Te hərfinə çevrilən Sad hərfi
وَ مِنَ الصَّادِ، نَحْوُ؛ لِصْتٍ أَصْلُهُ لِصْصٌ، لِقُرْبِهِنَّ فِي الْمَهْمُوسِيَّةِ
وَ التَّاءُ te hərfi, أُبْدِلَتِ وَ مِنَ الصَّادِ sad hərfindən təbdil edilir, نَحْوُ misalı belədir; لِصْتٍ "oğru" kimi, أَصْلُهُ əsli; لِصْصٌ şəklindədir, لِقُرْبِهِنَّ فِي الْمَهْمُوسِيَّةِ tələffüzdə səslərin bir-birinə yaxın olması səbəbindən, yəni hər iki hərf məhmusi səsə sahibdir.
Mətnin Ümumi Mənası: Te hərfi sad hərfindən təbdil edilir, misalı; لِصْتٌ sözü kimidir ki, əsli لِصْصٌّ və ya لِصٌّ şəklindədir. Sad hərfinin te hərfinə təbdil edilməsi, hər iki hərfin məhmusi səsə sahib olması ilə əlaqədardır.