Mukəddimə

إِخْتِصَارُ الْكَافِيَةِ الْحَاجِبِيَّةِ

اَلْمُسَمَّى بِـلُبِّ

نَاصِرُ الدِّينِ اَلْقَاضِي الْبَيْضَاوِيُّ 

KİTABIN MÜQƏDDİMƏSİ

Bismillahi r-Rahmani r-Rahim, Həmd olsun Allaha ki, Onun fəzli ilə Onun vahidliyinə qəti şəkildə inananların dərəcəsini yüksəltdi və şübhə edənləri aşağı saldı, onları ədaləti ilə cəhənnəmə çəkdi. Sonra salavat, salam, təhiyyə və razılıq yaradılmışların ən xeyirlisi olan seçilmiş Məhəmməd və onun ailəsi və şərəfli, öndə olan dostları üzərinə olsun.

Bismillahi Allahın adı ilə, r-Rahmani r-Rahim rəhmətli və mərhəmətli olan, əl-həmd həmd, lillah Allah üçündür, əl-ləzi o Allah ki, rəfə yüksəltdi, əl-cazimin qəti inananları, yəni heç şübhəsi olmayanları, saf inananları, (nəyə qəti inananlar?) bi-vahdaniyyətihi Onun yəni Allahın vahidliyinə, bi-fəzlihi fəzli ilə, və xəfəz aşağı saldı, əş-şakini şübhə edənləri, yəni inancda və Onun vahidliyini bilməkdə tərəddüd edənləri, və cərrəhum onları çəkdi, ila-l-cəhim cəhənnəmə, bi-ədlihi ədaləti ilə, sonra; əs-salatu salavat, və əs-səlam salam, və təhiyyə yaxşı arzu ilə salam, və r-rizvan razılıq, xeyir, ala xeyri-l-ənam yaradılmışların ən xeyirlisi üzərinə, Məhəmməd o ki Məhəmməddir, əl-mustafa seçilmiş olan, və ala alihi onun ailəsinə, və sahbihi dostlarına, əl-ğurri-l-kiram şərəfli, öndə olanların üzərinə olsun.

İbn-i Hacibin Kafiyəsinin Muxtasarı

Lubb adı ilə tanınan

Nasiruddin Qazi Beydavi

Kitabın Müqəddiməsi

Rəhmətli və mərhəmətli Allahın adı ilə... Həmd, Onun vahidliyinə fəzli ilə qəti şəkildə inananların dərəcəsini yüksəldən və Onun vahidliyi barədə şübhə edənləri ədaləti ilə cəhənnəmə doğru aşağı salan Allah üçündür. Sonra salavat, salam, təhiyyə və razılıq yaradılmışların ən xeyirlisi olan seçilmiş Məhəmməd və onun ailəsi və şərəfli, öndə olan dostları üzərinə olsun.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Mukəddimə
🎓
Xoş gəldiniz! Sual soruşun!