Şərt Hərfləri 4

حُرُوفُ الشَّرْطِ ٤

وَ أَمَّا؛ فِيهِ مَعْنَى الشَّرْطِ، نَحْوُ؛ أَمَّا زَيْدٌ فَمُنْطَلِقٌ أَصْلُهُ مَهْمَا يَكُنْ مِنْ شَيْءٍ فَزَيْدٌ مُنْطَلِقٌ. وَ إِذَنْ؛ جَوَابٌ وَ جَزَاءٌ وَ عَمَلُهَا فِي فِعْلٍ مُسْتَقْبَلٍ غَيْرِ مُعْتَمِدٍ عَلَى شَيْءٍ قَبْلَهَا. وَ تُلْغِيهَا إِذَا كَانَ الْفِعْلُ الْمَذْكُورُ بَعْدَهَا حَالاً، كَقَوْلِكَ لِمَنْ حَدَّثَكَ؛ إِذَنْ أَظُنُّكَ كَاذِبًا، أَوْ مُعْتَمِدًا عَلَى مَا قَبْلَهَا، كَقَوْلِكَ لِمَنْ قَالَ؛ أَنَا آتِيكَ، أَنَا إِذَنْ أُكْرِمُكَ

وَ أَمَّا və emmâ-i şərtiyyəyə gəldikdə; فِيهِ onda vardır, مَعْنَى الشَّرْطِ şərt mənası, نَحْوُ misalı belədir; أَمَّا زَيْدٌ فَمُنْطَلِقٌ “Zeydə gəldikdə, o gedəndir” kimi, أَصْلُهُ əsli; مَهْمَا يَكُنْ hər nə olmuşsa, مِنْ شَيْءٍ bir şeydən, فَ onun nəticəsi; زَيْدٌ مُنْطَلِقٌ “Zeyd gedəndir” kimi. وَ إِذَنْ və izən, جَوَابٌ وَ جَزَاءٌ cavab və cəza üçündür, وَ عَمَلُهَا və izənin əməli; فِي فِعْلٍ مُسْتَقْبَلٍ gələcək zamanda olan fiildə, غَيْرِ مُعْتَمِدٍ dayanmadan, عَلَى شَيْءٍ قَبْلَهَا özündən əvvəlki bir şeyə dayanmadan, وَ تُلْغِيهَا izənin əməlini ləğv edirsən, إِذَا كَانَ الْفِعْلُ الْمَذْكُورُ qeyd olunan fiil olarsa, بَعْدَهَا izəndən sonra, حَالاً hal mənasında olarsa, كَقَوْلِكَ sənin bu sözündə olduğu kimi, لِمَنْ حَدَّثَكَ sənə danışan şəxsə; إِذَنْ أَظُنُّكَ كَاذِبًا “Elə isə səni yalançı hesab edirəm” kimi, أَوْ və ya, مُعْتَمِدًا عَلَى مَا قَبْلَهَا və ya izənin əvvəlki sözə əsaslanaraq gəlirsə, كَقَوْلِكَ sənin bu sözündə olduğu kimi, لِمَنْ قَالَ deyən şəxsə; أَنَا آتِيكَ “Mən sənə gələcəyəm” deyənə, أَنَا إِذَنْ أُكْرِمُكَ “O halda sənə hörmət edərəm” kimi.

Şərt Hərfləri 4

Emmâ-i şərtiyyəyə gəldikdə; emmâ-da şərt mənası vardır, lakin in və lev kimi tamamilə şərt üçün gələn bir hərf deyil, misalı:

أَمَّا زَيْدٌ فَمُنْطَلِقٌ

“Zeydə gəldikdə, o gedəndir” kimi. Burada emmâ-nın əsli:

مَهْمَا يَكُنْ مِنْ شَيْءٍ

“Bir şeydən hər nə olmuşsa…” kimidir, davamında فَزَيْدٌ مُنْطَلِقٌ “Zeyd gedəndir” kimi.

İzənə gəldikdə; izən cavab və cəza üçündür. Əməli gələcək zamanda olan fiildə olur və özündən əvvəlki bir şeyə də dayanmamalıdır. Əgər izəndən sonra gələn qeyd olunan fiil hal mənasında olarsa izənin əməlini ləğv edirsən, misalı; Sənə danışan birinə;

إِذَنْ أَظُنُّكَ كَاذِبًا

“Elə isə səni yalançı hesab edirəm” demən kimi.

Ya da izən özündən əvvəlki bir şeyə əsaslanırsa, yenə izənin əməlini ləğv edirsən, misalı; Sənə;

أَنَا آتِيكَ

“Mən sənə gələcəyəm” deyənə,

أَنَا إِذَنْ أُكْرِمُكَ

“O halda sənə hörmət edərəm” kimi.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Şərt Hərfləri 4
🎓
Xoş gəldiniz! Sual soruşun!