B. Fel Babı | 12
بَابُ الْفِعْلِ
بَابُ الْفِعْلِ: اَلْفِعْلُ؛ MƏNAYA ÖZÜNDƏ İŞARƏ EDƏN VƏ ÜÇ ZAMANDAN BİRİ İLƏ ƏLAQƏLİ OLAN SÖZ. XÜSUSİYYƏTLƏRİNDƏN BİRİ BUDUR Kİ, ONA قَدْ daxil ola bilər, məsələn; قَدْ ضَرَبَ. VƏ GƏLƏCƏK ZAMAN ƏLAMLARI, məsələn; سَيَضْرِبُ və سَوْفَ يَضْرِبُ və CEZM EDƏN ƏDATLAR, məsələn; لَمْ يَضْرِبْ. VƏ ONA AŞKAR MƏRFU ZAMİR BİTİŞİR, məsələn; ضَرَبْتُ və SAKİN TƏ'NİS TƏSI BİTİŞİR, məsələn; ضَرَبَتْ. VƏ FİİLİN NÖVLƏRİ: KEÇMİŞ (MƏZİ), İNDİKİ (MUZARİ), ƏMR, QADAĞA, KEÇİCİ, KEÇİCİ OLMAYAN, MEÇHUL FİİL, QƏLB FİİLLƏRİ, NAKİS FİİLLƏR, YAXINLAŞMA FİİLLƏRİ, TƏRİF VƏ TƏNQİD FİİLLƏRİ, TƏƏCCÜB FİİLLƏRİ
بَابُ الْفِعْلِ və kitabın ikinci hissəsi olan fiil babına gəldikdə; اَلْفِعْلُ fiil: مَا دَلَّ işarə edən şeydir, عَلَى مَعْنًى bir mənaya, فِي نَفْسِهِ özündə, yəni tək başına, مُقْتَرِنٍ بِأَحَدِ الْأَزْمِنَةِ الثَّلاَثَةِ üç zamandan birinə bağlı olandır, وَ مِنْ خَوَاصِّهِ və fiilin xüsusiyyətlərindəndir; أَنَّهُ olması, يَصِحُّ uyğun, أَنْ يَدْخُلَهُ ona daxil olmasının, قَدْ "kad, təqrib yəni yaxınlaşdırma ədatı, keçmişi indiyə yaxınlaşdırır, indidə isə ehtimal mənası verir" kimi, نَحْوُ misalı belədir; قَدْ ضَرَبَ "Vurmuşdu" kimi, وَ حَرْفَا الْإِسْتِقْبَالِ və gələcək zaman hərflərinin daxil olması, نَحْوُ misalı belədir; سَيَضْرِبُ "Tezliklə vuracaq" və سَوْفَ يَضْرِبُ "Daha sonra vuracaq" kimi. وَ الْجَازِمُ və cezm edən ədatların daxil olması, نَحْوُ misalı belədir; لَمْ يَضْرِبْ "Vurmadı" kimi, وَ اتَّصَلَ بِهِ və fiilə bitişir, الضَّمِيرُ الْمَرْفُوعُ الْبَارِزُ aşkar merfu zamir, نَحْوُ misalı belədir; ضَرَبْتُ "Vurdum" sözündəki ـتُ zamiri, وَ تَاءُ التَّأْنِيثِ السَّاكِنَةُ və sakit tə'nis təsi bitişməsi; نَحْوُ misalı belədir; ضَرَبَتْ "Vurdu -ms-" sözündəki ـتْ kimi. وَ أَصْنَافُهُ və fiilin növləri; الْمَاضِي keçmiş fiil, الْمُضَارِعُ indiki fiil, الْأَمْرُ əmr fiili, النَّهْيُ qadağa fiili, وَ الْمُتَعَدِّي keçici fiil, غَيْرُ الْمُتَعَدِّي keçici olmayan fiil, الْمَبْنِيُّ لِلْمَفْعُولِ məchul fiil, وَ أَفْعَالُ الْقُلُوبِ qəlb fiilləri, وَ أَفْعَالُ النَّاقِصَةِ nakis fiillər, أَفْعَالُ الْمُقَارَبَةِ yaxınlaşma fiilləri, فِعْلاَ الْمَدْحِ وَ الذَّمِّ tərif və tənqid fiili, فِعْلاَ التَعَجُّبِ təəccüb fiilləri.
Fiil Babı
Kitabın ikinci hissəsi olan fiil babına gəldikdə: Fiil – üç zamandan birinə bağlı olub özündə bir mənaya işarə edən sözdür. Aşağıda sadalananlar fiilin xüsusiyyətlərindəndir;
*Özünə təqrib ədatı olan قَدْ sözünün daxil olması uyğundur, misalı;
قَدْ ضَرَبَ
"Vurmuşdu" kimi.
*Özünə gələcək zaman hərflərinin – yəni sin və sevfə – daxil olması uyğundur, misalı;
سَيَضْرِبُ
"Tezliklə vuracaq" və,
سَوْفَ يَضْرِبُ
"Daha sonra vuracaq" kimi.
*Özünə cezm edən ədatların daxil olması uyğundur, misalı;
لَمْ يَضْرِبْ
"Vurmadı" kimi.
*Özünə aşkar merfu muttasıl zamirin bitişməsi uyğundur, misalı;
ضَرَبْتُ
“Vurdum” sözündəki ـتُ zamiri kimi.
*Ona ta-i te’nis-i sakinenin daxil olması mümkündür, misal üçün;
ضَرَبَتْ
“Vurdu -ms-“ sözündəki ـتْ kimi.
Feilin siniflərinə gəldikdə, on iki sinif var və aşağıdakı cədvəldə göstərilib. Ardıcıllıqla izah olunacaq.
| Feillərin Sinifləri | |
| Mazi Feil | فِعْلُ اَلْمَاضِي |
| Muzari Feil | فِعْلُ اَلْمُضَارِعِ |
| Əmr Feili | فِعْلُ اَلْأَمْرِ |
| Qadağa Feili | فِعْلُ النَّهْيِ |
| Mütəəddi Feil | فِعْلُ الْمُتَعَدِّي |
| Mütəəddi olmayan Feil | فِعْلُ غَيْرِ الْمُتَعَدِّي |
| Məchul Feil | فِعْلُ الْمَجْهُولِ |
| Qəlb Feilləri | أَفْعَالُ الْقُلُوبِ |
| Nakis Feillər | أَفْعَالُ النَّاقِصَةِ |
| Müqarəbə Feilləri | أَفْعَالُ الْمُقَارَبَةِ |
| Mədh və Zəmm Feilləri | أَفْعَالُ الْمَدْحِ وَ الذَّمِّ |
| Təəccüb Feilləri | فِعْلاَ التَّعَجُّبِ |