkəsinə uyğunlaşır qaydası ilə ya hərfi mim hərfinin damməsi səbəbindən vav hərfinə təbdil olunmuşdur, لِضَمَّةِ مَا قَبْلَهَا yəni əvvəlki hərf damməli olduğu üçün.

Mətnin Ümumi Mənası: Vav hərfinə təbdil olunan hərflərdən biri ya hərfidir, misal olaraq; مُوقِنٍ "tam inanmış, tam əmin olan" kəlməsi kimi ki, əslində مُيْقِنٌ kəlməsi idi. Ya hərfinin əvvəlki hərfi damməli olduğu üçün vav hərfinə təbdil olunmuşdur.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Vav hərfinə çevrilən Ya hərfi
🎓
Xoş gəldiniz! Sual soruşun!