d. İnne Babının Xəbəri
خَبَرُ بَابِ إِنَّ
وَ الْخَبَرُ فِي بَابِ إِنَّ، نَحْوُ؛ إِنَّ زَيْدًا مُنْطَلِقٌ. وَ حُكْمُهُ كَحُكْمِ خَبَرِ الْمُبْتَدَإِ إِلاَّ فِي تَقْدِيمِهِ فَلاَ تَقُولُ؛ إِنَّ مُنْطَلِقَ زَيْدًا، إِلاَّ إِذَا كَانَ ظَرْفًا وَ لَكِنْ تَقُولُ؛ إِنَّ فِي الدَّارِ زَيْدًا
وَ الْخَبَرُ və xəbəri, فِي بَابِ إِنَّ inne babının, نَحْوُ misalı belədir; إِنَّ زَيْدًا مُنْطَلِقٌ “Şübhəsiz Zeyd gedicidir” kimi. وَ حُكْمُهُ və inne babının xəbərinin hökmü, كَحُكْمِ خَبَرِ الْمُبْتَدَإِ mübtədanın xəbərinin hökmü kimidir, إِلاَّ فِي تَقْدِيمِهِ lakin inne’nin xəbəri, isminə qabaq gələ bilməz, فَلاَ تَقُولُ ona görə belə deyə bilməzsən; إِنَّ مُنْطَلِقَ زَيْدًا kimi. إِلاَّ إِذَا كَانَ ظَرْفًا lakin inne’nin xəbəri zərf olarsa, isminə qabaq gələ bilər, وَ لَكِنْ تَقُولُ lakin belə deyə bilərsən; إِنَّ فِي الدَّارِ زَيْدًا “Şübhəsiz evdəki Zeyddir” kimi.
İnne Babının Xəbəri
Merfuluqda əsas olan failə mülhak olanlardan biri də, felə bənzəyən hərflər adlandırılan, ismini nəsb və xəbərini rəf edən sözlərdir, misalı;
إِنَّ زَيْدًا مُنْطَلِقٌ
“Şübhəsiz Zeyd gedicidir” kimi. Bu tərkibdə إِنَّ ismini nəsb, xəbərini rəf edən amildir, زَيْدًا onun mənsub ismi, مُنْطَلِقٌ isə mərfu xəbəridir.
İnne babının xəbərinin hökmü, mübtədanın xəbərinin hökmü kimidir, lakin inne’nin xəbəri isminə qabaq gələ bilməz. Ona görə belə deyə bilməzsən;
إِنَّ مُنْطَلِقَ زَيْدًا
Belə bir tərkib səhvdir.
Lakin inne’nin xəbəri zərf olarsa, isminə qabaq gələ bilər, belə deyə bilərsən;
إِنَّ فِي الدَّارِ زَيْدًا
“Şübhəsiz evdəki Zeyddir” tərkibində فِي الدَّارِ sözü inne’nin mahallən mərfu olan xəbəridir və ismi olan زَيْدًا sözünə təqdüm olunmuşdur.