a. Zamirlər

اَلْمُضْمَرَاتُ

وَ مِنْهُ الْمُضْمَرَاتُ، اَلْمُضْمَرُ مَا وَقَعَ لِمُتَكَلِّمٍ، نَحْوُ؛ أَنَا أَوْ لِمُخَاطَبٍ، نَحْوُ؛ أَنْتَ أَوْ لِغَائِبٍ تَقَدَّمَ ذِكْرُهُ لَفْظًا أَوْ مَعْنًى أَوْ حُكْمًا، فَقَوْلُنَا لَفْظًا، نَحْوُ؛ زَيْدٌ هُوَ الْكَرِيمُ وَ قَوْلُنَا مَعْنًى بِأَنْ ذُكِرَ مُشْتَقَّهُ، نَحْوُ قَوْلِهِ تَعَالَى؛ إِعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَى المائدة ٨ وَ قَوْلُنَا حُكْمًا كَمَا فِي ضَمِيرِ الشَّأْنِ

وَ مِنْهُ الْمُضْمَرَاتُ və zamirlər də bunlardandır, yəni əsas məbni olan sözlərdəndir. اَلْمُضْمَرُ zamir: مَا elə bir şeydir ki; وَقَعَ tətbiq olunur, لِمُتَكَلِّمٍ danışan üçün, نَحْوُ misalı belədir; أَنَا “mən” kimi, أَوْ لِمُخَاطَبٍ və ya xitab olunan üçün, نَحْوُ misalı belədir; أَنْتَ “sən” kimi, أَوْ لِغَائِبٍ və ya qayıb üçün, تَقَدَّمَ qayıb üçün tətbiq olunan zamir keçmişdir, ذِكْرُهُ həmin zamirin zikri, لَفْظًا sözlə, أَوْ مَعْنًى və ya mənaca, أَوْ حُكْمًا və ya hökmcə, فَقَوْلُنَا لَفْظًا sözlə zikri keçmiş olan ismə aid olan zamir bu sözümüzdəki kimidir, نَحْوُ misalı belədir; زَيْدٌ هُوَ الْكَرِيمُ “Zeyd, o səxavətlidir” kimi, وَ قَوْلُنَا مَعْنًى və mənaca zikri keçmiş olan ismə aid olan zamir, بِأَنْ olmasıdır, ذُكِرَ مُشْتَقَّهُ zikri keçmiş olan isimdən törəyən bir ismin zikredilməsidir, نَحْوُ قَوْلِهِ تَعَالَى misalı Allah-taalanın bu sözündəki kimidir; إِعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَى “Ədalətli olun, çünki o (ədalət işi) təqvaya ən yaxın olandır” Maidə 8, وَ قَوْلُنَا حُكْمًا və hökmcə zikri keçmiş yer üçün qoyulan zamir isə, كَمَا فِي ضَمِيرِ الشَّأْنِ şan zamirində olduğu kimidir

Zamirlər

Zamir, أَنَا “mən” kimi danışan üçün, أَنْتَ “sən” kimi xitab olunan üçün və ya zikri sözlə, mənaca və hökmcə keçmiş olan, qayıb üçün tətbiq olunan şeydir. Qayıb üçün, sözlə zikri keçmiş olana qoyulan zamirə misal:

زَيْدٌ هُوَ الْكَرِيمُ

“Zeyd, o səxavətlidir” ifadəsində هُوَ zamiri زَيْدٌ kimi sözlə zikri keçən ismə aid olur.

Qayıb üçün, mənaca zikri keçmiş sözə qoyulan zamir isə, həmin sözdən törəyən bir sözün zikredilməsidir, misalı Allah-taalanın bu sözündəki kimidir:

إِعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَى

“Ədalətli olun, çünki o (ədalət işi) təqvaya ən yaxın olandır” ayəsində هُوَ zamiri إِعْدِلُوا əmr felinə aid deyil, İعْدِلُوا əmr felindən törəyən عَدْلٌ “ədalət” sözünə aid olur.

Qayıb üçün, hökmcə zikri keçmiş bir ismə qoyulan zamir isə şan (hal) zamirində olduğu kimidir, mətnində misal yoxdur, amma şərhdəki misalı verəcək olsaq:

قُلْ هُوَ اللهُ أَحَدٌ

“De ki, O Allah təkdir” ayəsində هُوَ şan zamiridir. Detalları şərhdə qeyd edəcəyik.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › a. Zamirlər
🎓
Xoş gəldiniz! Sual soruşun!