8.-9. Marifə və Nəkrə İsim
اَلْمَعْرِفَةُ وَ النَّكِرَةُ
اَلْمَعْرِفَةُ؛ Bir şeyə məhz özünə işarə edən isimdir və beş növdə olur: اَلْعَلَمُ – xüsusi isimlər, الْمُضْمَرُ – əvəzliklər, الْمُبْهَمُ – mübhəm isimlər, bunlar iki növdür; أَسْمَاءُ الْإِشَارَةِ – işarə isimləri və الْمَوْصُولاَتُ – əlaqəli isimlər, الْمُعَرَّفُ بِاللَّامِ – "əl" artikli ilə müəyyənləşən isimlər və ya بِالنِّدَاءِ – nida ilə müəyyənləşən isimlər, və son olaraq; الْمُضَافُ – bu dörd növdən birinə həqiqi izafətlə əlavə olunan isim.
وَ النَّكِرَةُ؛ Ümumi olan, cinsində yayılmış isimdir, məsələn; جَاءَنِي رَجُلٌ – Mənə bir kişi gəldi və رَكِبْتُ فَرَسًا – At sürdüm.
اَلْمَعْرِفَةُ – Marifə isim: Bir şeyə məhz özünə işarə edən isimdir və marifə isimlər beş növdədir; اَلْعَلَمُ – xüsusi isimlər, الْمُضْمَرُ – əvəzliklər, الْمُبْهَمُ – mübhəm isimlər, yəni; mübhəm dedikdə iki növ nəzərdə tutulur; أَسْمَاءُ الْإِشَارَةِ – işarə isimləri və الْمَوْصُولاَتُ – əlaqəli isimlər, الْمُعَرَّفُ بِاللَّامِ – "əl" artikli ilə müəyyənləşən isim, بِالنِّدَاءِ – nida ilə müəyyənləşən isim, və son olaraq; الْمُضَافُ – bu dörd növdən birinə həqiqi izafətlə əlavə olunan isim. وَ النَّكِرَةُ – Nekirə isim isə; cinsində ümumi olan, paylaşılmış, yayılmış isimdir; فِي أُمَّتِهِ – öz cinsi içində, misal olaraq; جَاءَنِي رَجُلٌ – "Mənə bir kişi gəldi" və رَكِبْتُ فَرَسًا – "At sürdüm" kimi.
Marifə və Nekirə İsim
Marifə: Özünə məhz işarə edən sözə deyilir. Marifə; xüsusi isim, əvəzlik, mübhəm yəni işarə isimləri və əlaqəli isimlər, "əl" artikli və nida ilə müəyyənləşən isim və bu dörd növdən birinə həqiqi izafətlə əlavə olunan isim olmaqla beş növdədir. Nekirə isim isə; öz cinsi içində ümumi olan bir şeydir. Yəni رَجُلٌ deyildikdə bu söz bütün kişilərə aid olur, kişilər üçün ümumi olan bir söz olur, misalları;
جَاءَنِي رَجُلٌ
"Mənə bir kişi gəldi" və,
رَكِبْتُ فَرَسًا
"At sürdüm" kimi.