Yerayâni يريان feli
وَ حُرِّكَتِ الْيَاءُ فِي يَرَيَانِ لِطُرُوِّ الْحَرَكَةِ وَ لاَ تُقْلَبُ الْيَاءُ أَلِفًا، لِأَنَّهُ لَوْ قُلِبَتْ يَجْتَمِعُ السَّاكِنَانِ ثُمَّ تُحْذَفُ أَحْدُهُمَا فَيَلْتَبِسُ بِالْوَاحِدِ فِي مِثْلِ؛ لَنْ يَرَى
وَ حُرِّكَتِ الْيَاءُ və ya hərfi hərəkələndi, فِي bu, يَرَيَانِ yerayani feilində ki, əsli يَرْأَيَانِ şəklindədir, (burada yalnız həmzə hazf olunub, hərəkəsi əvvəlki hərfə ötürülüb və feilimiz يَرَيَانِ olur, məhz burada feilin lam-ul-feili olan ـي hərfi elif ـى hərfinə çevrilmir) لِطُرُوِّ الْحَرَكَةِ bu ya hərfinin hərəkəsi arizi, yəni forma görə belə olmalıdır deyə hərəkələndi, وَ لاَ تُقْلَبُ الْيَاءُ və bu ya hərfi çevrilmir, أَلِفًا elif hərfinə, لِأَنَّهُ لَوْ قُلِبَتْ əgər elif hərfinə çevrilərsə, يَجْتَمِعُ السَّاكِنَانِ iki sakin يَرْأَىانِ olduğu kimi yanaşı gələcəkdi, ثُمَّ تُحْذَفُ أَحْدُهُمَا sonra iki sakindən birinin, yəni elifin hazfi lazım gələcəkdi və söz يَرَىنِ olaraq qalacaqdı və cəzm edən edat gələndə لَمْ يَرَى olacaqdı, فَيَلْتَبِسُ بِالْوَاحِدِ müfrəd siğa ilə qarışmaması üçün, Çünki müfrəd siğa يَرَى şəklindədir və يَرْأَىانِ sözündən elif hazf olunanda o da يَرَىنِ olaraq qalacaqdı, فِي مِثْلِ bu misalda olduğu kimi لَنْ edatı kimi nəsb edən bir edat gəldikdə isə sondakı rəf alaməti nun düşəcək və söz لَنْ يَرَى olacaq və sanki bu لَنْ edatı təsniyenin deyil, müfrədin əvvəlinə gəlmiş kimi görünəcək və qarışıqlıq yaranacaq. Məhz bu vəziyyətin qarşısını almaq üçün o ya hərfi elif hərfinə çevrilmir ki, bu hazflar baş verməsin.
Mətnin Ümumi Mənası: يَرَيَانِ "O ikisi görür" muzari feilinin əsli يَرْأَيَانِ şəklindədir. يَرْأَيَانِ feilinin lam-ul feili olan ـي hərfi elif hərfinə çevrilmir. Əgər çevrilərsə, sözümüz يَرْأَىانِ olur və beləliklə təsniyə elif ilə ya hərfindən çevrilmiş elif hərfi iki sakin birləşməsi yaradır. Bu halda təsniyə elifinin hazfi lazım gələcək və sözümüz يَرَىنِ olacaq. يَرَىنِ sözünün əvvəlinə nəsb və cəzm edən edatlardan biri, məsələn لَنْ edatı gəldikdə sözümüz لَنْ يَرَى olacaq. Feilimiz təsniyə ikən يَرَى olmuş və sanki müfrəd siğa kimi olmuşdur. Bu qarışıqlığın olmaması üçün ya hərfi elif hərfinə çevrilmir.