Ya hərfinə çevrilən Ayn hərfi

وَ مِنَ الْعَيْنِ، نَحْوُ؛ ضَفَادِي، لِثِقَلِ الْعَيْنِ وَ كَسْرَةِ مَا قَبْلَهَا

اَلْيَاءُ ya hərfi, أُبْدِلَتْ مِنَ الْعَيْنِ ayn hərfindən təbdil edilir, نَحْوُ misalları; ضَفَادِي “qurbağalar” kəlməsi ki, əsli ضَفَادِعُ olub ضِفْدَعٌ kəlməsinin cəmidir, لِثِقَلِ الْعَيْنِ ayn hərfinin ağır olması səbəbindəndir, وَ كَسْرَةِ مَا قَبْلَهَا əvvəlki hərfin kəsrəli olması ilə

Mətnin Ümumi Mənası: Ya hərfinə təbdil olunan hərflərdən biri də ayn hərfidir, misalı; ضَفَادِي “qurbağalar” kəlməsi ki, əsli ضَفَادِعٌ olub ضِفْدَعٌ kəlməsinin cəmidir. Bu kəlimədə ayn hərfinin ya hərfinə təbdil edilməsinin səbəbi əvvəlki hərfin kəsrəli olması və ayn hərfinin ağır gəlməsi ilə əlaqədardır.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Ya hərfinə çevrilən Ayn hərfi
🎓
Xoş gəldiniz! Sual soruşun!