a. Mənəvi izafət
اَلْإِضَافَةُ الْمَعَنَوِيَّةُ
فَالْمَعْنَوِيَّةُ؛ أَنْ يَكُونَ الْمُضَافُ غَيْرَ صِفَةٍ مُضَافَةٍ إِلَى مَعْمُولِهَا وَ ذَلِكَ بِأَنْ لاَ يَكُونَ الْمُضَافُ صِفَةً، نَحْوُ؛ غُلاَمُ زَيْدٍ، فَإِنَّ الْغُلاَمَ لَيْسَ بِصِفَةٍ، أَوْ أَنْ يَكُونَ الْمُضَافُ صِفَةً مُضَافَةً إِلَى غَيْرِ مَعْمُولِهَا، نَحْوُ؛ مُصَارِعُ مِصْرَ
Manevi izafete gəldikdə; olması, muzafın, sifət olmaması, izafə olunan, mə'mulünə, və bu hal, muzafın sifət olmaması ilədir, misal; غُلاَمُ زَيْدٍ "Zeydin oğlu" kimi. Çünki bu misaldakı غُلاَمُ sözü sifət deyil, yaxud muzafın sifət olması, izafə olunanın mə'mulündən başqa bir şeyə izafə olunmasıdır, misal; مُصَارِعُ مِصْرَ "Misirin güləşçisi" kimi.
Mənəvi İzafə
Bir izafənin mənəvi izafə olması üçün muzaf olan sözün sifət olmaması və mə'mulünə izafə olunması lazımdır və bu hal muzafın sifət olmaması ilədir, misal;
غُلاَمُ زَيْدٍ
"Zeydin oğlu" tərkibində muzaf olan غُلاَمُ sözü sifət deyil və mə'mulu olan زَيْدٍ sözünə izafə olunmuşdur.
Yaxud, muzafın sifət olması, amma mə'mulundan başqa bir şeyə izafə olunması lazımdır, misal;
مُصَارِعُ مِصْرَ
"Misirin güləşçisi" tərkibində muzaf olan مُصَارِعُ sözü ismi-fail olub sifətdir və eyni zamanda mə'mulu olan مِصْرَ sözündən başqa bir şeyə izafə olunmuşdur. مُصَارِعُ sözü أَهْلْ sözünə izafə olunub, cümlənin əsli belədir:
مُصَارِعُ أَهْلِ مِصْرَ
"Misir xalqının güləşçisi" şəklindədir.