Mâ-i Masdariyyə ما المصدرية Ləfzı
وَ أَمَّا مَا الْمَصْدَرِيَّةُ: فَهِيَ الَّتِي تُسْبَكُ مَعَ مَا بَعْدَهَا بِمَصْدَرٍ، نَحْوُ قَوْلِهِ تَعَالَى: وَدُّوا مَا عَنِتُّمْ سورة آل عمران ١١٨، أَيْ: وَدُّوا عَنَتَكُمْ وَ قَوْلِ الشَّاعِرِ؛
يَسُرُّ الْمَرْءَ مَا ذَهَبَ اللَّيَالِي
وَ كَانَ ذَهَابُهُنَّ لَهُ ذَهَابَا
أَيْ: يَسُرُّ الْمَرْءَ ذَهَابُ اللَّيَالِي
وَ قَدِ اخْتُلِفَ فِيهَا، فَذَهَبَ سِيبَوَيْهِ إِلَى أَنَّهَا حَرْفٌ بِمَنْزِلَةِ {أَنِ الْمَصْدَرِيَّةِ} وَ ذَهَبَ الْأَخْفَشُ وَ ابْنُ السَّرَّاجِ إِلَى أَنَّهَا اِسْمٌ بِمَنْزِلَةِ {الَّذِي} وَاقِعٌ عَلَى مَا لاَ يَعْقِلُ وَ هُوَ الْحَدَثُ، وَ الْمَعْنَى: وَدُّا الَّذِي عَنِتُّمُوهُ، أَيِ الْعَنَتَ الَّذِي عَنِتُّمُوهُ. وَ يَسُرُّ الْمَرْءَ الَّذِي ذَهَبَهُ اللَّيَالِي، أَيِ الذَّهَابُ الَّذِي ذَهَبَهُ اللَّيَالِي. وَ يَرُدُّ هَذَا الْقَوْلَ أَنَّهُ لَمْ يُسْمَعْ: أَعْجَبَنِي مَا قُمْتَهُ وَ مَا قَعَدْتَهُ. وَ لَوْ صَحَّ مَا ذُكِرَ لَجَازَ ذَلِكَ؛ لِأَنَّ الْأَصْلَ أَنَّ الْعَائِدَ يَكُونُ مَذْكُورًا لاَ مَحْذُوفًا
وَ أَمَّا مَا الْمَصْدَرِيَّةُ və ma-i masdariyyəyə gəldikdə; فَهِيَ الَّتِي o ma-i masdariyyə ki: تُسْبَكُ təvil edilir,مَعَ مَا بَعْدَهَا ma-i masdariyyə ilə sonrasındakı söz, بِمَصْدَرٍ məzdar kimi نَحْوُ قَوْلِهِ تَعَالَى Allah-Təalanın bu kəlamında olduğu kimi: وَدُّوا مَا عَنِتُّمْ “Sizin çətinliyə düşmənizi istərlər” سورة آل عمران ١١٨ Ali İmran surəsi 118-ci ayə. أَيْ yəni: وَدُّوا عَنَتَكُمْ “Sizin çətinliyinizi istərlər” kimidir. وَ قَوْلِ الشَّاعِرِ və şairin bu kəlamında olduğu kimi: يَسُرُّ الْمَرْءَ insanı sevindirir, مَا ذَهَبَ اللَّيَالِي gecələrin keçib getməsi,وَ كَانَ ذَهَابُهُنَّ o gecələrin keçib getməsi də, لَهُ o insan üçün, ذَهَابَا bir gedişdir, yəni: “Gecələrin keçib getməsi insanı sevindirir, amma gecələrin keçib getməsi insan üçün də bir gedişdir”, yəni gecələrin getməsinə sevinir, amma onun həyatı da gecələr kimi keçib gedir, hər gecənin keçməsi onun ömründən bir gün aparır. أَيْ yəni bu şeirdəki مَا və ondan sonra gələn ذَهَبَ اللَّيَالِي sözlərinin birlikdə məzdar təvilinə gəldikdə; يَسُرُّ الْمَرْءَ ذَهَابُ اللَّيَالِي “Gecələrin gedişi insanı sevindirir” kimi bir tərkibdə ذَهَابُ اللَّيَالِي şəklində olur. Yəni ma götürülür və fel də məzdara çevrilir. Məsələn عَلَى مَا أنْعَمَ “Verdiyi nemətlər üçün” sözünü məzdara təvil etsək; عَلَى عِنَامِهِ “Onun nemətləri üçün” olur. Mâ götürüldü və أنْعَمَ feli məzdara çevrildi və أنْعَمَ felinin altındakı gizli zamir isə عِنَامٌ məzdarına daxil edildi. Yuxarıdakı misalda zamir yerinə اللَّيَالِي kimi açıq bir isim olduğu üçün zamir axtarılmadı. وَ قَدِ اخْتُلِفَ فِيهَا lakin bu ma-i masdariyyənin isimmi, yoxsa hərfmi olduğu barədə ixtilaf edilmişdir, فَذَهَبَ سِيبَوَيْهِ Sibeveyh öz fikrini belə bildirmişdir; إِلَى أَنَّهَا o məzdar ma-sının olması barədə, حَرْفٌ hərfdir, بِمَنْزِلَةِ yerində olan; أَنِ الْمَصْدَرِيَّةِ en-i masdariyyənin,وَ ذَهَبَ الْأَخْفَشُ وَ ابْنُ السَّرَّاجِ Əxfəş və İbn Serrac isə belə fikir bildirmişdir; إِلَى أَنَّهَا اِسْمٌ o ma-masdariyyənin isim olduğu barədə, بِمَنْزِلَةِ yerində, bir ism-i məvsul olan اَلَّذِي “ellezi” sözünün, وَاقِعٌ tətbiq olunur, عَلَى مَا لاَ يَعْقِلُ qeyri-aqil üzərində,وَ هُوَ الْحَدَثُ bu da hadisədir, əməl; وَ الْمَعْنَى yuxarıda verilən ayəyə belə məna verirlər; وَدُّوا الَّذِي عَنِتُّمُوهُ “O çətinlik çəkdiyiniz şeyi istərlər & Elə şey istərlər ki, siz onunla çətinliyə düşürsünüz” tərkibində daha əvvəl وَدُّوا مَا عَنِتُّمْ olan tərkibdə mâ-nın yerinə اَلَّذِي gətirildi. اَلَّذِي gələndə sıla cümləsinə də bir aid zamir lazım oldu və عَنِتُّمْ sözünə zamir əlavə olundu ki, o zamir الَّذِي-yə qayıdır. Sonra tərkib وَدُّوا الَّذِي عَنِتُّمُوهُ oldu. أَيِ yəni: الْعَنَتَ yəni اَلَّذِي mənasında olan mâ,الْعَنَتَ dən (bu da عِنِتَ felinin məzdarıdır) ibarətdir, Təqdiri isə; وَدُّوا الْعَنَتَ الَّذِي عَنِتُّمُوهُ “Onlar bir çətinlik istəyirlər ki, siz onunla çətinliyə düşürsünüz” kimi. Digər يَسُرُّ الْمَرْءَ مَا ذَهَبَ اللَّيَالِي tərkibinə gəldikdə Əxfəş və İbn Serrac bu tərkibdə yenə ma-nın yerinə اَلَّذِي ism-i məvsulunu gətirmişlər və onlara görə tərkib; يَسُرُّ الْمَرْءَ الَّذِي ذَهَبَهُ اللَّيَالِي “Gecələrin getməsi ilə olan gediş insanı sevindirir” şəklindədir. مَا ذَهَبَ sözündə mâ-nın yerinə اَلَّذِي gələndə sıla cümləsində ona qayıdan bir zamir olsun deyə ذَهَبَ sözünə ـه zamiri gətirilmişdir və tərkib اَلَّذِي ذَهَبَهُ olmuşdur, أَيِ yəni: الذَّهَابُ الَّذِي ذَهَبَهُ اللَّيَالِي “Gecələrin getməsi ilə olan gediş” şəklindədir, tərkibin tam təqdiri; يَسُرُّ الْمَرْءَ الذَّهَابُ الَّذِي ذَهَبَهُ اللَّيَالِي “İnsanı bir gediş sevindirir ki, o gediş gecələrin gedişidir” kimi. وَ يَرُدُّ هَذَا الْقَوْلَ bu sözü (Əxfəş və İbn Serracın dediklərini) rədd edirlər, أَنَّهُ لَمْ يُسْمَعْ Ərəblərdən eşidilmədiyi üçün, أَعْجَبَنِي مَا قُمْتَهُ وَ مَا قَعَدْتَهُ bu tərkibdəki kimi ma-nın məlum zamiri gəlməyib, belə bir istifadə yoxdur. Bu tərkib belə ola bilər; أَعْجَبَنِي مَا قُمْتَ وَ مَا قَعْدْتَ “Sənin oturuşun və qalxışın xoşuma gəldi” kimi ki, ma ilə sonrasındakı feli məzdara təvil etsək; أَعْجَبَنِي قِيَامَكَ وَ قُعُودَكَ kimi olur. وَ لَوْ صَحَّ əgər doğru olsaydı, مَا ذُكِرَ Əxfəş və İbn Serracın zik etdikləri şeylər, لَجَازَ ذَلِكَ əlbəttə bu مَا قُمْتَهُ وَ مَا قَعَدْتَهُ tərkib də caiz olardı, لِأَنَّ الْأَصْلَ çünki əsas olan, أَنَّ الْعَائِدَ aid zamir olur, مَذْكُورًا məlum olur, لاَ مَحْذُوفًا gizli olmaz.
Şərhin Ümumi Mənası: Mâ-i masdariyyəyə gəldikdə; Bu mâ və ondan sonra gələn fel birlikdə məzdara təvil edilir, misalı Allah-Təalanın bu kəlamında olduğu kimidir;
وَدُّوا مَا عَنِتُّمْ
“Sizin çətinliyə düşmənizi istərlər” ayəsindəki مَا və sonrasında gələn fel عِنَتَ birlikdə məzdara təvil ediləndə;
وَدُّوا عَنَتَكُمْ
“Sizin çətinliyinizi istərlər” olur. عَنِتَ felinin məzdarı عَنَتٌ şəklində gəlir. Daha əvvəl felə birləşən cəmi müzekker müxatab ـتُمْ zamiri artıq ismə birləşəndə ـكُمْ olur.
Digər bir misal isə şairin bu sözlərində olduğu kimidir;
يَسُرُّ الْمَرْءَ مَا ذَهَبَ اللَّيَالِي
وَ كَانَ ذَهَابُهُنَّ لَهُ ذَهَابَا
"Gecələrin getməsi insanı sevindirir,
O gecələrin gedişi onun üçün də bir gedişdir" ifadələrində مَا ذَهَبَ اللَّيَالِي sözündəki "mâ" və ondan sonrakı fel birlikdə məstərə təvil edilərək ذَهَابُ اللَّيَالِي "Gecələrin keçib getməsi" kimi olur, yəni;
يَسُرُّ الْمَرْءَ ذَهَابُ اللَّيَالِي
"Gecələrin gedişi insanı sevindirir" kimi olur.
Bu mâ-i məstəriyyə üçün isim mi, yoxsa hərf mi olduğu barədə ixtilaf yaranıb. Sibəveyhi bu mâ-nın ən-i məstəriyyə məqamında olan bir hərf olduğunu irəli sürüb. Əxfeş və İbn Sərrac isə bu mâ-nın ism-i məvsul olan əl-ləzi məqamında olan bir isim olduğunu irəli sürüblər və bu اَلَّذِي məqamında olan mâ-nın ağıllı olmayan şeylər üzərində tətbiq olunduğunu deyiblər. Ağıllı olmayan o şeydən məqsəd isə hadis, yəni hərəkətdir. Yəni bu اَلَّذِي bir hadis üzərində tətbiq olunur deyirlər və yuxarıdakı ayəni və sonrakı misalı belə şərh edirlər;
وَدُّوا الَّذِي عَنِتُّمُوهُ
"O çətinlik çəkdiyiniz şeyi istəyirlər & Elə bir şey istəyirlər ki, siz onunla çətinliyə düşürsünüz" deyirlər, yəni;
وَدُّوا الْعَنَتَ الَّذِي عَنِتُّمُوهُ
"Onlar bir çətinlik istəyirlər ki, siz onunla çətinliyə düşürsünüz" kimi. Digər misal isə;
يَسُرُّ الْمَرْءَ الَّذِي ذَهَبَهُ اللَّيَالِي
"Gecələrin getməsi ilə olan gediş insanı sevindirir" deyirlər, yəni;
يَسُرُّ الْمَرْءَ الذَّهَابُ الَّذِي ذَهَبَهُ اللَّيَالِي
"İnsanı bir gediş sevindirir ki, o gediş gecələrin gedişidir" kimi.
Əvvəllər ərəblərdən belə bir ifadə eşidilmədiyi üçün Əxfeş və İbn Sərracın sözləri rədd edilir, onlara görə aşağıdakı cümlə uyğun olmalı idi;
أَعْجَبَنِي مَا قُمْتَهُ وَ مَا قَعَدْتَهُ
Lakin belə bir tərkib caiz deyil. Mâ-nın zamiri məzkur ola bilməz.
Bu tərkib belə ola bilər;
أَعْجَبَنِي مَا قُمْتَ وَ مَا قَعْدْتَ
"Sənin oturuşun və qalxışın xoşuma gəldi" kimi ki, mâ ilə sonrakı feli məstərə təvil etsək;
أَعْجَبَنِي قِيَامَكَ وَ قُعُودَكَ
kimi olur. Əgər Əxfeş və İbn Sərracın sözləri doğru olsaydı, o zaman;
أَعْجَبَنِي مَا قُمْتَهُ وَ مَا قَعَدْتَهُ
Demək caiz olardı. Lakin işin əsli budur ki; Aid zamir məzkur olur, mahzuf olmaz. Sonradan hazf edilib və ya ərəblər istifadə etməyib demək olmaz. Aid zamir elə hazf ediləcək bir zamir deyil.
حاشية
الإعراب {ودوا ما عنتم}: ودُّوا; keçmiş zaman feli, cəmaət vavı ilə birləşdiyinə görə dammə üzərində bina olunub. Vav; fail, əlif; fərqləndirmək üçün. Ma: məstəri hərf, i'rabda yeri yoxdur. عَنِتَ; keçmiş zaman feli, sakin üzərində bina olunub. Tə; fail, mim; cəmaət üçün. {ma və ondan sonrakı}dan əmələ gələn məstər, məfulun bih olaraq nəsb yerindədir və təqdir; ودوا عنتكم. "ودوا ما عنتم" cümləsinin i'rabı: fel cümləsi, istinaiyyə, i'rabda yeri yoxdur.
İstinad nöqtəsi: Ma-nın məstəri hərf kimi {ən məstəriyyə} yerində gəlməsi və bu, əksəriyyətin fikridir. Əxfeş isə onun isim olduğunu və {əl-ləzi} yerində olduğunu, ağıllı olmayan şeylərə tətbiq olunduğunu deyib və bu hadisdir: ودوا الذي عنتموه və bu fikir uzaqdır, doğru olan əksəriyyətin fikridir.
Dil: ذهاب, zəhəbin açıq z ilə, ذهَب felinin məstəri, yəzhəb, o gedən və ذَهوب açıq z ilə, əgər hərəkət edərsə və ya keçərsə.
Şeirin mənası: İnsan günlərin keçməsinə sevinir, lakin o bilmir ki, günlərin keçməsi onun ömrünün kəsilməsidir, hər gün keçdikcə həyatının bir ipi kəsilir.
الإعراب {يسر المرء ما ذهب الليالي و كان ذهابهن له ذهابا} يسر: indiki zaman feli, mərfu. المرء: məfulun bih, nəsb olunmuş, qabaqcadan gəlmiş. ما: məstəri hərf. ذهب: keçmiş zaman feli, fətə üzərində bina olunub. الليالي: fail, mərfu. Ma və ondan sonrakı, yəni ma və ذهاب الليالي; məstərə təvil olunub, mərfu, yeri mərfu, يسر felinin faili və təqdir; يسر المرء ذهاب الليالي. Vav: ətaf hərfi. كان: keçmiş zaman naqis feli. ذهاب: kanın ismi, mərfu və mərfu olmasının əlaməti zahirə dammədir və izafədir. هن: zamir, الليالي-yə aid, izafədə cər yerində. له: cər və məcrur, ذهاب-a aid. ذهابا: kanın xəbəri, nəsb, nəsb əlaməti zahirə fətədir və cər və məcrur gizli haldan ذهاب-a aid ola bilər.
Cümlələrin i'rabı: يسر المرء; ibtidai fel cümləsi, i'rabda yeri yoxdur. ذهب الليالي; fel cümləsi, hərfi məvsulun siləsi, i'rabda yeri yoxdur. كان ذهابهن; fel cümləsi, i'rabda yeri olmayan cümləyə ətaf olunub.
İstinad nöqtəsi: Ma-nın məstəri hərf kimi gəlməsi və isim olmaması, Əxfeş və İbn Sərracın əksinə, onlar iddia ediblər ki, ma isim məvsul kimi gəlir və ondan sonrakı cümlə silədir, i'rabda yeri yoxdur. Onların fikri bu məsələdə batildir.