d. Atf-i Bəyan

عَطْفُ الْبَيَانِ

وَ الرَّابِعُ؛ وَ هُوَ أَنْ تُتْبِعَ الْمَذْكُورَ بِأَشْهَرِ اسْمَيْهِ، نَحْوُ؛ جَاءَنِي أَخُوكَ زَيْدٌ

وَ الرَّابِعُ؛ və tabilərin dördüncüsü; وَ هُوَ və atf-ı bəyan (bir şeyi bəyan etmək üçün gələn və atıf olan söz), أَنْ تُتْبِعَ tabe edilməsidir, الْمَذْكُورَ zikr olunan şeyə, بِأَشْهَرِ اسْمَيْهِ ən məşhur adı ilə, نَحْوُ misalı belədir; جَاءَنِي أَخُوكَ زَيْدٌ “Qardaşın, Zeyd mənə gəldi” kimi.

Atf-ı Bəyan

Beş tabilərin dördüncüsü atf-ı bəyan’dır. Atf-ı bəyan, zikr olunan şeyə ən məşhur adı ilə tabe olan sözdür. Yəni matufun əleyh (özünə atfedilən) sözünü daha da bəyan etmək üçün bir atıf edilir və bu söz isə özünə atfedilən sözün ən məşhur, ən tanınan adı olur, misalı;

جَاءَنِي أَخُوكَ زَيْدٌ

“Qardaşın, Zeyd gəldi” tərkibində yalnız “qardaşın mənə gəldi” deyilsə və şəxsin bir neçə qardaşı varsa, bu halda hansı qardaşının gəldiyi qarışıqlıq yaranmaması üçün bir söz ilə bu məna dəqiqləşdirilir. Məhz bu işi etmək üçün “qardaş” sözünə həmin qardaşın ən məşhur adı ilə atıf edilərək məna daha yaxşı bəyan olunur.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › d. Atf-i Bəyan
🎓
Xoş gəldiniz! Sual soruşun!