Keenne-nin yüngülləşdirilməsi

تَخَفُّفُ كَأَنَّ

وَ كَذَا كَأَنَّ، تُخَفَّفُ وَ تُلْغَى حِينَئِذٍ عَلَى الْأَفْصَحِ، كَقَوْلِ الشَّاعِرِ؛

وَ نَحْرٍ مُشْرِقِ اللَّوْنِ

كَأَنْ ثَدْيَاهُ حُقَّا

كَقَوْلِكَ؛ كَأَنْ قَدْ كَانَ كَذَا

وَ كَذَا كَأَنَّ və eyni şəkildə keenne də, تُخَفَّفُ yüngülləşdirilir və keen olur, وَ تُلْغَى əməli ləğv edilir, حِينَئِذٍ عَلَى الْأَفْصَحِ ən fasih fikrə görə yüngülləşdirildikdə, كَقَوْلِ الشَّاعِرِ şairin bu sözündə olduğu kimi; وَ نَحْرٍ necə sinələr var ki, مُشْرِقِ اللَّوْنِ rəngi parlaq, işıq saçan, كَأَنْ ثَدْيَاهُ o sinənin iki döşü, حُقَّا mürəkkəb qabı kimidir, "Necə parlaq (ağ rəngli) sinələr var ki, (o sinələrdəki) iki döş mürəkkəb qabı (top) kimidir" kimi. və yenə كَقَوْلِكَ sənin bu sözündə olduğu kimi; كَأَنْ قَدْ كَانَ كَذَا "Sanki belə olmuş" kimi.

Keenne-nin Yüngülləşdirilməsi

Keenne-də tahfif edilərək keen olur və ən fasih fikrə görə tahfif edildikdə əməli ləğv edilir, misalı şairin bu sözündə olduğu kimi;

وَ نَحْرٍ مُشْرِقِ اللَّوْنِ

كَأَنْ ثَدْيَاهُ حُقَّا

Necə parlaq sinələr var ki

O sinələrdəki iki döş mürəkkəb qabı kimidir

Və yenə misalı sənin bu sözündə olduğu kimi;

كَأَنْ قَدْ كَانَ كَذَا

"Sanki belə olmuş" kimi.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Keenne-nin yüngülləşdirilməsi
🎓
Xoş gəldiniz! Sual soruşun!