Vav hərfinə çevrilən Əlif hərfi

اَلْوَاوُ أُبْدِلَتْ مِنَ الْأَلِفِ وُجُوبًا مُطَّرِدًا، نَحْوُ؛ ضَوَارِبُ، لِقُرْبِهِمَا فِي الْعِلِّيَّةِ وَ اجْتِمَاعِ السَّاكِنَيْنِ

اَلْوَاوُ vav hərfi, أُبْدِلَتْ مِنَ الْأَلِفِ  elif hərfindən təbdil edilir, وُجُوبًا مُطَّرِدًا ümumilikdə vacib olaraq, نَحْوُ misal olaraq; ضَوَارِبُ “döyənlər, vuranlar” kəlməsi kimi ki, ism-i fail olan ضَارِبَةٌ kəlməsinin cəmidir, لِقُرْبِهِمَا bu iki hərf bir-birinə yaxın olduğuna görə, فِي الْعِلِّيَّةِ illiyyətdə, yəni illet hərf olmaqda, وَ اجْتِمَاعِ السَّاكِنَيْنِ və iki sakitin birləşməsi səbəbindən, çünki ضَارِبَةُ kəlməsində artıq ism-i fail elifi var, bu kəlmə فَوَاعِلُ vəzninə salındıqda ضَوَارِبُ olur, yəni ism-i fail elifi ilə cəm teksir elifi birləşir, yəni kəlmə ضَاارِبٌ kimi olur. Burada iki elifdən birini hazf etsən, kəlmə müfrədinə oxşar olar, buna görə də buradakı elif vav hərfinə təbdil edilir.

Mətnin Ümumi Mənası: Vav hərfinə təbdil olunan hərflərdən biri elif hərfidir, misal olaraq; ضَارِبَةٌ kəlməsinin cəmi olan ضَوَارِبُ kəlməsidir. ضَوَارِبُ kəlməsi فَوَاعِلُ vəznindədir və vəzndəki vav hərfi cəm teksir elifindən təbdil olunmuş bir hərfdir. Bu şəkildə elif hərfinin vav hərfinə təbdil edilməsinin səbəbi hər iki hərfin illet baxımından bir-birinə yaxın olmasıdır və az öncə qeyd etdiyimiz فَوَاعِلُ vəznində elif hərfindən təbdil olunan vav hərfi təbdil edilməsəydi, kəlmədə iki elif birləşəcək və iki sakitin birləşməsi (içtima-i sakineyn) baş verəcəkdi, bunun qarşısını almaq üçün biri hazf ediləcəkdi, bu zaman da kəlmə müfrədi ilə qarışacaqdı, bu halların qarşısını almaq üçün elif hərfi vav hərfinə çevrilmişdir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Vav hərfinə çevrilən Əlif hərfi
🎓
Xoş gəldiniz! Sual soruşun!