Nekirə isimlərin sıfətlənməsi

وَصْفَةُ النَّكِرَاتِ

وَ تُوصَفُ النَّكِرَاتُ بِالْجُمَلِ الْخَبَرِيَّةِ، نَحْوُ؛ مَرَرْتُ بِرَجُلٍ وَجْهُهُ حَسَنٌ وَ رَأَيْتُ رَجُلاً أَعْجَبَنِي كَرَمُهُ

Nekirə isimlər xəbər cümlələri ilə sifətlənir, misalları belədir: مَرَرْتُ بِرَجُلٍ وَجْهُهُ حَسَنٌ "Üzü gözəl olan bir adama rast gəldim" və رَأَيْتُ رَجُلاً أَعْجَبَنِي كَرَمُهُ "İkramı xoşuma gələn bir adam gördüm" kimi.

Nekirələrin Sifətlənməsi

Nekirə isimlər xəbər cümlələri ilə sifətlənirlər. Bu cümlələrin isim və ya feil olması mütləq deyil. Misallar:

مَرَرْتُ بِرَجُلٍ وَجْهُهُ حَسَنٌ

"Üzü gözəl olan bir adama rast gəldim" və,

رَأَيْتُ رَجُلاً أَعْجَبَنِي كَرَمُهُ

"İkramı xoşuma gələn bir adam gördüm" kimi. İlk tərkibdə رَجُلْ nekirə sözünün sifəti bir isim cümləsi olub رَجُلْ sözünü sifətləyən وَجْهُهُ حَسَنٌ "Üzü gözəl" cümləsidir və məhəllən məcrurdur, çünki sifətlənən رَجُلْ sözü məcrurdur. İkinci misalda isə رَجُلْ nekirə sözünün sifəti bir feil cümləsi olub رَجُلْ sözünü sifətləyən أَعْجَبَنِي كَرَمُهُ "İkramı xoşuma gəldi" cümləsidir və məhəllən mənsubdur, çünki sifətlənən رَجُلْ sözü mənsubdur.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Nekirə isimlərin sıfətlənməsi
🎓
Xoş gəldiniz! Sual soruşun!