Nekire və Marifənin Bədəl Olması
وَ تُبْدَلُ النَّكِرَةُ مِنَ الْمَعْرِفَةِ، نَحْوُ قَوْلِهِ تَعَالَى؛ بِالنَّصِيَةِ، نَاصِيَةٍ كَاذِبَةٍ العلق ١٥- ١٦ وَ عَلَى الْعَكْسِ، نَحْوُ قَوْلِهِ تَعَالَى؛ وَ إِنَّكَ لَتَهْدِى إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ، صِرَاطِ اللهِ الشورى ٥٢- ٥٣
وَ تُبْدَلُ və bedel edilir, النَّكِرَةُ nekirə isim, مِنَ الْمَعْرِفَةِ marifə isimdən, نَحْوُ قَوْلِهِ تَعَالَى Allah-Təalanın bu sözündə olduğu kimi; بِالنَّصِيَةِ، نَاصِيَةٍ كَاذِبَةٍ “Alın saçından, yalançı alın saçından” Ələk 15-16, وَ عَلَى الْعَكْسِ tam əksi, yəni nekirə isimdən marifə isim bedel edilir, نَحْوُ قَوْلِهِ تَعَالَى Allah-Təalanın bu sözündə olduğu kimi; وَ إِنَّكَ لَتَهْدِى إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ، صِرَاطِ اللهِ “Və şübhəsiz ki, sən düz yola hidayət edirsən, Allahın yolu (üzərinə)” Şura 52-53
Mətnin Ümumi Mənası: Nekirə isim marifə isimdən bedel edilir, misal üçün; Allah-Təalanın bu sözündə olduğu kimi;
بِالنَّصِيَةِ، نَاصِيَةٍ كَاذِبَةٍ
“Alın saçından, yalançı alın saçından” ayədə نَاصِيَةٍ nekirə isim, بِالنَّصِيَةِ marifə isimdən bedel-i küll min el-küll olaraq dəyişdirilmişdir.
Bunun tam əksi də mümkündür, yəni marifə isim nekirə isimdən bedel edilir, misal üçün; Allah-Təalanın bu sözündə olduğu kimi;
وَ إِنَّكَ لَتَهْدِى إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ، صِرَاطِ اللهِ
“Və şübhəsiz ki, sən düz yola hidayət edirsən, Allahın yolu (üzərinə)” ayədə صِرَاطِ marifə (müzaff olduğuna görə) isim, صِرَاطٍ nekirə isimdən bedel edilmişdir.