Qeyr sözünün hökmü
حُكْمُ غَيْرٍ
وَ حُكْمُ غَيْرٍ؛ كَحُكْمِ الْاِسْمِ الْوَاقِعِ بَعْدَ إِلاَّ، نَحْوُ؛ جَاءَنِي الْقَوْمُ غَيْرَ زَيْدٍ وَ مَا جَاءَنِي الْقَوْمُ غَيْرُ زَيْدٍ وَ مَا رَأَيْتُ غَيْرَ زَيْدٍ وَ مَا مَرَرْتُ بِغَيْرِ زَيْدٍ
وَ حُكْمُ غَيْرٍ "qeyr" ("başqa", "deyil", "qeyrisi") sözünün i'rab hökmü, كَحُكْمِ الْاِسْمِ الْوَاقِعِ - "illa"dan sonra gələn isimlərin hökmü kimidir. Misal olaraq: جَاءَنِي الْقَوْمُ غَيْرَ زَيْدٍ "Zeyd istisna olmaqla, qövm mənə gəldi", مَا جَاءَنِي الْقَوْمُ غَيْرُ زَيْدٍ "Zeyd istisna olmaqla, qövm mənə gəlmədi", مَا رَأَيْتُ غَيْرَ زَيْدٍ "Zeyd istisna olmaqla, heç kimi görmədim", مَا مَرَرْتُ بِغَيْرِ زَيْدٍ "Zeyd istisna olmaqla, heç kimə rast gəlmədim" kimi.
Qeyr Sözünün Hökmü
Qeyr sözünün i'rab hökmü, "illa" istisna edatından sonra gələn isimlərin hökmü kimidir. Bu da "illa"dan sonra gələn müstəsna olan sözləri xatırladır. Qısası, müsbət cümlədə "illa"dan sonra gələn sözün nəsb olması vacibdir, müstəsna minh olan söz müstəsnadan sonra gələrsə, müstəsnanın nəsb olması vacibdir, müstəsna əgər müstəsna-i munkatı' olarsa, nəsb olması vacibdir. Mənfi cümlədə isə müstəsnanın bədəl olaraq rafi, müstəsna olaraq nəsb edilməsi caizdir və bunlarla yanaşı amillərə görə "illa"dan sonra gələn söz i'rablanır. Qeyr sözünün i'rab hökmü də məhz bu müstəsna sözlərdə olduğu kimidir. Misalları:
جَاءَنِي الْقَوْمُ غَيْرَ زَيْدٍ
"Zeyd istisna olmaqla, qövm mənə gəldi" və,
مَا جَاءَنِي الْقَوْمُ غَيْرُ زَيْدٍ
"Zeyd istisna olmaqla, qövm mənə gəlmədi" və,
مَا رَأَيْتُ غَيْرَ زَيْدٍ
"Zeyd istisna olmaqla, heç kimi görmədim" və,
مَا مَرَرْتُ بِغَيْرِ زَيْدٍ
"Zeyd istisna olmaqla, heç kimə rast gəlmədim" kimi.
Birinci misalda müsbət cümlə var və qeyr sözü i'rabda sanki "illa"dan sonra gələn söz kimi mənsubdur. İkinci misal mənfi cümlədir və buna görə qeyr sözü bədəl olaraq mərfudur, digər misallarda isə amillərə görə i'rab almışdır. Əvvəlki müstəsna mövzularında müstəsnanın i'rab halı necədirsə, qeyr sözü də elədir.