f. Leyse mənasında olan Mâ və Lâ'nın İsmi
اِسْمُ مَا وَ لاَ بِمَعْنَى لَيْسَ
وَ اسْمُ مَا وَ لاَ بِمَعْنَى لَيْسَ، نَحْوُ؛ مَا زَيْدٌ مُنْطَلِقًا وَ مَا رَجُلٌ خَيْرًا مِنْكَ وَ لاَ أَحَدٌ أَفْضَلَ مِنْكَ
وَ اسْمُ və ismi, مَا وَ لاَ mâ və lâ ədatlarının, elə ədatlar ki; بِمَعْنَى لَيْسَ leyse "deyil" mənasında, نَحْوُ misalı belədir; مَا زَيْدٌ مُنْطَلِقًا "Zeyd gedici deyil" və مَا رَجُلٌ خَيْرًا مِنْكَ "Səndən daha xeyirli bir adam yoxdur" və لاَ أَحَدٌ أَفْضَلَ مِنْكَ "Səndən daha fəzilətli biri yoxdur" kimi
Leyse Mənasında Olan Mâ və Lâ’nın İsmi
Merfuluqda əsas olan failə mülhəq olanlardan biri də لَيْسَ "deyil" mənasında olan mâ və lâ ədatlarının ismi olan ifadədir, misalları;
مَا زَيْدٌ مُنْطَلِقًا
"Zeyd gedici deyil" tərkibində مَا ifadəsi leyse mənasında ma-i nahiye, زَيْدٌ ifadəsi onun merfu ismi və مُنْطَلِقًا ifadəsi isə onun mansub xəbəri olur.
مَا رَجُلٌ خَيْرًا مِنْكَ
"Səndən daha xeyirli bir adam yoxdur" tərkibində مَا ifadəsi leyse mənasında ma-i nahiye, رَجُلٌ ifadəsi onun merfu ismi və خَيْرًا ifadəsi isə onun mansub xəbəri olur.
لاَ أَحَدٌ أَفْضَلَ مِنْكَ
"Səndən daha fəzilətli biri yoxdur" tərkibində لاَ ifadəsi leyse mənasında lâ-i nahiye, أَحَدٌ ifadəsi onun merfu ismi və أَفْضَلَ ifadəsi isə onun mansub xəbəri olur.