Te hərfinə çevrilən Sin hərfi
وَ مِنَ السِّينِ، نَحْوُ؛ سِتٌّ أَصْلُهُ سِدْسٌ، وَ نَحْوُ؛ عَمْرَو بْنَ يَرْبُوعٍ شِرَارَ النَّاتِ
وَ التَّاءُ te hərfi, أُبْدِلَتِ وَ مِنَ السِّينِ sin hərfindən təbdil edilir, نَحْوُ misalı belədir; سِتٌّ “altı” kəlamı kimi, أَصْلُهُ əsli isə; سِدْسٌ şəklindədir, وَ نَحْوُ və başqa bir misal isə; عَمْرَو بْنَ يَرْبُوعٍ شِرَارَ النَّاتِ “İnsanların ən şəri Yerbu oğlu Amr..” ifadəsindəki النَّاتِ kəlamı kimi ki, əsli اَلنَّاسُ şəklindədir,
Mətnin Ümumi Mənası: Te hərfi, sin hərfindən təbdil edilir, misalı; عَمْرَو بْنَ يَرْبُوعٍ شِرَارَ النَّاتِ “İnsanların ən şəri Yerbu oğlu Amr..” ifadəsindəki النَّاتِ kəlamı kimi ki, əsli اَلنَّاسُ şəklindədir.