Ya hərfinə çevrilən Nun hərfi

وَ مِنَ النُّونِ، نَحْوُ؛ أَنَاسِيٍّ وَ دِينَارٍ، لِقُرْبِ الْيَاءِ مِنَ النُّونِ

ي hərfi, n hərfindən təbdil edilir, misalları; أَنَاسِيٍّ "insanlar" sözü ki, əsli إنْسَانٌ sözünün cəmidir və əsli أُنَاسِنٌ şəklində idi, digər misal isə; دِينَارٍ "bir dinar" sözü ki, əsli دِنَّارٌ şəklində idi. Hər iki misalda, yəni أُنَاسِنٌ və دِنَّارٌ sözlərindəki n hərfi y hərfinə təbdil edilmiş və sözlər أُنَاسِيٌّ və دِينَارٌ olmuşdur. Misallarda göründüyü kimi, n hərfinin y hərfinə təbdil edilməsi; لِقُرْبِ الْيَاءِ مِنَ النُّونِ y hərfinin n hərfinə yaxınlığı səbəbindən baş verir.

Mətnin Ümumi Mənası: Y hərfinə təbdil olunan hərflərdən biri də n hərfidir, misalları; أَنَاسِيٌّ "insanlar" sözü ki, əsli إنْسَانٌ sözünün cəmidir və əsli أُنَاسِنٌ şəklində idi, digər misal isə; دِينَارٌ "bir dinar" sözü ki, əsli دِنَّارٌ şəklində idi. Hər iki misalda, yəni أُنَاسِنٌ və دِنَّارٌ sözlərindəki n hərfi y hərfinə təbdil edilmiş və sözlər أُنَاسِيٌّ və دِينَارٌ olmuşdur. N hərfinin y hərfinə təbdil edilməsi onun yaxınlığı səbəbindəndir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Ya hərfinə çevrilən Nun hərfi
🎓
Xoş gəldiniz! Sual soruşun!